Elektrik Mühəndisi (Electrical Engineer) - Avensol MMC | Vakansiya

Şirkət Haqqında

Şirkət: Avensol MMC

Avensol MMC  — Azərbaycan Respublikasının enerji sektorunda mühəndislik, təchizat və tikinti (EPC) sahəsində aparıcı şirkətidir. Biz enerji infrastrukturu layihələrinin planlaşdırılması və icrasında yüksək keyfiyyət, əməyin təhlükəsizliyi və innovativ yanaşmalarla kompleks həllər təqdim etməklə sektorun inkişafına töhfə veririk.

Avensol MMC şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: Elektrik Mühəndisi (Electrical Engineer)
  • Yer: Bakı
  • İş növü: Tam iş günü
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 32
  • Kateqoriya: Mühəndislik və Texniki Sahələr
Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

İş şəraiti Layihə:  315 MWac Solar PV Project İş rejimi:  6 günlük İş yeri:   Neftçala, Azərbaycan Əmək haqqı:  Namizədin təcrübə və peşəkar bacarıqlarına uyğun olaraq qarşılıqlı razılaşma yolu ilə Qidalanma:  Təmin edilir Yaşayış:  Təmin edilir Avensol şirkəti  315 MWac gücündə iri həcmli Günəş Elektrik Stansiyası layihəsi  üzrə elektrik işlərinin icrasına  texniki nəzarət və koordinasiya  etmək üçün təcrübəli  Elektrik Mühəndisi  axtarır. Əsas vəzifə və öhdəliklər Elektrik quraşdırma işlərinin təsdiq edilmiş layihə, texniki spesifikasiya və standartlara uyğun icrasına nəzarət etmək; Method Statement (MOS)  və  Material Approval Request (MAR)  sənədlərini hazırlamaq və nəzərdən keçirmək; Redline / As-Built  çertyojlarının hazırlanması və faktiki quraşdırmanın sənədləşdirilməsinə nəzarət etmək; PV modulları, DC/AC kabellər, invertorlar, transformatorlar, MV/LV sistemləri və yarımstansiya üzrə işləri koordinasiya etmək; Kabel çəkilişi, sonlandırma, torpaqlama və elektrik sınaqlarına nəzarət etmək; ITP, Testing & Commissioning, Punch List və NCR  proseslərində iştirak etmək; Gündəlik və həftəlik işlərin icra vəziyyəti üzrə hesabatlar hazırlamaq; QA/QC və HSE tələblərinə uyğunluğun təmin edilməsində iştirak etmək. Namizədə tələblər Elektrik mühəndisliyi üzrə ali təhsil və müvafiq sahədə iş təcrübəsi; İri həcmli  Solar PV / enerji layihələri  üzrə praktiki təcrübə; MV/LV sistemləri, transformator, switchgear, kabel və torpaqlama sistemləri üzrə güclü texniki bilik; MOS, MAR və As-Built sənədləri  ilə işləmə bacarığı; Elektrik çertyojlarının oxunması və AutoCAD üzrə bilik; IEC standartları və texniki spesifikasiyalarla işləmə bacarığı; İngilis dilində texniki sənədlərlə işləmə bacarığı. Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına  “ Elektrik Mühəndisi” başlığı ilə  göndərə bilərlər.

Müraciət Məlumatları

Bu vakansiyaya e-poçt vasitəsilə müraciət edə bilərsiniz.

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Mühəndislik və Texniki Sahələr

Mühəndislik və Texniki Sahələr kateqoriyasında ən son iş elanları və vakansiyalar

Mühəndislik və Texniki Sahələr kateqoriyasında daha çox vakansiya

Elektrik Mühəndisi (Electrical Engineer) vakansiyası Avensol MMC şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.