Filial Müdiri (Ağdaş) - International BOKT | Vakansiya

Şirkət Haqqında

Şirkət: International BOKT

Vebsayt: https://www.icu.az/

International BOKT Maliyyə xidmətləri, Consumer Finance sektorunda fəaliyyət göstərən şirkətdir. Ən yeni International BOKT iş elanları ilə Jooble.az vebsaytından tanış olun

International BOKT şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: Filial Müdiri (Ağdaş)
  • Yer: Bakı
  • İş növü: Tam iş günü
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 0
  • Kateqoriya: Maliyyə, Bankçılıq və Sığorta
Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

“INTERNATIONAL BOKT” ASC  Ağdaş filialının  fəaliyyətinin effektiv idarə olunması, satış və xidmət nəticələrinin inkişaf etdirilməsi məqsədilə peşəkar, liderlik bacarıqlarına malik və nəticəyönümlü namizədləri  Filial Müdiri  vəzifəsinə komandamıza dəvət edir. Əsas vəzifə öhdəlikləri Ağdaş filialının gündəlik fəaliyyətinin ümumi idarə olunmasını və effektiv iş prosesinin təşkilini təmin etmək; Filial əməkdaşlarının fəaliyyətini koordinasiya etmək, qarşıya qoyulmuş hədəflərə çatmalarına nəzarət etmək; Filialın satış, xidmət, gəlirlilik və digər əsas performans göstəricilərini (KPI) mütəmadi təhlil etmək və nəticələrin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirmək; Müəyyən edilmiş biznes və satış hədəflərinin yerinə yetirilməsini təmin etmək; Filialın kredit portfelinin keyfiyyətinə, risk göstəricilərinə və maliyyə nəticələrinə nəzarət etmək; Müştəri bazasının genişləndirilməsi, yeni müştərilərin cəlb edilməsi və satış imkanlarının artırılması istiqamətində tədbirlər həyata keçirmək; Filialda şirkətin daxili siyasət, prosedur və xidmət standartlarının düzgün tətbiq olunmasını təmin etmək; Əməkdaşların peşəkar inkişafını, motivasiyasını və iş effektivliyini artırmaq; Filialın fəaliyyətində yaranan operativ və idarəetmə xarakterli problemləri vaxtında müəyyənləşdirmək və onların həllini təmin etmək; Müştəri məmnuniyyətinin yüksək səviyyədə saxlanılmasını və xidmət keyfiyyətinin davamlı inkişafını təmin etmək; Filialın fəaliyyət nəticələrini təhlil etmək və rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək; Şirkətin daxili siyasət və prosedurlarına, eləcə də qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunmasını təmin etmək. Namizədə tələblər Ali təhsil; Bank, BOKT və ya lombard sektorunda minimum  3 il iş təcrübəsi ; İdarəetmə və rəhbər vəzifəsində minimum  1 il iş təcrübəsi ; Filial və ya komanda idarəetməsi sahəsində təcrübə; Güclü liderlik və idarəetmə bacarıqları; Əməkdaşları motivasiya etmək və nəticəyə yönəltmək qabiliyyəti; Analitik düşüncə və qərarvermə bacarığı; Satış və biznes göstəricilərinin təhlili və inkişaf etdirilməsi üzrə bacarıqlar; Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı; Problem həll etmə və operativ qərarvermə bacarığı; Müştəriyönümlü yanaşma; Komanda ilə effektiv işləmək bacarığı; Yüksək məsuliyyətlilik, təşəbbüskarlıq və iş intizamı; Nəticəyönümlü və strateji düşünmə bacarığı. İş şəraiti İş yeri:  Ağdaş şəhəri, “INTERNATIONAL BOKT” ASC Ağdaş filialı; İş qrafiki:  Bazar ertəsi – Cümə, 09:00–18:00; Rəsmi əmək müqaviləsi:  Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq; Əmək haqqı:  Namizədin təcrübə və peşəkar göstəricilərinə əsasən razılaşma yolu ilə + bonus/motivasiya sistemi; Əlavə təminat:  Korporativ mobil nömrə. Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini foto ilə birlikdə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur:  E-mailin  Subject  hissəsində mütləq  “Ağdaş Filial Müdiri”  qeyd edilməlidir. Qeyd:  Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq. “INTERNATIONAL BOKT” ASC — peşəkar komandamıza qoşulun və uğur hekayəmizin bir parçası olun!

Müraciət Məlumatları

Bu vakansiyaya e-poçt vasitəsilə müraciət edə bilərsiniz.

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Maliyyə, Bankçılıq və Sığorta

Maliyyə, Bankçılıq və Sığorta kateqoriyasında ən son iş elanları və vakansiyalar

Maliyyə, Bankçılıq və Sığorta kateqoriyasında daha çox vakansiya

Filial Müdiri (Ağdaş) vakansiyası International BOKT şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.