Proqramçı Böyük Mütəxəssis - OBA marketlər şəbəkəsi | Vakansiya

Şirkət Haqqında

Şirkət: OBA marketlər şəbəkəsi

Vebsayt: https://oba.az

“OBA Market” MMC Azərbaycanda fəaliyyət göstərən qonşu marketlər şəbəkəsidir. Şirkət ərzaq məhsullarının satışını həyata keçirir. Hal-hazırda 9000 əməkdaş və 1400-dən çox mağaza sayı ilə Respublikanın ən böyük mağaza zənciri şəbəkəsidir. Market sayına görə “OBA Market” MMC Azərbaycanın 1 nömrəli marketlər şəbəkəsidir. Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC yeni-diskount market konsepsiyası ilə 2016-cı ildə Azərbaycanda pərakəndə satış bazarına daxil oldu. Şəbəkənin yaradılmasında əsas hədəf gündəlik tələbat məhsullarını mümkün olan aşağı qiymət və yüksək keyfiyyətlə müştərilərə təqdim etməkdir. 2020-ci ildən etibarən, çeşid sayını dəfələrlə artıran “OBA” Market öz markaları (PL- Private Label) ilə yanaşı, yerli və xarici markaların satışını da həyata keçirir.

OBA marketlər şəbəkəsi şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

Təsvir Şirkətin əsas informasiya sistemlərinin funksional imkanlarının təkmilləşdirilməsi, yeni modulların və funksionallıqların hazırlanması və mövcud həllərin optimallaşdırılmasını təmin etmək; Biznes tələblərini texniki həllərə çevirmək, proqram təminatının arxitekturasını, komponentlərini və inteqrasiya mexanizmlərini layihələndirmək və inkişaf etdirmək; Backend proqram təminatının hazırlanması, mövcud tətbiqlərin inkişaf etdirilməsi və performans göstəricilərinin optimallaşdırılmasını həyata keçirmək; Sistemlərarası məlumat mübadiləsinin təmin edilməsi məqsədilə REST API-lərin hazırlanması, inteqrasiyası və dəstəklənməsini həyata keçirmək; Şirkətin daxili sistemləri, mobil və veb tətbiqlər, ERP və digər korporativ platformalar arasında inteqrasiyaların qurulması və dayanıqlı fəaliyyətinin təmin edilməsində iştirak etmək; CI/CD proseslərinin qurulması və təkmilləşdirilməsi, proqram təminatının test və production mühitlərinə etibarlı şəkildə çıxarılmasını təmin etmə İş qrafiki: 5 günlük, saat 09:00-18:00 Tələblər Təhsil: Ali (Kompüter elmləri, İnformasiya texnologiyaları, Proqram mühəndisliyi və ya digər müvafiq ixtisaslar üzrə ) Təcrübə:  Minimum   4- 5 il peşəkar iş təcrübəsi ( Proqram təminatının hazırlanması və inkişafı sahəsində) Retail, FMCG və ya digər yüksək tranzaksiyalı biznes sistemləri  ilə iş təcrübəsinin olması üstünlük hesab edilir; Backend proqramlaşdırma üzrə, xüsusilə C#/.NET texnologiyaları ilə işləmək üzrə güclü praktiki bilik və təcrübə; Relyasion verilənlər bazaları və SQL üzrə yüksək səviyyəli biliklər, xüsusilə MS SQL Server ilə işləmə təcrübəsi; REST API-lərin hazırlanması, inteqrasiyası və sistemlərarası məlumat mübadiləsinin təşkili üzrə praktiki təcrübə; Git, Azure DevOps və digər versiya idarəetmə, CI/CD və proqram təminatının çatdırılması alətləri ilə işləmə bacarığı; Veb və/və ya mobil tətbiqlərin arxitekturası, proqram təminatının strukturlaşdırılması və miqyaslandırılması üzrə anlayış; Yüksək əlçatanlıq və davamlılıq tələb edən kritik və canlı (production) sistemlərin hazırlanması, dəstəklənməsi və təkmilləşdirilməsi üzrə təcrübə; Sistem performansının, etibarlılığının və dayanıqlılığının təmin edilməsi üzrə anlayış və praktiki yanaşma; Texniki problemləri sistemli şəkildə təhlil etmək, effektiv həllər formalaşdırmaq və müxtəlif funksional komandalarla əməkdaşlıq etmək bacarığı. Vakansiya növü - Tam ştat İmtiyazlar Nahar təminatı Servis ximdəti Karyera yüksəlişi Maraqlanan namizədlər   Müraciət et   düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Müraciət Məlumatları

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - İT, Proqram Təminatı və Məlumat Analitikası

İT, Proqram Təminatı və Məlumat Analitikası kateqoriyasında ən son iş elanları və vakansiyalar

İT, Proqram Təminatı və Məlumat Analitikası kateqoriyasında daha çox vakansiya

Proqramçı Böyük Mütəxəssis vakansiyası OBA marketlər şəbəkəsi şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.