Yüklənir...
Местоположение: Bakı
Əsas vəzifələr: Mağazanın gündəlik əməliyyat fəaliyyətini effektiv idarə etmək; Satış hədəflərinə nail olunmasını təmin etmək və mağazanın performansını artırmaq; Komandanı idarə etmək, motivasiya etmək və inkişaf etdirmək; Yüksək səviyyədə müştəri məmnuniyyətini təmin etmək; Vizual merchandising standartlarının qorunmasına nəzarət etmək; Mal ehtiyatının düzgün idarə olunmasını və inventar proseslərinin icrasını təmin etmək; Şirkətin daxili prosedur və standartlarına riayət olunmasına nəzarət etmək. Tələblər: Pərakəndə satış sahəsində minimum 3 il rəhbər vəzifədə iş təcrübəsi; Liderlik və komanda idarəetmə bacarığı; Satış və müştəri xidməti üzrə güclü biliklər; Analitik düşünmə və nəticəyönümlü yanaşma; Azərbaycan dilini mükəmməl bilmək (ingilis və rus dili üstünlükdür); MS Office proqramlarında işləmək bacarığı. İş şəraiti Əmək haqqı-1200 AZN (iş stajına əsasən artan əmək haqqı) + satışdan bonus Növbəli qrafiklə 6 günlük iş həftəsi CV-nizi mövzu hissəsində "Store Manager” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.