Местоположение: Bakı
Əsas vəzifələr: Şirkətin kommersiya strategiyasını hazırlamaq və həyata keçirmək; Satış, satınalma, kateqoriya idarəetməsi və əməliyyat komandalarının fəaliyyətinə rəhbərlik etmək; Satış hədəflərinin müəyyən edilməsi, icrasına nəzarət və performansın qiymətləndirilməsi; Bazar araşdırmaları aparmaq, rəqabət mühitini analiz etmək və inkişaf imkanlarını müəyyənləşdirmək; Təchizatçılar və strateji tərəfdaşlarla kommersiya danışıqlarını aparmaq; Büdcənin hazırlanması, satış proqnozlarının verilməsi və maliyyə göstəricilərinin təhlili; KPI sisteminin qurulması və komandanın inkişafının təmin edilməsi; Şirkətin kommersiya proseslərinin optimallaşdırılması və rəqəmsallaşdırılması üzrə təşəbbüslərə rəhbərlik etmək. Namizədə tələblər: Biznesin idarə edilməsi, iqtisadiyyat, marketinq və ya oxşar sahə üzrə ali təhsil ; Kommersiya, satış və ya əməliyyatların idarə olunması sahəsində minimum 5 il iş təcrübəsi; Strateji planlaşdırma və biznes inkişafı üzrə güclü biliklər; Büdcə, maliyyə analizi sahəsində praktiki təcrübə; Azərbaycan və ingilis dillərini sərbəst bilmək (rus dili üstünlükdür); Güclü analitik düşüncə, liderlik, qərarvermə və danışıqlar aparmaq bacarığı; Təklif edirik: Əmək haqqı: 5 000 – 6 000 AZN (net) + KPI əsaslı bonus Strateji qərarların qəbulunda iştirak imkanı; CV-nizi "Head of Commercial Operations" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına paylaşmağınız xahiş olunur.