Vakansiya Təsviri
Şirkətimizin İT strategiyasına rəhbərlik edəcək, texnoloji infrastrukturun dayanıqlığını və rəqəmsal transformasiyanı təmin edəcək İT Departament müdiri axtarırıq. Əsas vəzifələr: Şirkətin İT strategiyasını hazırlamaq, biznes strategiyasına uyğunlaşdırmaq və icrasını təmin etmək; Şirkətin İT infrastrukturunun, ERP, POS, ITSM və BPM sistemlərinin fasiləsiz və effektiv fəaliyyətini təmin etmək; Filial şəbəkəsinin İT əməliyyatlarını idarə etmək, sistemlərin dayanıqlığını və əlçatanlığını təmin etmək; İT infrastrukturunun (LAN/WAN, SD-WAN, VPN, Wi-Fi), serverlərin, virtualizasiya mühitlərinin və data mərkəzlərinin idarə edilməsinə nəzarət etmək; Bulud və hibrid infrastruktur həllərinin tətbiqini, inkişafını və optimallaşdırılmasını təmin etmək; İT sistemlərinin, verilənlər bazalarının və korporativ tətbiqlərin təhlükəsizliyini, performansını və davamlılığını təmin etmək; Kibertəhlükəsizlik strategiyasını formalaşdırmaq, informasiya təhlükəsizliyi risklərini qiymətləndirmək və müvafiq qorunma tədbirlərinin həyata keçirilməsini təmin etmək; ISO 27001 standartı, İT audit və informasiya təhlükəsizliyi tələblərinə uyğunluğu təmin etmək; Ehtiyat nüsxələmə, fəlakət bərpası (Disaster Recovery) və biznesin fasiləsizliyi (BCP/DRP) planlarını hazırlamaq və icrasına nəzarət etmək; İT xidmətlərinin keyfiyyətini yüksəltmək, xidmət səviyyəsi göstəricilərini (SLA) müəyyənləşdirmək və monitorinqini aparmaq; İT layihələrini planlaşdırmaq, idarə etmək və onların vaxtında, müəyyən edilmiş büdcə çərçivəsində tamamlanmasını təmin etmək; Rəqəmsal transformasiya, avtomatlaşdırma, süni intellekt və data analitikası həllərinin tətbiqi imkanlarını qiymətləndirmək və müvafiq layihələri həyata keçirmək; İT büdcəsini hazırlamaq, xərcləri optimallaşdırmaq və texnoloji investisiyaların effektivliyini qiymətləndirmək; İT sistemləri və xidmətləri üzrə təchizatçıların fəaliyyətini idarə etmək, müqavilələrin icrasına və xidmət keyfiyyətinə nəzarət etmək; İT komandasının fəaliyyətini təşkil etmək, əməkdaşların peşəkar inkişafını və fəaliyyət göstəricilərinin qiymətləndirilməsini təmin etmək; Biznes bölmələrinin texnoloji ehtiyaclarını müəyyənləşdirmək, uyğun İT həllərini təklif etmək və tətbiqini koordinasiya etmək; Namizədə dair tələblər: İT, mühəndislik, iqtisadiyyat və ya biznes idarəetməsi üzrə ali təhsilə malik olmaq; Pərakəndə satış, FMCG və ya distribusiya sahəsində minimum 7 il, o cümlədən ən azı 3 il rəhbər vəzifədə iş təcrübəsinə malik olmaq; 40-dan çox əməkdaşdan ibarət komandaların və geniş filial şəbəkəsinin İT fəaliyyətinin idarə edilməsi təcrübəsinə malik olmaq; ERP, POS, ITSM və BPM sistemləri və metodologiyaları üzrə dərin biliklərə malik olmaq; Şəbəkə infrastrukturu (LAN/WAN, SD-WAN, VPN, Wi-Fi), serverlər, virtualizasiya və data mərkəzlərinin idarə edilməsi üzrə biliklərə malik olmaq; Bulud və hibrid infrastruktur həlləri (Azure, AWS və ya lokal provayderlər) üzrə biliklərə malik olmaq; MS SQL, Oracle və PostgreSQL verilənlər bazalarının idarə edilməsi prinsiplərini bilmək; Kibertəhlükəsizlik, ISO 27001, İT audit və informasiya təhlükəsizliyi tələbləri üzrə biliklərə malik olmaq; Ehtiyat nüsxələmə, fəlakət bərpası (Disaster Recovery) və biznesin fasiləsizliyinin təmin edilməsi (BCP/DRP) üzrə biliklərə malik olmaq; PMP, Agile və ITIL kimi layihə idarəetməsi metodologiyalarını bilmək; Strateji düşünmə və analitik təhlil bacarıqlarına malik olmaq; Üstünlük hesab olunur: Rəqəmsal transformasiya, süni intellekt və data analitikası layihələrində uğurlu təcrübə; Beynəlxalq pərakəndə satış təcrübələri və bazar standartları ilə tanışlıq; PMP, ITIL, CCNA/CCNP, Azure/AWS, CISSP və ya ISO 27001 üzrə müvafiq sertifikatların olması. Biz nə təklif edirik? Rəqabətli əməkhaqqı; Nahar təminatı; Könüllü tibbi sığorta; Korporativ mobil nömrə; Müasir texnologiyalar və real layihələr üzərində işləmək imkanı. CV-nizi "İT Departament Müdiri" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək müraciət edə bilərsiniz.