Mühasib - İdeal Kredit BOKT | Vakansiya

Şirkət Haqqında

Şirkət: İdeal Kredit BOKT

Vebsayt: https://www.idealkredit.az/

Bank olmayan Kredit Təşkilatı “İdeal Kredit” Məhdud Məsuliyyətli Cəmiyyəti “İdeal Kredit” adı ilə 11.11.2014-cü il tarixdən fəaliyyətə başlayıb və öz fəaliyyətini bir neçə fundamental istiqamətdə davam etdirir. BOKT pərakəndə biznes, kiçik və orta sahibkarlıq, böyük korporativ biznesi dəstəkləyir və müştəri xidmətləri keyfiyyətinin artırılmasına davamlı səy göstərir. Ölkədə istehlak kreditlərinin artım dinamikası BOKT-un inkişafı üçün bir stimuldur. Təşkilatın şüarı olan “İdeal Seçim” “İdeal Kredit”in hər bir müştəriyə fərdi yanaşma ilə bərabər müştərilərə ideal şərtlərlə kredit ayrılması- fəlsəfəsini özündə cəm edir.

İdeal Kredit BOKT şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: Mühasib
  • Yer: Bakı
  • İş növü: Tam iş günü
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 0
  • Kateqoriya: Maliyyə, Bankçılıq və Sığorta
Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

Təsvir Mühasibat uçotunun qanunvericiliyə və daxili prosedurlara uyğun aparılması, bütün maliyyə əməliyyatlarının dəqiq və vaxtında sistemdə qeydiyyatı Kassa və bank əməliyyatlarının, nağd və nağdsız ödənişlərin, gündəlik bank çıxarışlarının uzlaşdırılması Kredit portfeli üzrə əməliyyatların uçotu: kreditlərin verilməsi, bağlanması, gecikmələrin izlənməsi, faiz və komissiya gəlirlərinin hesablanması, ehtiyatların formalaşdırılması Daxili və xarici auditlər üçün tələb olunan məlumatların və sənədlərin hazırlanması, audit prosesinin dəstəklənməsi Kredit portfeli üzrə mühasibat uçotunun aparılması və kredit məlumatlarının uçot sistemi ilə üzləşdirilməsi; Kredit portfeli üzrə Mərkəzi Banka və digər aidiyyəti qurumlara təqdim olunan hesabatların hazırlanmasında iştirak; Aylıq, rüblük vergi hesabatlarının hazırlanmasında və təqdim edilməsində iştirak Maliyyə əməliyyatlarında risklərin azaldılması üçün müvafiq nəzarət tədbirlərinin görülməsi və proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi. Tələblər Minimum 3 il mühasibatlıq sahəsində iş təcrübəsi (BOKT, bank və ya maliyyə sektorunda təcrübə mütləqdir) Vergi Məcəlləsi və beynəlxalq mühasibat uçotu standartları üzrə biliklərə malik namizədlərə üstünlük verilir. Microsoft Office proqramları (xüsusilə Excel) ilə işləmə bacarığı. Vakansiya növü - Tam ştat İmtiyazlar Korporativ Mühit Bonus sistemi; Yığım sığortasına qoşulma imkanı Maraqlanan namizədlər  Müraciət et   düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Müraciət Məlumatları

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Maliyyə, Bankçılıq və Sığorta

Maliyyə, Bankçılıq və Sığorta kateqoriyasında ən son iş elanları və vakansiyalar

Maliyyə, Bankçılıq və Sığorta kateqoriyasında daha çox vakansiya

Mühasib vakansiyası İdeal Kredit BOKT şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.