Texniki işçi - Alliance Facility Management (AFM) | Vakansiya

Şirkət Haqqında

Şirkət: Alliance Facility Management (AFM)

Vebsayt: https://afm.az/

Alliance Facility Management — AFM fərdi yaşayış evləri və kommersiya binaları üçün layihələndirmə, tikinti, təmir və texniki baxım xidmətlərini əlaqəli şəkildə təşkil edir. İşimiz obyektin ehtiyaclarının müəyyənləşdirilməsi və qanunvericiliyə uyğun layihələndirmədən başlayır. Tələb olunan sənədləşmə və icazə proseslərinin koordinasiyasından sonra tikinti və təmir işləri həyata keçirilir. Məkan təmizlənir, razılaşdırılmış landşaft və abadlaşdırma işləri tamamlanır və sahibinə təhvil verilir. Əməkdaşlığımız təhvildən sonra da davam edə bilər. Aylıq və illik xidmət planları ilə elektrik, işıqlandırma, su, santexnika, internet və kamera sistemləri üzrə baxım, qazla bağlı xidmətlərin koordinasiyası, təmizlik, dezinfeksiya və bağban xidmətləri təşkil olunur. AFM-in məqsədi ev və biznes sahiblərinin müxtəlif icraçılar arasında koordinasiyaya sərf etdiyi vaxtı azaltmaq, işləri aydın plan üzrə aparmaq və obyektin uzunmüddətli istifadəsini dəstəkləməkdir. AFM — məkanınızı qurur, istifadəyə hazırlayır və davamlı qayğı ilə qoruyur.

Alliance Facility Management (AFM) şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: Texniki işçi
  • Yer: Bakı
  • İş növü: Tam iş günü
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 24
  • Kateqoriya: Satınalma və Təchizat Zənciri
Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

Alliance Facility Management komandamıza avadanlıq və materialların daşınması, obyektlərdə texniki işlərə dəstək, alət və avadanlıqların istifadəyə hazırlanması üzrə çalışacaq Texniki işçi  axtarır. Tələblər Əsas öhdəliklərə şirkət avtomobilini təhlükəsiz idarə etmək, avadanlıqların sazlığına nəzarət etmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək daxildir. Namizəd 45 yaşadək, hərbi xidmət keçmiş, B və C kateqoriyalı sürücülük vəsiqəsinə və minimum 10 il sürücülük stajına malik olmalıdır. İntizamlı, məsuliyyətli, komanda ilə işləməyi bacaran və təhlükəsizlik qaydalarına riayət edən namizədlər axtarılır; ali təhsili və xarici dil biliyi olanlara üstünlük verilir. Müraciət etmək üçün 050 788 88 25  nömrəsinə zəng edə və ya WhatsApp vasitəsilə CV-nizi göndərə bilərsiniz.

Müraciət Məlumatları

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Satınalma və Təchizat Zənciri

Satınalma və Təchizat Zənciri kateqoriyasında ən son iş elanları və vakansiyalar

Satınalma və Təchizat Zənciri kateqoriyasında daha çox vakansiya

Texniki işçi vakansiyası Alliance Facility Management (AFM) şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.