Местоположение: Bakı
Zeecar komandamıza avtomobil sektorunda işləməyi sevən, yaradıcı düşüncəyə, güclü vizual zövqə və müasir dizayn yanaşmasına malik Qrafik Dizayner axtarır. Vəzifə öhdəlikləri Sosial media platformaları (Instagram, TikTok, Facebook və s.) üçün kreativ vizual post və storilərin hazırlanması; Avtomobillərin tanıtımı üçün reklam bannerləri, posterlər, kampaniya vizualları və digər marketinq materiallarının hazırlanması; Brendin korporativ üslubuna uyğun vizual kontentin hazırlanması və inkişaf etdirilməsi; Video layihələri üçün cover, thumbnail, infoqrafika və digər vizual elementlərin hazırlanması; Yeni kampaniyalar və layihələr üçün kreativ dizayn konsepsiyalarının hazırlanması; Mövcud dizaynların təkmilləşdirilməsi və operativ dəyişikliklərin həyata keçirilməsi; Dizayn sahəsində yenilikləri və trendləri izləyərək onları iş prosesində tətbiq etmək. Namizədə tələblər Qrafik dizayn sahəsində minimum 1 il iş təcrübəsi; Adobe Photoshop və Adobe Illustrator proqramlarında sərbəst işləmək bacarığı; Sosial media platformaları üçün müasir dizayn standartlarını bilmək; Kompozisiya, rəng nəzəriyyəsi, tipoqrafiya və vizual kommunikasiya üzrə yaxşı anlayış; Kreativ düşüncə və yüksək estetik zövq; Detallara diqqətli, məsuliyyətli və operativ olmaq; Bir neçə layihəni paralel şəkildə idarə etmək və son tarixlərə əməl etmək bacarığı; Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı; Azərbaycan dilini sərbəst bilmək Portfolio təqdim edilməsi mütləqdir. Üstünlük hesab olunur: Adobe InDesign, After Effects, Premiere Pro və ya Figma proqramlarından istifadə bacarığı; Avtomobil sahəsində və ya reklam agentliyində iş təcrübəsi. İş şəraiti İş qrafiki: 6 günlük iş həftəsi Əmək haqqı: 600 AZN (net) + İş yeri: Bakı, Ağ şəhər, Süleyman Vəzirov 3 Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini və portfolio nümunələrini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanımıza göndərmələri xahiş olunur. Mövzu hissəsində: "Qrafik Dizayner" qeyd etmələri rica olunur.