Sürücü Avtokran Maşinisti - Bahar Energy Operating Company | Vakansiya

Şirkət Haqqında

Şirkət: Bahar Energy Operating Company

Bahar Energy Operating Company şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: Sürücü Avtokran Maşinisti
  • Yer: Bakı
  • İş növü: Tam iş günü
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 3
  • Kateqoriya: Satınalma və Təchizat Zənciri
Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

İş şəraiti Ünvan: Qum Adası, Bakı, Azərbaycan İş qrafiki: 08:00 – 17:00 (Bazar ertəsi – Cümə) Nəqliyyat: Şirkət tərəfindən servis avtobusları ilə təmin olunur (işə gediş-gəliş) Vəzifə haqqında Sürücü Avtokran Maşinisti vəzifəsinin məqsədi sahə/baza və tikinti/anbar ərazilərində avtokran və Manitou (teleskopik yükləyici) vasitəsilə qaldırma, yükləmə-boşaltma və yüklərin yerinin dəyişdirilməsi əməliyyatlarının fasiləsiz və təhlükəsiz icrasının təmin edilməsi, avadanlığın saz vəziyyətdə saxlanılması, yükqaldırma planına/iş icazəsinə (PTW), istehsalçı təlimatlarına və HSE tələblərinə tam riayət edilməsidir. Əsas vəzifə öhdəlikləri Verilmiş tapşırıqlara uyğun olaraq avtokran və Manitou ilə yüklərin və avadanlıqların qaldırılmasının, yüklənməsinin, boşaldılmasının və yerinin dəyişdirilməsinin həyata keçirilməsi.  İşə başlamazdan əvvəl və iş sonunda avadanlığın gündəlik texniki baxışının aparılması (tormoz, işıqlandırma, siqnal, hidravlik sistem, şinlər, vinç, qarmaq bloku, buom/ox, stabilizator/ayaqlar, idarəetmə sistemləri və s.).  İş zonasının qiymətləndirilməsi: torpaq dayanıqlığı, maililik, maneələr, üst hava xətləri, yaxınlıqda olan qurğular və insanların təhlükəsiz məsafəsi; tələb olunan qoruyucu zonaların və xəbərdarlıq nişanlarının təmin edilməsi.  Avtokranın quraşdırılmasının təhlükəsiz icra edilməsi: səthin hamarlanması, stabilizatorların tam açılması, dayaqlıq altlıqlarından istifadə edilməsi və avadanlığın səviyyəyə gətirilməsi.  Yükqaldırma əməliyyatlarının yalnız təsdiqli yükqaldırma planı, siqnalçı rəhbərliyi və təhlükəsizlik qaydalarına uyğun icra edilməsi; icazə verilən yükqaldırma qabiliyyətinin aşılmamasının təmin edilməsi.  Stroplama və rigging avadanlıqlarının (sapan, şakel, qarmaq, traverz və s.) sertifikatlı və saz olmasının yoxlanılması; zədələnmiş avadanlıqdan istifadə edilməməsinin təmin edilməsi.  Yükün balansını, buomun çıxıntısını və dönmə/uzatma bucaqlarını nəzərə alaraq qaldırma, fırlatma, teleskoplama və endirmə əməliyyatlarının rəvan və təhlükəsiz icra edilməsi; külək və digər məhdudiyyətlər olduqda işin dayandırılması.  Manitou ilə yük daşıyarkən yükün mümkün qədər aşağıda saxlanılması, sürət limitlərinə riayət edilməsi, dönmələrin ehtiyatla edilməsi və maili səthlərdə istehsalçı limitlərinin aşılmamasının təmin edilməsi.  Avadanlığın sahə daxilində və ya obyektlər arasında hərəkətinin/daşınmasının təhlükəsiz təşkil edilməsi: buomun bərkidilməsi, qarmağın sabitlənməsi, əlavə avadanlığın bağlanması və yol hərəkəti qaydalarına riayət edilməsi.  Nasazlıq, qeyri-standart səs/sızma, aşma riski və ya digər təhlükəli vəziyyətlərdə işin dərhal dayandırılması, ərazinin təhlükəsizləşdirilməsi və rəhbərliyin/HSE-nin məlumatlandırılması.  Gündəlik yoxlama vərəqləri, yükqaldırma əməliyyat qeydləri, yürüş/yanacaq və texniki xidmət barədə hesabatların düzgün aparılması və vaxtında təqdim edilməsi.  Avadanlığın təmizliyinin, sazlığının və texniki xidmət qrafikinə uyğun qulluq tədbirlərinin təmin edilməsi. Kvalifikasiya tələbləri: Orta ixtisas və ya peşə təhsili Avtokran şassisinin idarəsi üçün müvafiq kateqoriyalı etibarlı sürücülük vəsiqəsi  Avtokran operatoru və Manitou (teleskopik yükləyici) operatoru üzrə təlim/sertifikat  Avtokranın və Manitou-nun quruluşu, idarəetmə sistemləri, hidravlik və elektrik hissələri; stabilizatorların və təhlükəsizlik sistemlərinin iş prinsipi üzrə biliklər  Yükqaldırma qabiliyyət cədvəllərinin (load chart), iş radiusunun, buom bucağı/uzunluğu və asqı konfiqurasiyalarının hesablanması və tətbiqi  Rigging/stroplama avadanlıqları, siqnal qaydaları (hand signals/radio), təhlükəli zonaların təşkili və qaldırma əməliyyatlarının təhlükəsiz icrası  PTW, LOTO və obyekt daxili prosedurlar; elektrik xətləri yaxınlığında iş, külək məhdudiyyətləri və aşma risklərinin idarə olunması  Gündəlik inspeksiya, nasazlıqların ilkin diaqnostikası, yağlama/servis tələbləri və istehsalçı təlimatlarına uyğun istismar Damba yolu və məhdud sahə ərazilərində hərəkət qaydaları və təhlükəsiz idarəetmə tələbləri üzrə biliklər Təklif edirik: Peşəkar inkişaf və davamlı öyrənmə imkanları.  Əhəmiyyətli və təsirli layihələrdə iştirak imkanı.  Şirkət tərəfindən nəqliyyat xidməti.  Rahat və komanda yönümlü iş mühiti. Rəqabətədavamlı əmək haqqı və sosial paket. Qeyd: Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini  M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .

Müraciət Məlumatları

Bu vakansiyaya e-poçt vasitəsilə müraciət edə bilərsiniz.

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Satınalma və Təchizat Zənciri

Satınalma və Təchizat Zənciri kateqoriyasında ən son iş elanları və vakansiyalar

Satınalma və Təchizat Zənciri kateqoriyasında daha çox vakansiya

Sürücü Avtokran Maşinisti vakansiyası Bahar Energy Operating Company şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.