Elektrik - Azprotein Foods Group | Vakansiya

Şirkət Haqqında

Şirkət: Azprotein Foods Group

Vebsayt: http://www.azprotein.az/

Şirkət haqqında "AzProtein" Azərbaycanın milli markasıdır. 2011-ci ilin yanvar ayından etibarən Azərbaycan şirkəti ”AzProtein Foods Group” ən inkişaf etmiş texnologiyaya sahib olan modern müəssisədə dana əti istehsalını davam etdirir. 6 aylıqlarında fermaya qəbul edilən buzovların sağlamlığına baytarlar nəzarət edir. Fermaya sağlam buzovlar qəbul olunur. Qulaqlarına taxılan xüsusi çiplərlə hər birinə kimlik nömrəsi verilir. Sonrakı günlərdə buzov haqqında bütün məlumatlar aid olduqları nömrə ilə sistemə daxil edilir. Bu yolla dana haqqında bütün məlumatlar rahat izlənilir. Bu izləmə nəticəsində yaranan şəffaflıq “AzProtein” məhsullarına özəllik verir və istehlakçıları 100 faiz inandırır. Fermaya 6 aylıq ikən gətirilən buzovlar kəsim yaşına qədər burada yetişdirilir. Bu müddət ərzində qidalanmaları və sağlamlıqlarına nəzarət 24 saat ərzində “AzProtein”in baytarları və keyfiyyət-zəmanət heyəti tərəfindən həyata keçirilir. “AzProtein” fermasında yetişən danalar xəstəlikdən uzaq, təbii və dinc mühitdə böyüyürlər. “AzProtein” markalı ətlər - danalar 12 aylıq ikən kəsildiyi üçün daha yumşaq və ləzzətlidir. Həmçinin, sümüyə görə itkisi az olur.

Azprotein Foods Group şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: Elektrik
  • Yer: Bakı şəhəri,
  • İş növü: Tam iş günü
  • Əmək haqqı: 1000
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 0
  • Kateqoriya: Mühəndislik
Etiketlər:
  • 🆕 Yeni
  • 🏠 Uzaqdan iş

Vakansiya Təsviri

Namizədə Tələblər: Yaş həddi: 25 - 40 yaş Staj: 3 – 5 il (sahə üzrə təcrübə mütləqdir). Müəssisə Buzovna qəsəbəsində yerləşdiyi üçün yaxın ərazidə qalan namizədlərə üstünlük veriləcəkdir. Yaxın ərazidə yaşayan namizədlər müəssisəyə yaxınlaşıb CV formasını müəssisədə doldura bilərlər. Vəzifə öhdəlikləri: Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini həyata keçirir Avadanlıqların əsaslı təmiri üçün siyahı tutulmasında iştirak edir Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasını, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə köməklik göstərir Köhnəlmiş avadanlıqları müəyyən edilməsi prosesidə iştirak edir və onların təmirini həyata keçirir. Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi, onların yenidən qurulmasında iştirak edir. Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edir Elektrik, su, qaz qurğularına nəzarət edir və təmiri ehtiyacı yarandıqda müvafiq qurumlar üzrə əməkdaşları cəlb edilməsində köməklik göstərir Yaranan texniki problemlər və onların həlli üçün mümkün variantlar haqqında birbaşa rəhbərliyinə operativ şəkildə məlumat verir. İş şəraiti: Əmək haqqı: 1000 manat İş qrafiki: 6 günlük. Nahar şirkət tərəfindən təmin edilir. Koroğlu metrosundan servis mövcuddur. Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla  Müraciət Et  düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.   Müraciət maili  azprotein.vacancy@gmail.com

Müraciət Məlumatları

Bu vakansiyaya e-poçt vasitəsilə müraciət edə bilərsiniz.

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Mühəndislik

Mühəndislik kateqoriyasında ən son iş elanları və vakansiyalar

Mühəndislik kateqoriyasında daha çox vakansiya

Elektrik vakansiyası Azprotein Foods Group şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.