Middle DevOps engineer - AZINTELECOM | Vakansiya

Şirkət Haqqında

Şirkət: AZINTELECOM

Vebsayt: https://azintelecom.az/

Şirkət haqqında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin 3 əsas xidmət istiqaməti var. Rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətləri təqdim etməyi özünə hədəf seçən “AzInTelecom” MMC şirkət strategiyasını insana dəyər, etibarlılıq, innovativlik, çeviklik, şəffaflıq və məxfiliyin qorunması kimi fundamental dəyərlər ətrafında formalaşdırıb. Şirkətin loqotipi və korporativ rənglərinin yaradılması prosesində adları çəkilən prinsiplər əsas meyarlar kimi seçilərək şirkətin missiyası və gələcəkyönümlü planlarına uyğunlaşdırılıb. “AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və "AZCLOUD" bulud xidmətlərindən ibarətdir.

AZINTELECOM şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

Təsvir Mövcud infrastruktur və platforma üzrə texniki sorğuların icrası, dayanıqlılığın və performansın təmin olunması; Linux əsaslı mühitlərdə yaranan problemlərin operativ diaqnostikası və həlli; İnfrastrukturun kodla təsviri, dəyişikliklərin təkrarlanan və izlənilən şəkildə tətbiqi; CI/CD və GitOps proseslərinin qurulması, inkişafı və komandalar üçün dəstəyi; Monitorinq, alerting və observability vasitələrinin idarə olunması və təkmilləşdirilməsi; Təhlükəsizlik, ehtiyat nüsxələmə və bərpa tələblərinə uyğun əməliyyatların dəstəklənməsi; Platforma və infrastruktur proseslərinin avtomatlaşdırılması və sənədləşdirilməsi; Tələblər Ali təhsil (İnformasiya texnologiyaları sahəsi üzrə ali təhsil üstünlükdür); Linux əməliyyat sistemləri üzrə güclü praktiki təcrübə; İnfrastrukturun kodla idarə olunması və avtomatlaşdırma (Terraform, Ansible); Konteyner texnologiyaları və konteyner orkestrasiyası (Kubernetes); CI/CD sxemlərin qurulması və idarə olunması (GitLab CI); GitOps yanaşması ilə tətbiqlərin və platforma komponentlərinin idarə olunması (Argo CD); Monitorinq, mərkəzləşdirilmiş log və tracing sistemləri üzrə təcrübə (Prometheus, Grafana, Sentry, Loki); Şəbəkə əsasları (TCP/IP, DNS, load balancing, firewall) üzrə baza bilikləri; Virtualizasiya mühitləri ilə iş təcrübəsi (VMware vCloud); Skript və ya proqramlaşdırma dili üzrə təcrübə (Python, Go və ya Bash); Secret və konfiqurasiyaların təhlükəsiz idarə olunması barədə təcrübə (Hashicorp Vault); Azərbaycan dili — sərbəst; İngilis dili — intermediate səviyyədə; Analitik düşüncə, problem həlli, komanda ilə iş və məsuliyyətlilik. Maraqlanan namizədlər öz CV-lərini  Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Müraciət Məlumatları

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - İT, Proqram Təminatı və Məlumat Analitikası

İT, Proqram Təminatı və Məlumat Analitikası kateqoriyasında ən son iş elanları və vakansiyalar

İT, Proqram Təminatı və Məlumat Analitikası kateqoriyasında daha çox vakansiya

Middle DevOps engineer vakansiyası AZINTELECOM şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.