Layihə rəhbəri (Texniki müdir) - Kaspian Teknologi Saplay MMC | Vakansiya

Şirkət Haqqında

Şirkət: Kaspian Teknologi Saplay MMC

Kaspian Teknologi Saplay MMC şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: Layihə rəhbəri (Texniki müdir)
  • Yer: Bakı
  • İş növü: Tam iş günü
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 0
  • Kateqoriya: Biznes, İdarəetmə və İnsan Resursları
Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

İş yeri: Laçın rayonu (Qarabağ və Şərqi Zəngəzur region (Yaşıl Enerji Zonası)) Sahə: Alternativ və bərpa olunan enerji (Su turbinlərinin və hidroelektrik stansiyaların istismarı) İşin təsviri: Uğurlu namizəd Qarabağ bölgəsində fəaliyyət göstərən 4 kiçik su elektrik stansiyasının (Kiçik HES) istismar müdirliyini həyata keçirəcəkdir.  Vəzifə öhdəlikləri: Texniki şöbənin fəaliyyətinə ümumi rəhbərlik etmək və iş prosesini tənzimləmək; Cavabdeh olduğu 4 HES üzrə istehsalatın təqibini aparmaq, su sərfi-istehsalat (debi-üretim) analizlərini həyata keçirmək;  Hidroelektrik stansiyalarındakı su turbinlərinin, generatorların və bütün əlaqədar hidromexaniki/elektrik avadanlıqlarının fasiləsiz, təhlükəsiz və səmərəli istismarını təmin etmək; Avadanlıqların vaxtlı-vaxtında profilaktik baxışını, diaqnostikasını, dövri texniki xidmətini və illik dayanma (duruş) planlarını hazırlamaq, icrasına nəzarət etmək;  Yarana biləcək texniki nasazlıqlara və qəza hallarına operativ şəkildə müdaxilə olunmasına rəhbərlik etmək;  Ehtiyat hissələrinin planlaşdırılmasını təşkil etmək, həmçinin operator və teknisyenlərdən ibarət sahə komandasının işini koordine və idarə etmək;  Azərbaycandakı enerji şəbəkəsi, müvafiq dövlət/enerji qurumları və yerli icra hakimiyyəti orqanları ilə lazımi işgüzar kommunikasiyanı qurmaq;  Texniki təhlükəsizlik, əməyin mühafizəsi (SƏTƏM) və yüksək gərginlikli obyektlərdə təhlükəsiz iş qaydalarına qeyd-şərtsiz əməl olunmasını təmin etmək;  Görülmüş işlər, avadanlıqların texniki vəziyyəti və enerji istehsalı göstəriciləri barədə rəhbərliyə mütəmadi hesabatlar hazırlamaq və təqdim etmək. Tələblər: Təhsil: Ali mühəndislik təhsili ( Elektrik, Elektrik-Elektronika və ya Mexanika mühəndisliyi üzrə);  İş təcrübəsi: Kiçik HES-lərin, enerji santrallarının istismar-baxım sahəsində və ya yüksək gərginlikli obyektlərdə ən az 5 il , tərcihən 8 ildən yuxarı peşəkar təcrübə (Rəhbər vəzifələrdə azı 3 il təcrübə);  Texniki biliklər: Turbin, generator, qovernor (tənzimləyici), eksitasiya (təsir qıcıqlanma) sistemləri, transformatorlar, OG/YG (orta və yüksək gərginlik) şalt sistemləri, rele mühafizəsi, SCADA, requlyator, cebri boru (təzyiqli su borusu) və köməkçi təsisatlar barədə mükəmməl sahə/praktiki biliklər;  Dil bilikləri: Aidiyyatı yerli qurumlar və komanda ilə rahat ünsiyyət saxlaya biləcək səviyyədə Azərbaycan, Türk və İngilis dillərində kommunikasiya bacarığı;  Şəxsi keyfiyyətlər: Dağlıq sahə və çətin relyef şəraitində işləyə bilən, iş təhlükəsizliyi qaydalarına hakim, praktiki, məsuliyyət ala bilən və liderlik keyfiyyətlərinə sahib profil;  Qarabağ və Şərqi Zəngəzur bölgəsində işləmək imkanı. Hörmətli namizədlər, CV-lərinizi zəhmət olmazsa vəzifə adını Layihə rəhbəri (Texniki müdir) məktubun mövzu hissəsinə qeyd etməklə  Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanlarına göndərməyiniz xahiş olunur.

Müraciət Məlumatları

Bu vakansiyaya e-poçt vasitəsilə müraciət edə bilərsiniz.

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Biznes, İdarəetmə və İnsan Resursları

Biznes, İdarəetmə və İnsan Resursları kateqoriyasında ən son iş elanları və vakansiyalar

Biznes, İdarəetmə və İnsan Resursları kateqoriyasında daha çox vakansiya

Layihə rəhbəri (Texniki müdir) vakansiyası Kaspian Teknologi Saplay MMC şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.