Keyfiyyətə Nəzarət Mühəndisi (QA/QC) - Caspian Engineering Solutions | Vakansiya

Şirkət Haqqında

Şirkət: Caspian Engineering Solutions

Vebsayt: https://ces.az/az

Caspian Engineering Solutions  Azərbaycanda sənaye üzrə  Y oxlama ,  S ınaq ,  L aboratoriya ,  T əmir ,  T ikinti ,  Q uraşdırma ,  S ənaye Təmizliyi  və  İdarəolunan Təzyiqli Qazma (MPD)  sahələrində qabaqcıl texniki xidmətlər göstərən şirkətdir. Peşəkar heyət və müasir avadanlıqla 100-dən artıq uğurlu layihə həyata keçirərək,  neft emalı və sənaye obyektlərinin  tikintisi, modernləşdirilməsi və təmirində geniş təcrübə qazanmışıq. Məqsədimiz — beynəlxalq standartlara uyğun, təhlükəsiz və keyfiyyətli xidmət göstərmək, layihələri vaxtında və səmərəli şəkildə başa çatdırmaqdır. Müştərilərimizlə etibarlı və uzunmüddətli əməkdaşlıq bizim əsas dəyərimizdir.

Caspian Engineering Solutions şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: Keyfiyyətə Nəzarət Mühəndisi (QA/QC)
  • Yer: Bakı
  • İş növü: Tam iş günü
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 5
  • Kateqoriya: Mühəndislik və Texniki Sahələr
Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

İş yeri:  Bakı şəhəri Əmək haqqı:  3000–3500 AZN Vəzifə öhdəlikləri Tikinti-quraşdırma, gücləndirmə və təmir-bərpa işlərinin layihə, AzDTN, ISO və digər normativ tələblərə uyğunluğuna nəzarət etmək; Podratçıların QA/QC proseslərini, Keyfiyyət İdarəetmə Planı (QAP/QMP) və prosedurlarını yoxlamaq və monitorinq etmək; Sahə keyfiyyət yoxlamalarını planlaşdırmaq, təşkil etmək və ITP əsasında icrasına nəzarət etmək; Texniki və keyfiyyət risklərini müəyyənləşdirmək, qiymətləndirmək və preventiv tədbirlər üzrə təkliflər vermək; Material və avadanlıqların layihə, spesifikasiya və təsdiq edilmiş MAR sənədlərinə uyğunluğunu yoxlamaq; Uyğunsuzluqları (NCR/Observation) müəyyən etmək, qeydiyyata almaq, düzəldici tədbirlərin icrasını və NCR-lərin bağlanmasını izləmək; Təkrarlanan keyfiyyət problemlərinin kök səbəblərini təhlil etmək və CAR-ların effektivliyini qiymətləndirmək; Layihənin təhvil-təslim və istismara verilməsi üçün keyfiyyət sənədlərinin tamlığına nəzarət etmək; Həftəlik və aylıq keyfiyyət/proses hesabatlarını və NCR izləmə cədvəllərini hazırlamaq. Tələblər İnşaat mühəndisliyi, memarlıq, mühəndislik və ya tikinti idarəetməsi üzrə ali təhsil; Tikinti və ya daşınmaz əmlak layihələrində minimum 5 il, aparıcı KT/KN (QA/QC) mühəndisi kimi təcrübə; Sifarişçi və ya nəzarətçi təşkilatda keyfiyyət idarəetməsi üzrə təcrübəyə üstünlük verilir; AzDTN, EN və ISO 9001 standartları üzrə yaxşı/dərin bilik; Layihə sənədləri, IFC çertyojları, ITP, QAP/QMP və MAR sənədləri ilə işləmə bacarığı; Azərbaycan Respublikasının əməyin mühafizəsi və ekoloji qanunvericiliyi üzrə bilik; Güclü analitik, kommunikasiya və hesabat hazırlama bacarığı; AutoCAD və MS Office, xüsusilə qabaqcıl Excel bilikləri; İngilis dili biliyi; ISO 9001 Lead Auditor, IRCA və ya ekvivalent sertifikatların olması üstünlükdür. Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “Keyfiyyətə Nəzarət Mühəndisi (QA/QC)” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Müraciət Məlumatları

Bu vakansiyaya e-poçt vasitəsilə müraciət edə bilərsiniz.

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Mühəndislik və Texniki Sahələr

Mühəndislik və Texniki Sahələr kateqoriyasında ən son iş elanları və vakansiyalar

Mühəndislik və Texniki Sahələr kateqoriyasında daha çox vakansiya

Keyfiyyətə Nəzarət Mühəndisi (QA/QC) vakansiyası Caspian Engineering Solutions şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.