Daxili nəzarət üzrə mütəxəssis - Avrora | Vakansiya

Şirkət Haqqında

Şirkət: Avrora

Vebsayt: http://avrora.az/

Şirkət haqqında “Avrora Qrup” distribüter şirkəti kimi fəaliyyətinin əsası 1 noyabr 1993-cü ildə qoyulmuşdur. Şirkət fəaliyyətinə yerli və xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtımını həyata keçirməklə başlamışdır. “Avrora Qrup” hal-hazırda qida sektorunda ölkəmizin ən aparıcı distribüter şirkətlərindən biridir. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin etibarlı partnyoru olan “Avrora Qrup”un portfoliosuna “Danone”, “Ehrman”, “Arla”, “Rolton”, “Hochland”, “Heinz” “Pernod Ricard”, “Diageo”, “Carlsberg”, “Jagermeister”, “Gruppo Campari”, “Brown Forman”, “Bacardi Limited” və s. kimi aparıcı şirkətlər daxildir. Şirkət distribüter fəaliyyətini daha peşəkar və davamlı həyata keçirmək üçün mərkəzi ofisi Bakıda olmaqla Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və Saatlıda filialları fəaliyyət göstərir. “Avrora Qrup”un ümumi sahəsi 39000 kv/m olan logistika mərkəzi vardır. “Avrora Qrup” distribüter şirkəti olaraq hal-hazırda 12000-dən çox ticarət nöqtəsinə 1000-dən çox məhsul çeşidinin satışını həyata keçirir.

Avrora şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: Daxili nəzarət üzrə mütəxəssis
  • Yer: Bakı
  • İş növü: Tam iş günü
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 9
  • Kateqoriya: Maliyyə xidmətləri
Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

Əsas vəzifə öhdəlikləri: Daxili nəzarət və inventarizasiya üzrə dövrü və illik hesabatların hazırlanması və təhlili; Struktur bölmələrdən daxil olan məlumatların qiymətləndirilməsi, araşdırılması və icmal hesabatların hazırlanması; Epizodik yoxlamalar, araşdırmalar və qəfil monitorinqlərin təşkili; Maliyyə və material risklərinin aşkarlanması və qabaqlayıcı tədbirlərin görülməsi; Şirkət balansında olan əmlakların inventarizasiyası və müvafiq yoxlamaların aparılması; Neqativ halların və çatışmazlıqların aradan qaldırılması üçün təkliflərin hazırlanması və rəhbərliyə təqdim olunması; Şirkət daxilində müxtəlif struktur bölmələrlə koordinasiyalı işin təşkili. Tələb olunan bilik və bacarıqlar: Analitik düşünmə və problem həll etmə bacarığı Güclü hesabatlılıq və sənədləşmə bacarığı MS Office proqramları ilə işləmə bacarığı Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı Effektiv ünsiyyət və təqdimat bacarıqları, komandada işləmək bacarığı; Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri: Ali təhsil (Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və ya əlaqədar sahə) Minimum 2–3 il daxili audit, nəzarət və ya inventarizasiya sahəsində iş təcrübəsi İş şərtlərimiz: İş qrafiki: Tam iş günü (5 gün); İş saatları: 08:00-17:00; İş yeri: Avrora Sənaye Parkı (Hökməli) Biz nə təklif edirik: Əmək bazarında rəqabətli əməkhaqqı; Peşəkar komanda mühiti; Nahar; Şirkət hesabına korporativ nömrə; Təlim və inkişaf imkanları. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Daxili nəzarət üzrə mütəxəssis” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət Məlumatları

Bu vakansiyaya e-poçt vasitəsilə müraciət edə bilərsiniz.

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Maliyyə xidmətləri

Maliyyə xidmətləri kateqoriyasında ən son iş elanları və vakansiyalar

Maliyyə xidmətləri kateqoriyasında daha çox vakansiya

Daxili nəzarət üzrə mütəxəssis vakansiyası Avrora şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.