Aparıcı təhlükəsizlik inzibatçısı - Azərbaycan Respublikasının Mərkəzi Bankı | Vakansiya

Şirkət Haqqında

Şirkət: Azərbaycan Respublikasının Mərkəzi Bankı

Vebsayt: https://www.cbar.az/

Şirkət haqqında Təşkilat haqqında Azərbaycan Respublikasının Milli Bankı “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli Fərmanı ilə yaradılmışdır. “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” 18 mart 2009–cu il tarixli Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar olaraq “Azərbaycan Respublikası Milli Bankı” “Azərbaycan Respublikasının Mərkəzi Bankı” adlandırılmışdır. Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi Qanunla müəyyən edilmiş səlahiyyətləri daxilində qiymətlərin sabitliyinin təmin edilməsidir. Əsas məqsədinə xələl gətirmədən Mərkəzi Bank maliyyə bazarlarını tənzimləyən qanunlarla müəyyən edilmiş səlahiyyətlər daxilində maliyyə sabitliyini təmin edir.

Azərbaycan Respublikasının Mərkəzi Bankı şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

Struktur bölmənin adı  - İnformasiya Təhlükəsizliyi, Kibertəhlükəsizlik və Rəqəmsal Fırıldaqçılıqla Mübarizə Departamenti / İnformasiya təhlükəsizliyi mühəndisliyi şöbəsi  Vəzifənin funksiyaları: İnformasiya təhlükəsizliyi həllərinin idarə edilməsi, konfiqurasiyası və optimallaşdırılmasını həyata keçirir; Bank sistemləri, serverlər və şəbəkə avadanlıqları üçün sərtləşdirilmiş təhlükəsizlik qaydalarının (hardening) hazırlanmasını təmin edir; Təhdidlərin qarşısını almaq məqsədilə qabaqlayıcı texniki tədbirlərin (konfiqurasiya dəyişiklikləri, şəbəkə zonalaşdırılması və s.) həyata keçirilməsini təmin edir; İnformasiya texnologiyaları ilə əlaqəli sistem və şəbəkələrin sərtləşdirilmiş təhlükəsizlik tələblərinə uyğunluğunun monitorinqini həyata keçirir; Kritik şəbəkə və təhlükəsizlik avadanlıqlarında (firewall, router, switch və s.) həyata keçirilən dəyişikliklərin təhlükəsizlik baxımından monitorinqini aparır və təhlükəsiz konfiqurasiyaların təsdiqində iştirak edir (idarəetmə funksiyası istisna olmaqla); Bankda informasiya resurslarının qorunması, informasiyanın emalı proseslərinin təhlükəsizliyinin təmin edilməsi və informasiya sistemlərinin mühafizəsi üzrə tədbirlərin həyata keçirilməsində iştirak edir; İnformasiya təhlükəsizliyinin effektivliyinin artırılması məqsədilə müasir texnoloji həlləri araşdırır, yeni təhdidlərə qarşı beynəlxalq təcrübəni öyrənir və müvafiq təkliflər hazırlayır; Müdaxilə testləri və təhlükəsizlik qiymətləndirmələri nəticəsində aşkar edilmiş zəifliklərin aradan qaldırılması üçün texniki həllər hazırlayır və icra prosesində iştirak edir; İnformasiya təhlükəsizliyi insidentlərinin araşdırılması və aradan qaldırılması üzrə tədbirlərdə iştirak edir; Fəaliyyətin davamlılığının təmin edilməsi məqsədilə fövqəladə hallar üzrə qabaqlayıcı tədbirlərin planlaşdırılması və tətbiqində, həmçinin hadisələr zamanı müvafiq tədbirlərin icrasında iştirak edir; Təsnifləşdirilmiş informasiyanın qorunması üzrə təhlükəsizlik tədbirlərinin icrasını təmin edir; Texniki kompetensiyalar Antivirus və EDR/XDR sistemləri ilə işləmək bacarığı Məlumatların tamlığının monitorinq edilməsi (FİM) Məlumat sızıntısının qarşısının alınması (DLP) Səlahiyyətli giriş hüquqlarına nəzarət (PİM/PAM) OTP və MFA sistemləri ilə iş təcrübəsi E-mail təhlükəsizlik alətləri ilə işləmə bacarığı DNS Təhlükəsizliyi ilə iş təcrübəsi WAF sistemləri ilə işləmə bacarığı Zəifliklərin  idarəedilməsi sistemləri ilə iş təcrübəsi Şəbəkə bilikləri ​​​​​​​ Təcrübə İT və ya informasiya təhlükəsizliyi sahəsində iş təcrübəsinin 3 ildən az olmaması tələb olunur. ​​​​​​​ Təhsil Ali təhsil tələb olunur. ​​​​​​​ Dil bacarığı Səlis azərbaycan, orta səviyyədə ingilis dili bacarığı tələb olunur.  Kompüter bacarıqları MS Office proqramları tələb olunur Windows və Linux əməliyyat sistemində işləmə bacarığı tələb olunur Maraqlanan namizədlər   Müraciət et  düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Müraciət Məlumatları

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - İT, Proqram Təminatı və Məlumat Analitikası

İT, Proqram Təminatı və Məlumat Analitikası kateqoriyasında ən son iş elanları və vakansiyalar

İT, Proqram Təminatı və Məlumat Analitikası kateqoriyasında daha çox vakansiya

Aparıcı təhlükəsizlik inzibatçısı vakansiyası Azərbaycan Respublikasının Mərkəzi Bankı şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.