Местоположение: Bakı
Vəzifə öhdəlikləri: Active Directory, istifadəçi hesablarının və giriş icazələrinin idarə olunması; Lokal şəbəkənin (LAN), internet və Wi-Fi infrastrukturunun fasiləsiz işləməsinin təmin edilməsi; Serverlərin ehtiyat nüsxələrinin (Backup) hazırlanması və bərpasının həyata keçirilməsi; Antivirus və informasiya təhlükəsizliyi tədbirlərinin tətbiqi; Korporativ şəbəkənin texniki dəstəyi və idarə edilməsi; Cisco, Fortigate, Ubiquiti şəbəkə avadanlıqlarının quraşdırılması, konfiqurasiyası və sorğusuz işləməsinin təmin edilməsi; HP Server, MSA, ESXi və Windows Server (AD, DNS, DHCP, GPO) üzrə texniki dəstək; VDS (Virtual Desktop Server) və virtual mühitlərin idarə edilməsi; Dahua IP kameraların quraşdırılması və nəzarəti; İstifadəçilər üçün texniki problemlərin həlli (Windows 11/10/8/7); Şəbəkə kabel sistemlərinin (SKS) təşkili və problemlərin aradan qaldırılması; TCP/IP, UDP, HTTPS kimi şəbəkə protokolları ilə iş təcrübəsi; İstifadəçilər üçün təlimatların hazırlanması və təlimlərin keçirilməsi. Vəzifə üzrə tələblər: Ali təhsil; Rus və ingilis dili biliyi arzuolunandır (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması və tərcüməsi); İT sahəsində 1 ildən artıq iş təcrübəsi (şəbəkə, sistem administrasiyası, texniki dəstək); Cisco, Fortigate, Windows Server, ESXi, VDS, MSA, HP Server üzrə bilik; Şəbəkə kabel quraşdırması və IP kameraların quraşdırılması bacarığı; Windows istifadəçi dəstəyi (7, 8, 10, 11) və Office proqramları; Şəbəkə protokolları (TCP/IP, UDP, HTTPS) və təhlükəsizlik əsasları; Sertifikatlar (Cisco CCNA, Fortigate NSE, Microsoft MTA/MCSA) üstünlükdür; Skript yazma (PowerShell, Bash) və avtomatlaşdırma bacarığı arzuolunandır; İT infrastrukturu layihələrinin həyata keçirilməsi təcrübəsi üstünlükdür; Yüksək dərəcədə ünsiyyət və komanda ilə işləmək bacarıqları; Analitik düşüncə və problemləri sürətli həll etmə bacarığı. Sizə nə təklif edirik? Əlverişli iş mühitində çalışmaq imkanı; Karyera və inkişaf perspektivləri; Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq; Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı; İş qrafiki: həftə içi 6 gün, 09:00-18:00 Maraqlanan şəxslər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq IT mütəxəssis adı yazılmalıdır. Ünvan: Bakı şəhəri, Nizami rayonu, Babək pr 36E.