Yüklənir...
Местоположение: Bakı şəhəri
Tələblər: Ali təhsil (Əczaçılıq və ya əlaqəli sahə); Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi; Dil bilikləri: Azərbaycan dili – sərbəst, rus və ya ingilis dili biliyi üstünlükdür; Bazar araşdırması, rəqib analizi və istehlakçı trendlərinin təhlili üzrə praktiki biliklər. Əsas vəzifə öhdəlikləri: Nəzarətində olduğu kateqoriya üzrə işin aparılması; Mövcud təchizatçılarla məhsulların alış həcmi, satış qiymətləri, kampaniyalar, investisiya məhsulları və digər aktivliklər üzərindən danışıqların aparılması; Səmərəli təchizatçıların tapılması və əməkdaşlıq təkliflərinin hazırlanması; Kateqoriya üzrə məhsullara satış qiymətlərinin təyin edilməsi; Kateqoriya üzrə apteklərdə məhsulların mal qalıqlarına nəzarət; Kateqoriya üzrə apteklərdə hərəkətsiz məhsulların izlənməsi və onlarla bağlı tədbirlərin görülməsi; Endirim kartlarına tətbiq olunan faizlərin bazada işlənməsi və nəzarəti; Eksklüziv məhsulların kampaniya aktivliyinin aparılması; Onlayn satış və məhsulların saytda aylıq endirimlərinin siyahısının hazırlanması; Əczaçının bonusun qazanması üçün investisiya siyahısının hazırlanması və proqrama işlənməzi üçün təhvil verilməsi. İş şəraiti: İş yeri: BEGOC Biznes Mərkəzi (Ünvan: Zərifə Əliyeva küç., 93); 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək; Nahar şirkət tərəfindən təmin olunur; Tibbi siğorta ilə təmin olunma; Əmək haqqı müsahibə əsasında razılaşdırılır. Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur. Müraciət maili hrdepartment@zeytunpharma.az