Keyfiyyətə Nəzarət üzrə İnşaat Mühəndisi - Cronos Construction | Vakansiya

Şirkət Haqqında

Şirkət: Cronos Construction

Vebsayt: https://cronos.az/

Şirkət haqqında Şirkətin fəaliyyət növü sənaye və mülki obyektlərin tikintisi, daxili təmir və tamamlama işləri, bünövrə qazıntısı və qazıntı materiallarının daşınması, tikinti işləri aparılacaq sahələrdə yararsız göllərin doldurulması və qurudulması, süni göllərin qurulması, sahələrin tikintiyə hazırlanması, tikinti sonrası abadlaşdırma, isitmə, soyutma, havalandırma, yanğından mühafizə, su təchizatı və kanalizasiya sistemlərinin, qazanxana və nasosxananın quraşdırılmasından ibarətdir.

Cronos Construction şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: Keyfiyyətə Nəzarət üzrə İnşaat Mühəndisi
  • Yer: Bakı
  • İş növü: Tam iş günü
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 16
  • Kateqoriya: Mühəndislik və Texniki Sahələr
Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

Əsas vəzifə öhdəlikləri: Tikinti işlərinin layihə tələblərinə, norma və standartlara uyğunluğuna nəzarət etmək; Keyfiyyətə nəzarət planları, prosedurlar və hesabatlar hazırlamaq; Sahədə materialların və görülən işlərin keyfiyyətini yoxlamaq; Yoxlama və sınaq planlarının hazırlanması və tətbiqinə nəzarət etmək; Uyğunsuzluqların (NCR/CAP) müəyyən edilməsi və aradan qaldırılmasını koordinasiya etmək; Sub-podratçıların keyfiyyət göstəricilərinə nəzarət etmək; Keyfiyyətlə bağlı iclas və yoxlamalarda iştirak etmək. Namizədə tələblər: Ali texniki, xüsusilə İnşaat mühəndisliyi üzrə təhsil; Müvafiq sahədə minimum 5 il iş təcrübəsi ; ISO 9001:2015 və ISO 22000:2018 standartları üzrə bilik və sertifikat; Keyfiyyət idarəetmə sistemi və tikinti işlərində keyfiyyətə nəzarət üzrə təcrübə; MS Office və AutoCAD proqramlarında sərbəst işləmək; Güclü analitik düşünmə və problem həll etmə bacarığı; Azərbaycan dilində sərbəst danışıq və yazılı ünsiyyət bacarığı; İngilis dili biliyi arzuolunandır. İş şəraiti: 5 günlük iş rejimi Saat - 09:00–18:00 Nahar ilə təmin olunma Əmək müqaviləsi Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək. Müraciət üçün CV-nizi “Keyfiyyətə Nəzarət üzrə İnşaat Mühəndisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Müraciət Məlumatları

Bu vakansiyaya e-poçt vasitəsilə müraciət edə bilərsiniz.

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Mühəndislik və Texniki Sahələr

Mühəndislik və Texniki Sahələr kateqoriyasında ən son iş elanları və vakansiyalar

Mühəndislik və Texniki Sahələr kateqoriyasında daha çox vakansiya

Keyfiyyətə Nəzarət üzrə İnşaat Mühəndisi vakansiyası Cronos Construction şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.