Korporativ Satış Mütəxəssisi - Fateh İnşaat MMC | Vakansiya

Şirkət Haqqında

Şirkət: Fateh İnşaat MMC

Fateh İnşaat MMC şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

“Fateh İnşaat” MMC Korporativ Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir İş şəraiti İş yeri: Bakı şəhəri İş rejimi: Tam iş günü, həftədə 5 gün İş saatları: 09:00–18:00 Nahar fasiləsi: 13:00–14:00 Vəzifə öhdəlikləri Korporativ (B2B) müştərilərin cəlb edilməsi və yeni müştəri bazasının formalaşdırılması; Tikinti layihələrinin, tikinti materiallarının, eləcə də şirkətin digər məhsul və xidmətlərinin korporativ müştərilərə təqdim edilməsi; Potensial müştərilərlə görüşlərin təşkili, təqdimatların keçirilməsi və kommersiya danışıqlarının aparılması; Dövlət və özəl müəssisələr, tikinti şirkətləri, podratçı və subpodratçı təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulması; Müştəri ehtiyaclarının təhlil edilməsi və uyğun kommersiya təkliflərinin hazırlanaraq təqdim olunması; Satış prosesinin bütün mərhələlərinin — sorğu, qiymət təklifi, müqavilə, sifariş və icra proseslərinin koordinasiya edilməsi; Müştərilərdən daxil olan sorğuların qəbulu, qeydiyyatı və operativ cavablandırılması; Satış müqavilələrinin hazırlanması, imzalanması və icrasına nəzarət edilməsi; Bazarın və rəqiblərin fəaliyyətinin mütəmadi təhlil edilməsi, inkişafla bağlı rəhbərliyə təkliflərin təqdim olunması; Aylıq, rüblük və illik satış hesabatlarının hazırlanaraq rəhbərliyə təqdim edilməsi; Birbaşa rəhbər tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi. Namizədə tələblər Ali təhsil (biznesin idarə edilməsi, marketinq, menecment, iqtisadiyyat və ya digər uyğun ixtisaslar üzrə); Korporativ satış (B2B) sahəsində minimum 1 il iş təcrübəsi; Tikinti sektorunda və ya tikinti materiallarının satışı sahəsində praktiki iş təcrübəsi; Tikinti bazarı, məhsullar və müştəri seqmentləri barədə məlumatlı olmaq; Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı; Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint və Outlook) sərbəst işləmək bacarığı; Yüksək məsuliyyətlilik, nəticəyönümlülük və təşəbbüskarlıq; Komandada işləmək və vaxtı düzgün idarə etmək bacarığı. Şəxsi keyfiyyətlər Güclü ünsiyyət və təqdimat bacarıqları; Aktiv, çevik və təşəbbüskar olmaq; Danışıqlar aparmaq və inandırmaq bacarığı; Məsuliyyətli və intizamlı olmaq; Müştəriyönümlü yanaşma. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini e-poçtun mövzu hissəsində “Korporativ Satış Mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Müraciət Məlumatları

Bu vakansiyaya e-poçt vasitəsilə müraciət edə bilərsiniz.

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Satış, Pərakəndə və Müştəri Xidmətləri

Satış, Pərakəndə və Müştəri Xidmətləri kateqoriyasında ən son iş elanları və vakansiyalar

Satış, Pərakəndə və Müştəri Xidmətləri kateqoriyasında daha çox vakansiya

Korporativ Satış Mütəxəssisi vakansiyası Fateh İnşaat MMC şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.