Vakansiya Təsviri
Vəzifə öhdəlikləri Tədris şöbəsinin fəaliyyət istiqamətlərini, prioritetlərini və iş planını müəyyən etmək, şöbənin fəaliyyətini şirkətin akademik məqsədlərinə uyğun təşkil etmək. Şöbənin illik, rüblük və aylıq fəaliyyət planlarını, həmçinin hesabatlarını hazırlamaq, əsas nəticə göstəricilərini müəyyən etmək və icrasını qiymətləndirmək. Tədris prosesinin nəticələrini tələbə sayı, qrupların doluluğu, davamiyyət, akademik göstəricilər, tələbə məmnuniyyəti, müəllim performansı və digər müəyyən edilmiş göstəricilər üzrə təhlil etmək. Tədris prosesində təkrarlanan problemləri və sistemli çatışmazlıqları müəyyən etmək, onların səbəblərini təhlil etmək və aradan qaldırılması üçün fəaliyyət planları hazırlamaq. Tədris şöbəsinin iş yükünü və insan resurslarına olan ehtiyacını müəyyən etmək, mövcud resursların səmərəli bölüşdürülməsi ilə bağlı qərarlar qəbul etmək. Müəllim ehtiyacını proqnozlaşdırmaq, yeni qrupların açılması və mövcud qrupların dəyişməsi ilə əlaqədar müəllim resurslarının planlaşdırılmasını həyata keçirmək. Qrupların doluluğu, tədris nəticələri, müəllim resursları və auditoriya imkanlarını nəzərə alaraq qrupların birləşdirilməsi, bölünməsi, bağlanması və ya yeni qrupların açılması ilə bağlı qərarlar qəbul etmək Müəllimlərin fəaliyyət nəticələrini sistemli şəkildə təhlil etmək, yüksək və aşağı performans göstərən müəllimləri müəyyən etmək və nəticələrə uyğun inkişaf, dəstək və digər idarəetmə tədbirlərini müəyyənləşdirmək. Müəllimlər üçün fərdi inkişaf ehtiyaclarını müəyyən etmək, inkişaf planlarını təsdiqləmək və həmin planların nəticələrini qiymətləndirmək. Müəllimlərin işə qəbulu prosesində tədris şöbəsinin ehtiyaclarını müəyyən etmək, namizədlərin peşəkar uyğunluğunun qiymətləndirilməsində iştirak etmək və seçim üzrə rəy vermək. Yeni müəllimlərin adaptasiya prosesinin strukturlaşdırılmasını təmin etmək və adaptasiya nəticələrini qiymətləndirmək. Tədris şöbəsinin əməkdaşları arasında iş bölgüsünü aparmaq, iş yükünün balanslaşdırılmasını təmin etmək və prioritetləri müəyyən etmək. Şöbə əməkdaşlarının fəaliyyət nəticələrini qiymətləndirmək, mütəmadi geribildirim vermək və inkişaf ehtiyaclarını müəyyən etmək. Şöbə əməkdaşlarının KPI və digər fəaliyyət göstəricilərinin müəyyən edilmiş hədəflərə uyğun icrasını izləmək, nəticələri təhlil etmək və zəruri hallarda düzəldici tədbirlər görmək. Tədris şöbəsində əməkdaşların fəaliyyətindən irəli gələn performans, intizam və iş bölgüsü məsələləri üzrə qərarlar qəbul etmək və zəruri hallarda rəhbərliyə təkliflər təqdim etmək. Tələbə məmnuniyyəti üzrə göstəriciləri təhlil etmək, mənfi rəylərin əsas səbəblərini müəyyənləşdirmək və xidmət keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər hazırlamaq. Tələbə, valideyn və müəllimlər arasında yaranan mürəkkəb və təkrarlanan münaqişələri idarə etmək və belə halların gələcəkdə qarşısının alınması üçün sistemli tədbirlər müəyyən etmək. Tədris prosesinin nəticələrinə təsir edən digər struktur bölmələrindən asılı məsələləri müəyyən etmək, onların həlli üçün struktur bölmələr arasında koordinasiyanı təşkil etmək və nəticəni izləmək. Tədris prosesində istifadə olunan platforma və sistemlər üzrə məlumatların düzgünlüyünü və tamlığını mütəmadi təhlil etmək, sistemlərdən istifadədə aşkar olunan problemlərin aradan qaldırılmasını təşkil etmək. Tədris şöbəsinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə yeni proseslər, iş üsulları və idarəetmə mexanizmləri hazırlamaq və tətbiq etmək. Tədris prosesində tətbiq olunan qayda və prosedurların effektivliyini mütəmadi qiymətləndirmək, zəruri dəyişikliklər üzrə təkliflər hazırlamaq. Tədris nəticələrinin yaxşılaşdırılması məqsədilə müəllim, tələbə və digər aidiyyəti tərəflərdən əldə olunan məlumatlar əsasında inkişaf layihələri və təşəbbüsləri hazırlamaq və həyata keçirilməsini təşkil etmək. Tədris şöbəsinin fəaliyyətində yarana biləcək riskləri əvvəlcədən müəyyən etmək, onların tələbə, müəllim və tədris prosesinə mümkün təsirini qiymətləndirmək və qarşısının alınması üzrə tədbirlər görmək. Tədris şöbəsinin fəaliyyətinin davamlılığını təmin etmək məqsədilə əsas proseslər üzrə ehtiyat planları hazırlamaq və kritik hallarda operativ qərarlar qəbul etmək. Bilməlidir Tədris prosesinin təşkili, idarə olunması və keyfiyyətə nəzarət prinsiplərini; Tədris və təqvim planlarının hazırlanması, tətbiqi və icrasına nəzarət qaydalarını; Tədris proqramlarının təşkili və akademik planlaşdırma prinsiplərini; Dərs strukturu, qiymətləndirmə sistemləri və istifadə olunan tədris metodologiyalarını; Müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi, inkişaf etdirilməsi və motivasiya metodlarını; Tələbə məmnuniyyətinin idarə olunması və müştəriyönümlü xidmət prinsiplərini; Münaqişələrin idarə olunması və effektiv kommunikasiya üsullarını; İxtisas tələbləri Ali təhsil (Pedaqogika, Təhsilin idarə olunması, Menecment, Psixologiya, Kompüter elmləri və ya digər uyğun ixtisas üzrə ali təhsil üstünlükdür); Tədris sahəsində minimum 3 il, rəhbər vəzifədə minimum 1 il iş təcrübəsi üstünlükdür; Tədris prosesinin planlaşdırılması və idarə olunması üzrə praktiki təcrübəyə malik olmalıdır; Planlaşdırma, təşkilatçılıq, liderlik, qərarvermə və effektiv kommunikasiya bacarıqlarına malik olmalıdır; Kompüterdən sərbəst istifadə bacarığına malik olmalıdır; MS Office, Google Workspace proqramlarını və tədris platformalarını yüksək səviyyədə bilməlidir; Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilməlidir, ingilis dilini bilməsi üstünlük hesab olunur. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.