Əmək haqqı hesablaması üzrə aparıcı mütəxəssis(Məhəmmədli Qəs) - OBA marketlər şəbəkəsi | Vakansiya

Şirkət Haqqında

Şirkət: OBA marketlər şəbəkəsi

Vebsayt: https://oba.az

“OBA Market” MMC Azərbaycanda fəaliyyət göstərən qonşu marketlər şəbəkəsidir. Şirkət ərzaq məhsullarının satışını həyata keçirir. Hal-hazırda 9000 əməkdaş və 1400-dən çox mağaza sayı ilə Respublikanın ən böyük mağaza zənciri şəbəkəsidir. Market sayına görə “OBA Market” MMC Azərbaycanın 1 nömrəli marketlər şəbəkəsidir. Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC yeni-diskount market konsepsiyası ilə 2016-cı ildə Azərbaycanda pərakəndə satış bazarına daxil oldu. Şəbəkənin yaradılmasında əsas hədəf gündəlik tələbat məhsullarını mümkün olan aşağı qiymət və yüksək keyfiyyətlə müştərilərə təqdim etməkdir. 2020-ci ildən etibarən, çeşid sayını dəfələrlə artıran “OBA” Market öz markaları (PL- Private Label) ilə yanaşı, yerli və xarici markaların satışını da həyata keçirir.

OBA marketlər şəbəkəsi şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: Əmək haqqı hesablaması üzrə aparıcı mütəxəssis(Məhəmmədli Qəs)
  • Yer: Bakı
  • İş növü: Tam iş günü
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 9
  • Kateqoriya: Maliyyə, Bankçılıq və Sığorta
Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

Təsvir Bütün əməkdaşların əsas əmək haqqının, əlavələrin, mükafatların, iş vaxtından artıq işə görə ödənişlərin, ezamiyyət və digər kompensasiya növlərinin SAP sistemində dəqiq və vaxtında hesablanmasını təmin etmək Aylıq əmək haqqı hesablama dövrünün (payroll cycle) əvvəldən sona qədər idarə olunması: məlumatların yığılması, yoxlanılması, hesablanması, təsdiqlənməsi və ödənişin icrası İşdən çıxma, məzuniyyət, xəstəlik vərəqləri, əmək qabiliyyətinin müvəqqəti itirilməsi kimi hallarda hesablamaların düzgün aparılması Yeni işə qəbul olunan və işdən azad olunan əməkdaşlar üzrə yekun hesablaşmaların (final settlement) həyata keçirilməsi Gəlir vergisi, Dövlət Sosial Müdafiə Fondu (DSMF) ayırmaları, işsizlikdən sığorta və tibbi sığorta ayırmalarının qanunvericiliyə tam uyğun hesablanması Qanunvericilikdəki dəyişikliklərin izlənməsi və SAP sistemində müvafiq tənzimləmələrin aparılması Rəhbərlik üçün aylıq/rüblük/illik əmək haqqı fondu üzrə analitik hesabatların hazırlanması Büdcə planlaşdırılması üçün əmək haqqı fondu üzrə proqnoz və hesablamaların aparılmasında iştirak Mühasibatlıq şöbəsi ilə əmək haqqı üzrə balans hesablarının tutuşdurulması (reconciliation) SAP sistemi ilə iş: SAP HCM/Payroll modulunda əməkdaş məlumatlarının, tarif dərəcələrinin, hesablama qaydalarının aktual saxlanılması Sistemdə yaranan xətaların (payroll errors) aşkarlanması, səbəblərinin araşdırılması və aradan qaldırılması SAP-da yeni hesablama sxemlərinin, əlavə ödəniş növlərinin test edilməsi və tətbiqi prosesində iştirak Sistem yeniləmələri (upgrade) zamanı test proseslərində iştirak etmək Tələblər Ali təhsil (maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqədar sahə üzrə) Əmək haqqı hesablanması sahəsində minimum 3-4 il iş təcrübəsi SAP sistemində (HCM/Payroll modulu) praktiki iş təcrübəsi üstünlükdür Azərbaycan Respublikasının Əmək Məcəlləsi, vergi və sosial sığorta qanunvericiliyi üzrə dərin bilik MS Excel-də yüksək səviyyəli bacarıq Analitik düşüncə, diqqətlilik Komanda ilə işləmə və vaxt idarəetməsi bacarıqları Azərbaycan dilində sərbəst, rus və/və ya ingilis dilində bilik üstünlükdür Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər   Müraciət et   düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Müraciət Məlumatları

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Maliyyə, Bankçılıq və Sığorta

Maliyyə, Bankçılıq və Sığorta kateqoriyasında ən son iş elanları və vakansiyalar

Maliyyə, Bankçılıq və Sığorta kateqoriyasında daha çox vakansiya

Əmək haqqı hesablaması üzrə aparıcı mütəxəssis(Məhəmmədli Qəs) vakansiyası OBA marketlər şəbəkəsi şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.