Nəqliyyat üzrə dispetçer - Az - Granata LLC | Vakansiya

Şirkət Haqqında

Şirkət: Az - Granata LLC

Vebsayt: http://azgranata.az/

Şirkət haqqında 2011-ci ildə inşa olunmuş 2.5 hektar sahəni əhatə edən zavod, Cənubi Qafqaz regionunda ən böyük meyvə şirəsi istehsalçılarından biridir. AZGRANATA meyvə şirəsi, konsentrat və kompot ilə yanaşı, şərab və araq məhsulları da istehsal edir. Zavod meyvə qəbulu, meyvə emalı, konsentrat hazırlanması, aseptik çənlər, şüşə dolumu və qablaşdırılması, tetra pak dolumu və qablaşdırılması bölümlərindən ibarətdir. Zavod saatda 12 ton meyvə şirəsi istehsal etmək gücünə malikdir. Meyvə qəbulu xətti nar, üzüm, alma, armud və heyva qəbul edə bilir. Meyvə qəbulu sexində meyvənin qəbulu, təmizlənməsi, sortlaşdırılması, yüksək temperaturda sterilizasiya, aseptik çəndə saxlanılması (40 ədəd hər biri 50 ton) mərhələləri həyata keçirilir. Zavodun illik istehsal gücü 100 milyon qablaşdırma təşkil edir.

Az - Granata LLC şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: Nəqliyyat üzrə dispetçer
  • Yer: Bakı
  • İş növü: Tam iş günü
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 14
  • Kateqoriya: Satınalma və Təchizat Zənciri
Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

Vəzifəyə aid öhdəliklər: Müəssisənin nəqliyyat vasitələrinin gündəlik hərəkətini, iş qrafikini və marşrutlarını planlaşdırmaq və koordinasiya etmək; Nəqliyyat vasitələrini təyinatlar üzrə bölüşdürmək və sürücülərə gündəlik tapşırıqlar vermək; Sürücülərin işə çıxışını və tapşırıqların vaxtında icrasını izləmək; Nəqliyyat vasitələrinin yüklənmə-boşaldılma prosesini və təyinat məntəqələrinə vaxtında çatdırılmasını koordinasiya etmək; Marşrutlar üzrə gecikmə, nasazlıq və digər problemləri operativ şəkildə həll etmək və aidiyyəti şəxsləri məlumatlandırmaq; Yanacaq sərfiyyatı, yürüş, yol vərəqələri və digər nəqliyyat məlumatlarının uçotunu aparmaq və hesabatlar hazırlamaq; Nəqliyyat vasitələrinin texniki baxış və təmir proseslərini aidiyyəti şəxslərlə koordinasiya etmək; Sürücülər üçün elektron sistemlərdə etibarnamələrin hazırlanmasını təmin etmək və nəqliyyat vasitələrinin səmərəli istifadəsinə nəzarət etmək. Namizədə tələblər: Ali və ya orta ixtisas təhsili; logistika, nəqliyyat, idarəetmə və ya müvafiq sahə üzrə təhsil üstünlükdür. Nəqliyyat və ya logistika sahəsində ən azı 1 il iş təcrübəsi. Nəqliyyat vasitələrinin, marşrutların və sürücülərin işinin koordinasiyası üzrə praktiki biliklər. Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı. MS Office, xüsusilə Excel proqramında işləmək bacarığı. Operativ qərar qəbul etmək və yaranan problemləri çevik həll etmək bacarığı. Sürücülərlə və digər struktur bölmələrlə düzgün kommunikasiya qurmaq bacarığı. Yüksək məsuliyyətlilik, diqqətlilik və intizamlılıq. Stressli və intensiv iş şəraitində işləmək bacarığı. GPS/nəqliyyat izləmə sistemləri ilə işləmək bacarığı üstünlükdür. Nəqliyyat vasitələrinin texniki vəziyyəti ilə bağlı ilkin anlayışın olması üstünlükdür. İş şəraiti: İş yeri – Ağsu şəhəri ; Həftə içi 5 günlük iş qrafiki; Ağsu şəhərinə yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcəkdir; Gecələmə və qidalanma şirkət tərəfindən qarşılanmır; Əmək haqqı 900 – 1,000 Azn aralığındadır. Dəqiq məbləğ namizədin bilik və təcrübəsi əsasında müəyyən olunacaqdır. Maraqlanan namizədlər öz CV-lərini  Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Müraciət Məlumatları

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Satınalma və Təchizat Zənciri

Satınalma və Təchizat Zənciri kateqoriyasında ən son iş elanları və vakansiyalar

Satınalma və Təchizat Zənciri kateqoriyasında daha çox vakansiya

Nəqliyyat üzrə dispetçer vakansiyası Az - Granata LLC şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.