Местоположение: Bakı
Şirkətimizin maliyyə, vergi sənədləşməsini yüksək məsuliyyətlə idarə edəcək, rəhbərliyə suallar deyil, həll yolları və strateji təkliflər təqdim edəcək, yüksək intizamlı Baş Mühasib axtarırıq. İş şəraiti: İş yeri: Yunik Furniture MMC İş qrafiki: 5 günlük iş həftəsi İş saatı: 09:00-18:30 Əmək haqqı: Müsahibə əsasında Vəzifə öhdəlikləri: Vergi və Hesabatlılıq: AR Vergi Məcəlləsinə uyğun olaraq bütün növ bəyannamələrin (Vergi, DSMF, Statistika, Məşğulluq) düzgün hazırlanması və vaxtında təqdim edilməsi. Maliyyə Analizi: Debitor və kreditor borclarının, gəlir-xərc balansının MS Excel proqramında mürəkkəb düsturlar və Pivot cədvəllər vasitəsilə analiz edilməsi. Hesabatlılıq: Rəhbərliyə mütəmadi maliyyə hesabatlarının təqdim edilməsi. Sənəd Dövriyyəsi: Elektron qaimə-fakturaların hazırlanması, daxil olan sənədlərin yoxlanılması və Bank-klient (İnternet-bankçılıq) əməliyyatlarının aparılması. Əmək Haqqı: Əmək haqqı, məzuniyyət və digər hesablamaların qanunvericiliyə uyğun aparılması. Maliyyə İdarəetməsi: Şirkətin maliyyə proseslərinə nəzarət və rəsmi qurumlar qarşısında şirkətin peşəkar təmsil edilməsi Namizədə tələblər: Yaş: 30–45 Ali iqtisadi təhsil (maliyyə, mühasibatlıq). Vergi, DSMF, Statistika və əmək qanunvericiliyi üzrə biliklər. PMS (Peşəkar Mühasibat Sertifikatı) sertifikatı – mütləqdir. Analitik düşüncə, məsuliyyət və idarəetmə bacarığı. Mühasibat sahəsində minimum 5 il iş təcrübəsi. MS Excel proqramını peşəkar (mürəkkəb düsturlar, Pivot) səviyyədə bilmək (mütləqdir). ERP və digər proqramları sürətlə mənimsəmə bacarığı. Azərbaycan Respublikası Vergi və Əmək qanunvericiliyini mükəmməl bilmək. Müstəqil qərarvermə, proaktiv yanaşma və yüksək iş intizamı. Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Jooble.az - Baş Mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya (055) 222 26 66 Whats App nömrəsinə göndərə bilərlər. Vacib qeyd: Tələblərə cavab verməyən, və subject-də vakansiyanın adı qeyd edilməyən CV-lərə baxılmıyacaq! e-mail: hr@airgroup.az