Mühasib köməkçisi - Falcon Finance | Vakansiya

Şirkət Haqqında

Şirkət: Falcon Finance

Vebsayt: https://falcon.az/

Şirkət haqqında Bank Olmayan Kredit Təşkilatı "Falcon Finance” Məhdud Məsuliyyətli Cəmiyyəti "Falcon Finance” adı ilə 26.09.2013-cü il tarixli BKT-16 Saylı lisenziya əsasında fəaliyyətə başlayıb və öz fəaliyyətini bir neçə fundamental istiqamətdə davam etdirir. BOKT pərakəndə biznes, kiçik və orta sahibkarlıq, böyük korporativ biznesi dəstəkləyir və müştəri xidmətləri keyfiyyətinin artırılmasına davamlı səy göstərir. Ölkədə kiçik və orta sahibkarlıq kreditlərinin artım dinamikası BOKT-un inkişafı üçün bir stimuldur. Kredit bazarında aparıcı təşkilatlardan olan "Falcon Finance”, müştərilərinə daha operativ xidmət göstərəcək, onlara BOKT-a gəlmədən belə müxətlif çeşidli BOKT məhsul və xidmətlərini rəqiblərindən daha sərfəli şərtlərlə təklif edəcəkdir. 2013-cü ildən fəaliyyət göstərən "Falcon Finance”-in Proqramın əsas cəhətlərindən bir neçəsini filial şəbəkəsinin genişləndirilməsi, risklərin və maliyyə göstəricilərin strateji tənzimlənməsi,xidmət keyfiyyətinin yaxşılaşdırılması təşkil edir. Proqram çərçivəsində "Falcon Finance”-in paytaxt və regionlarda yeni filialları açılır. Bundan başqa, müştəri xidmətlərində texnoloji yeniliklərin, yeni kredit məhsul və xidmətlərinin tətbiqi, kadr potensialının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir. Satış şəbəkəsi vasitəsi ilə bütün respublika üzrə əhali, mikro, kiçik və orta sahibkarlığa xidmət göstərən, xarici investisiyalı pərakəndəyönümlü universal BOKT etmək.

Falcon Finance şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: Mühasib köməkçisi
  • Yer: Bakı
  • İş növü: Tam iş günü
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 2960
  • Kateqoriya: Maliyyə, Bankçılıq və Sığorta
Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

BOKT Falcon Finance MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. Tələblər: Yaş: 20 — 30 yaş Ali təhsil (maliyyə və mühasibatlıq ixtisası üzrə olması əsasdır) Bank və ya BOKT-da işləmiş əməkdaş üstünlük veriləcək  İş təcrübəsi: minimum 1 il MS Office bilikləri; Komanda ilə işləmə bacarığı, ünsiyyətcil, gülərüz. Vəzifə öhdəlikləri: Kreditor və Debitor hesabların tətbiqi və aylıq üzləşdirilmələrin aparılması. Əmək haqqının hesablanması, məzuniyyətin hesablanması, son haqq-hesab, əmək haqqı kartlarının sifarişi, ezamiyyə xərclərinin hesablanması, xəstəlik vərəqələrinin hesablanması və sistemə işlənilməsi. Kredit ödənişlərinin sistemə işlənilməsi. Bütün Bank əməliyyatların icra edilməsi. Rəhbərliyin verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək. Gündəlik və aylıq hesabatların tərtib edilməsi. İş şəraiti: Ərazi: Bakı Maaş: Müsahibə əsasında 5 günlük iş rejimi İş saatı: 09:00 – 18:00 Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “mühasib köməkçisi” qeyd etməklə yönləndirmələri xahiş olunur. 

Müraciət Məlumatları

Bu vakansiyaya e-poçt vasitəsilə müraciət edə bilərsiniz.

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Maliyyə, Bankçılıq və Sığorta

Maliyyə, Bankçılıq və Sığorta kateqoriyasında ən son iş elanları və vakansiyalar

Maliyyə, Bankçılıq və Sığorta kateqoriyasında daha çox vakansiya

Mühasib köməkçisi vakansiyası Falcon Finance şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.