Duty admin (İT Mütəxəssisi) - Azericard | Vakansiya

Şirkət Haqqında

Şirkət: Azericard

Vebsayt: https://www.azericard.com/

Şirkət haqqında "Azərikard" MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal-hazırda “Azərikard” MMC Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda 16 banka prosessinq xidməti göstərir və onların hamısı - Beynəlxalq Ödəmə Sistemlərinin üzvüdür. “Azərikard” MMC telekomunikasiya şirkətlərinin xidmət haqlarının, kommunal xidmətlərin, gömrük rüsumlarının və vergilərin ödənişi, mobil və internet bankçılıq, nağdsız qaydada bir kartdan digər karta pul köçürmələrinin (Kart Transfer, VISA Direct, MasterCard Money Send), VTS, bankomat vasitəsilə sığorta haqlarının və depozitlərin ödənişinin, müxtəlif loyallıq proqramları və s. kimi yeni, müasir və texnoloji layihələrin tətbiqi ilə fəal şəkildə məşğuldur.

Azericard şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal-hazırda aktiv olan vakansiya: İnformasiya texnologiyaları üzrə mütəxəssis Duty admin (İT Mütəxəssisi) Vəzifəyə olan tələblər: Ali təhsil (texniki təhsil arzu olunandır); IP şəbəkə, Cisco Avadanlıq üzrə ( Yönləndirmə protokolları, VLAN, NAT, Access-lists ) VMWare (VM və Hostların tətbiq olunması), Linux ( Şəbəkə interfeyslər, LVM, Redhat üzrə əsas conf- faylar və servislər ), Windows Server ( AD, DHCP, DNS ) üzrə başlanğıc biliklər və iş təcrübəsi; İT sahəsində 1 ildən artıq iş təcrübəsi; İşçilərin texniki dəstəyi; İngilis və Rus dili bilikləri; Texniki sənədlərin ingilis dilində oxunması və başa düşülməsi; Verilmiş tapşırıqların həllinə kreativ yanaşma; Komandada işləmək bacarığı, məsuliyyət, təşkilatçılıq, sərbəstlik və özünü inkişaf etdirməyə meyilli. Vəzifə öhdəlikləri: Şirkətin fəaliyyətində istifadə olunan sistemlərinin fəaliyyətinə nəzarət etmək; İş fəaliyyətini daxili normativ sənədlərə (sistem siyahısı, siyasətlər, standartlar) müvafiq olaraq  qurmaq və həyata keçirtmək; Şirkətdə istifadə olunan avadanlıqlarının işində xətalar və ya sıradan çıxma halları olduqda onların bərpa olunması üçün operativ tədbirlər görmək; Şirkətin əməkdaşlıq etdiyi təşkilatların (Banklar və xidmət göstərən şirkətlər) işçiləri tərəfindən yaranmış problem məsələləri həll etmək üçün operativ tədbirlər görmək; Qəbul olunmuş tələbləri qeydiyyatdan keçirtmək, onların təhlilini aparmaq və departamentinin səlahiyyətli əməkdaşlarını məlumatlandırmaq; İşçi stansiyalarının və şirkətin sistemlərinin istifadə olunmasında müəyyən edilmiş xətalar və görülmüş tədbirlər haqqında yuxarı rəhbərə vaxtında yazılı şəkildə məlumat vermək; İşçi stansiyalarının və cavabdeh olduğu sistemlərin təhlükəsizliyini (informasiyaya icazəsiz girişdən müdafiə, sistem faylların və məlumatın baxış və ya dəyişdirilməsindən müdafiə) təmin etmək. Namizədlər  Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər. Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar. Qeyd: Növbəli iş rejimi (gecə növbəsi mövcuddur).

Müraciət Məlumatları

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - İT, Proqram Təminatı və Məlumat Analitikası

İT, Proqram Təminatı və Məlumat Analitikası kateqoriyasında ən son iş elanları və vakansiyalar

İT, Proqram Təminatı və Məlumat Analitikası kateqoriyasında daha çox vakansiya

Duty admin (İT Mütəxəssisi) vakansiyası Azericard şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.