Satış bölməsi/ Müştəri xidmətləri üzrə mütəxəssis - Agrokimya | Vakansiya

Şirkət Haqqında

Şirkət: Agrokimya

Vebsayt: https://www.agrokimya.com

Şirkət haqqında «Aqrokimya» MMC 1991-cı ildən fəaliyyət göstərir. Fəaliyyəti dövründə əsas işi respublikaya bitki mühafizəsi vasitələri, pestisidlər, gübrələr, toxumlar, mikroelementlər və s. kənd təsərrüfatı təyinatlı mallar idxal edib kənd təsərrüfatı müəssisələrinə və fermerlərə satmaqdan ibarətdir. «Aqrokimya» MMC dünyanın bir çox aparıcı bitki mühafizəsi vasitələri, gübrə, toxum və sair aqrokimyəvi məhsul istehsalçılarının rəsmi destribütorudur. Belə ki, İsveçrənin «Syngenta Agro AG», Almaniyanın “Bayer CropScience AG”, Amerika Birləşmiş Ştatlarının “DOW AgroSciences”, Türkiyənin «Koruma Klor Alkalı» şirkətlərinin bitki mühafizəsi vasitələrinin, İtalyanın “Valagro”, Belçikanın “Tessenderlo Group”, İsrailin «Haifa Chemicals”, Rusiyanın «Evroxim» şirkətlərinin yarpaq və kök gübrələrinin, İsveçrənin “Syngenta Seeds” şirkətlərinin bitki toxumlarının, Estonianın “Mikskaar” şirkətinin torf satışı üzrə distribyutorudur.

Agrokimya şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: Satış bölməsi/ Müştəri xidmətləri üzrə mütəxəssis
  • Yer: Bakı şəhəri
  • İş növü: Tam iş günü
  • Əmək haqqı: 600-700
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 24
  • Kateqoriya: Pərakəndə satış və müştəri xidmətləri
Etiketlər:
  • 🆕 Yeni
  • 🏠 Uzaqdan iş

Vakansiya Təsviri

Ünvan: Bakı, Yasamal r. , Şəfayət Mehdiyev 271 A. Vacibdir:  Satış və müştəri xidmətmələri sahəsində ən azı 1 il iş təcrübəsi (ofis daxili). Əsas vəzifə və öhdəliklər: Müştəri məmnuniyyətinin təmin olunması; Korporativ müştərilərlə bir başa, telefon, e-mail və digər elektron vasitələrlə əlaqə saxlanılması və cavablandırması, şirkət tərəfindən təqdim olunan məhsul barədə düzgün məlumat verilməsi; Müştərilərdən gündəlik sifarişlərin qəbul edilməsi və 1C proqramında sifarişlərin yazılması; Qiymət təklifinin hazırlanması; Müqavilənin tərtib olunması; Şirkətə müraciət edən müştərilərə yüksək keyfiyyətli xidmət göstərilməsi; Rəhbərlik tərəfindən verilən tapşırıqların operativ yerinə yetirilməsi; Namizədə tələblər: Xanım namizəd  Satış və müştəri xidmətmələri sahəsində ən azı 1 il iş təcrübəsi; Ali təhsil (mütləq); Yaş - 25-40; Xanım namizədlər Yüksək səviyyədə Azərbaycan dili (Rus və İngilis-dil bilikləri arzuolunandır); Microsoft Excel proqramından sərbəst şəkildə istifadə (1C proqramı bilikləri üstünlükdür); Verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı; Yüksək ünsiyyətqurma və komanda ilə işləmək bacarığı; İş şəraiti: İş saatı 9:00 –dan 18:00 -dək, Şənbə günü 9:00 -dan 13:00-dək İstirahət günü: Bazar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə. Nahar şirkət tərəfindən təmin edilir. Mobil telefon, korporotiv nömrə və aylıq mobil rabitə limiti şirkət tərəfindən təmin olunur. Əmək haqqı: 600-700 AZN-dən (Namizədin bilik və təcrübəsinə əsasən Ə/M müəyyənləşəcək) CV formalarını (şəkilsiz CV- qəbul edilmir)  Müraciət Et  düyməsində göstərilən e-mail ünvanına göndərə bilər (məktubun mövzu bölməsində vakansiyanın adını  “Müştəri xidmətləri üzrə mütəxəssis” qeyd etməyiniz xahiş edilir, əks halda müraciətə baxılmayacaq).  Müraciət maili  hr@agrokimya.com

Müraciət Məlumatları

Bu vakansiyaya e-poçt vasitəsilə müraciət edə bilərsiniz.

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Pərakəndə satış və müştəri xidmətləri

Pərakəndə satış və müştəri xidmətləri kateqoriyasında ən son iş elanları və vakansiyalar

Pərakəndə satış və müştəri xidmətləri kateqoriyasında daha çox vakansiya

Satış bölməsi/ Müştəri xidmətləri üzrə mütəxəssis vakansiyası Agrokimya şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.