İnformasiya Təhlükəsizliyi üzrə "İdarəetmə, Risk və Komplayns" böyük mütəxəssis (GRC) - Express Bank | Vakansiya

Şirkət Haqqında

Şirkət: Express Bank

Vebsayt: https://www.expressbank.az/

Şirkət haqqında Hazırda mövcud banklar içində ilk kommersiya bankı olan “Expressbank” ASC 21 iyun 1989-cu il tarixində təsis olunmuş və uzun müddət “Azərnəqliyyatbank” adı altında fəaliyyət göstərmişdir. Bank öz fəaliyyətini Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 30 dekabr 1992–ci il tarixində verilmiş lisenziya əsasında həyata keçirir. Bankın Səhmdarlarının Ümumi Yığıncağının 01 fevral 2010-cu il tarixli qərarı ilə “Azərnəqliyyatbank” ASC-nin adı dəyişdirilərək “Expressbank” ASC adlandırılmış və Nizamnaməyə müvafiq dəyişiklik 04 mart 2010-cu il tarixində dövlət qeydiyyatına alınmışdır.

Express Bank şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: İnformasiya Təhlükəsizliyi üzrə "İdarəetmə, Risk və Komplayns" böyük mütəxəssis (GRC)
  • Yer: Bakı
  • İş növü: Tam iş günü
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 32
  • Kateqoriya: İT, Proqram Təminatı və Məlumat Analitikası
Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

Təsvir İnformasiya təhlükəsizliyi istiqamətində siyasət, prosedurların və standartların tərtibedilməsi; Sənədlərin aktuallığının daimi nəzarətdə saxlanılması; Uyğunluğun pozulması hallarının aşkar edilib araşdırılması; İT risklərinin qiymətləndirilməsi istiqamətində əməliyyatların aparılması; Mövcud siyasət proseduru ve standartların tətbiq edilməsinə nəzarət; İnformasiya Təhlükəsizliyi üzrə müəssisədaxili normativ sənədlərin hazırlanması;   Bank üzrə İT və İnformasiya Təhlükəsizliyi risklərinin idarə edilməsinin təşkili və inkişafı; İnformasiya Təhlükəsizliyi üzrə requlyator tələblərinin və beynəlxalq təcrübələrin tətbiq olunması üzrə tədbirlərin həyata keçirilməsi; İT və İnformasiya Təhlükəsizliyi sahəsində olan uyğunsuzluqları müəyyən etmək məqsədilə yoxlamaların həyata keçirilməsi; İnformasiya Təhlükəsizliyinin təmin edilməsi üçün nəzarət mexanizmlərinin qurulması; Audit zamanı koordinasiyalı işin təşkili. Tələblər İnformasiya texnologiyaları və ya İnformasiya təhlükəsizliyi sahəsində ali təhsil; İnformasiya Təhlükəsizliyi sahəsində ən azı 3 il iş təcrübəsi; İngilis dili upper-intermediate səviyyəsində; İT sistem və şəbəkə üzrə anlayış; ISO 27001, NIST, COBIT, ITIL və s kimi standardlar haqqında praktiki biliklərin olması; CISSP, CISA, CISM, ISO 27001, CRISC kimi sertifikatları olanlara üstünlük verilir;   Nəzarət etmək, qərar vermək, nəticəyə yönəlmək bacarıqları;   Təhlil bacarıqları, məsuliyyətli təşəbbüskarlıq, təşkilatçılıq qabiliyyəti, dəqiqlik. Vakansiya növü - Tam ştat İmtiyazlar Tibbi sığorta paketi; Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər; Professional və maddi inkişaf perspektivləri; Peşəkar korporativ mühitdə işləmək imkanı; Maraqlanan namizədlər   Müraciət et  düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Müraciət Məlumatları

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - İT, Proqram Təminatı və Məlumat Analitikası

İT, Proqram Təminatı və Məlumat Analitikası kateqoriyasında ən son iş elanları və vakansiyalar

İT, Proqram Təminatı və Məlumat Analitikası kateqoriyasında daha çox vakansiya

İnformasiya Təhlükəsizliyi üzrə "İdarəetmə, Risk və Komplayns" böyük mütəxəssis (GRC) vakansiyası Express Bank şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.