Vakansiya Təsviri
Site Engineer Position Summary The Site Engineer will be responsible for supervising, coordinating, and monitoring all civil and structural-related construction activities at the project site to ensure that works are executed in accordance with approved drawings, technical specifications, applicable standards, quality requirements, project schedule, and HSE requirements. Key Responsibilities Supervise day-to-day civil construction activities and ensure compliance. Monitor earthworks, excavation, backfilling, grading, compaction, foundations, reinforced concrete works, slabs, drainage, roads, paving, and other civil works. Verify dimensions, levels, elevations, alignments, and locations of civil works on site. Monitor concrete pouring, sampling, testing, curing, and finishing activities. Monitor the quality of civil works and ensure compliance with project specifications. Inspect reinforcement, formwork, embedded items, concrete works, waterproofing, backfilling, compaction, and other civil activities prior to approval. Verify material deliveries and ensure that materials used on site are approved and supported by the required certificates and documentation. Participate in inspections, testing, punch-list activities, and final acceptance. Coordinate daily activities with the contractor and monitor performance. Monitor manpower, equipment, materials, and productivity. Maintain records (Journal) of completed works, inspections, testing, site instructions, RFIs, NCRs, and other relevant documentation. Monitor safe execution of excavation, lifting, concrete works, working around heavy equipment, and other site activities in accordance with HSE requirements. Prepare daily/weekly site reports and highlight progress, risks, and constraints to the line manager for action items and instructions. Required Qualifications Bachelor's degree in Civil Engineering or a related discipline. Min. 10 years of construction/site experience. Industrial projects experience is preferred. Good understanding of construction drawings, specifications, HSE, and QA/QC procedures. Knowledge of applicable construction standards and regulations. Strong knowledge of Microsoft Office and AutoCAD. Experience working with contractors and subcontractors in a site environment. Good communication, coordination, problem-solving, and reporting skills. Working Conditions Workplace: Sumgait Industrial Park, Sumgait city Working hours: 6-day workweek, 40 hours per week Interested candidates can send their CVs to the e-mail address in the Apply for job button. Sahə Mühəndisi Vəzifənin əsas məqsədi Sahə Mühəndisi layihə ərazisində bütün mülki və konstruktiv tikinti işlərinin nəzarəti, koordinasiyası və monitorinqinə cavabdehdir. İşlərin təsdiq edilmiş çertyojlara, texniki spesifikasiyalara, tətbiq olunan standartlara, keyfiyyət tələblərinə, layihə qrafikinə və Əməyin Mühafizəsi, Ətraf Mühit və Təhlükəsizlik (HSE) tələblərinə uyğun şəkildə icra olunmasını təmin edir. Əsas vəzifə və öhdəliklər Gündəlik mülki tikinti işlərinə nəzarət etmək və işlərin müvafiq tələblərə uyğun icrasını təmin etmək. Torpaq işləri, qazıntı, geri doldurma, planlaşdırma, sıxlaşdırma, bünövrələr, dəmir-beton işləri, döşəmələr, drenaj sistemləri, yollar, asfalt/beton örtükləri və digər mülki tikinti işlərinə nəzarət etmək. Tikinti sahəsində mülki işlərin ölçülərini, səviyyələrini, hündürlüklərini, oxlarını və yerləşmə koordinatlarını yoxlamaq. Beton tökmə, nümunələrin götürülməsi, sınaqların aparılması, betonun bərkiməsi və səth işlənməsi proseslərinə nəzarət etmək. Mülki tikinti işlərinin keyfiyyətinə nəzarət etmək və layihənin texniki spesifikasiyalarına uyğunluğunu təmin etmək. Armatur, qəlib, anker və digər gömülən elementlər, beton işləri, hidroizolyasiya, geri doldurma, sıxlaşdırma və digər mülki işləri qəbul və təsdiqdən əvvəl yoxlamaq. Materialların sahəyə çatdırılmasını yoxlamaq və tikinti sahəsində istifadə olunan materialların təsdiq edilmiş olmasını, tələb olunan sertifikat və sənədlərlə müşayiət edilməsini təmin etmək. Yoxlamalarda, sınaqlarda, qüsurların aradan qaldırılması üzrə işlərdə (Punch List) və yekun qəbul prosesində iştirak etmək. Podratçı ilə gündəlik işlərin koordinasiyasını həyata keçirmək və podratçının fəaliyyətini və işlərin icra göstəricilərini monitorinq etmək. İşçi qüvvəsi, texnika, materiallar və məhsuldarlıq göstəricilərinə nəzarət etmək. Yerinə yetirilmiş işlər, yoxlamalar, sınaqlar, sahə üzrə verilmiş göstərişlər, RFI-lər, NCR-lər və digər aidiyyəti sənədlər üzrə tikinti jurnalını və müvafiq qeydləri aparmaq. Qazıntı, qaldırma əməliyyatları, beton işləri, ağır texnikanın istismarı ətrafında görülən işlər və digər sahə fəaliyyətlərinin HSE tələblərinə uyğun və təhlükəsiz şəkildə həyata keçirilməsinə nəzarət etmək. Gündəlik/həftəlik sahə hesabatlarını hazırlamaq, görülmüş işlərin gedişatı, risklər və məhdudiyyətlər barədə rəhbərliyə məlumat vermək və tələb olunan tədbir və göstərişlərin icrasını təmin etmək. Tələb olunan ixtisas və təcrübə İnşaat mühəndisliyi və ya əlaqəli ixtisas üzrə bakalavr dərəcəsi. Minimum 10 il tikinti/sahə üzrə iş təcrübəsi. Sənaye layihələri üzrə təcrübəyə üstünlük verilir. Tikinti çertyojları, texniki spesifikasiyalar, HSE və QA/QC prosedurları haqqında yaxşı anlayış. Tətbiq olunan tikinti standartları və normativ tələblər üzrə bilik. Microsoft Office və AutoCAD proqramlarında yüksək səviyyədə işləmək bacarığı. Tikinti sahəsində podratçı və subpodratçılarla iş təcrübəsi. Yüksək kommunikasiya, koordinasiya, problem həll etmə və hesabat hazırlama bacarıqları. İş şəraiti İş yeri: Sumqayıt Sənaye Parkı, Sumqayıt şəhəri İş qrafiki: 6 günlük iş həftəsi, həftədə 40 saat Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.