GPRS operatoru - CAMAL LTD | Vakansiya

Şirkət Haqqında

Şirkət: CAMAL LTD

Vebsayt: https://www.iceland.az

20 ildən artıqdır ki, fəaliyyət göstərən “Camal” LTD şirkəti kiçikdən böyüyə-hər kəsin damaq zövqünə xitab edən ləzzətli dondurmaları ilə istehlakçıların rəğbətini qazanır. “ICELAND” ticarət nişanı altında sevgi ilə hazırlanan dondurmalar rəngarəng görünüşü ilə ilin bütün fəsillərində vitrinləri bəzəyir. “ICELAND” ticarət markasının tarixi 1998-ci ildən, yəni şirkətin təsisçiləri dondurma istehsalı zavodu yaratmaq qərarına gəldikdən sonra başlayır. Kiçik bir istehsal sexindən ibarət olan zavodun yaradılmasının ilkin dövrlərində dondurma istehsalı üçün Türkiyəyə məxsus texnologiya və avadanlıqlardan istifadə edilirdi. Ən yaxşı təcrübələrin müvəffəqiyyətlə tətbiqi, irəliyə doğru dinamik və sürətli inkişaf şirkətin qısa zamanda daxili bazarda hökmran mövqeyə yiyələnməsinə şərait yaratdı. 2000-ci ildə, ilk dəfə olaraq müəssisə yerli dondurma məhsullarını qablaşdırmağa başladı və “Bakinka” adlı ilk brend satışa çıxarıldı.

CAMAL LTD şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: GPRS operatoru
  • Yer: Bakı
  • İş növü: Tam iş günü
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 16
  • Kateqoriya: Satınalma və Təchizat Zənciri
Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

Vəzifə öhdəlikləri: Nəqliyyat vasitələrinin siyahısının daimi yoxlanılması və yenilənməsi; Nəqliyyat vasitələrinin izlənərək kənarlaşma hallarının qeydiyyata alınması və rəhbərliyə məlumat verilməsi; GPS sistemləri üzərindən yanacaq və digər ölçmə sistemlərinin daimi monitorinqinin aparılması və kənarlaşmaların qeydiyyata alınması; GPS izləmə sistemlərinin yaxşılaşdırlması üzrə təkliflərin verilməsi; Mövcud nəqliyyat vasitələrinə GPS qurğularının quraşdırılması üçün müraciətin edilməsi; Günlük iş planı üzrə əraziyə çıxmış nəqliyyat vasitələrini müvafiq izləmə proqramı üzərindən izlənməsi; İzləmənin nəticələri əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması; Nəqliyyat vasitələrinin giriş-çıxış vaxtının təyin edilməsi və onlara nəzarət edilməsi; Namizədə tələblər; Təhsil: Ali və ya orta ixtisas İş təcrübəsi: 1 ildən 3 ilə qədər Yaş: 22 – 40 Cins: Kişi Nəqliyyat sahəsi üzrə təhsil MS Office proqramlarını bilməli;GPRS avadanlıqları ilə işləmə təcrübəsi mütləq tələbdir. Şəxsi keyfiyyətlər; Stressə davamlılıq. Məsuliyyətlilik və dəqiqlik Arvento proqramı ilə işləmə bacarığı. İş şəraiti; Nahar və korporativ mobil nömrə şirkət tərəfindən təmin edilir.Əmək haqqı: 1150 gross Ünvan: Sulutəpə qəs., R.Allahverdiyev küç., döngə 9/21D  Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Müraciət Məlumatları

Bu vakansiyaya e-poçt vasitəsilə müraciət edə bilərsiniz.

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Satınalma və Təchizat Zənciri

Satınalma və Təchizat Zənciri kateqoriyasında ən son iş elanları və vakansiyalar

Satınalma və Təchizat Zənciri kateqoriyasında daha çox vakansiya

GPRS operatoru vakansiyası CAMAL LTD şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.