Baş Red Team mütəxəssisi (Pentester) - Milli Kibertəhlükəsizlik Agentliyi | Vakansiya

Şirkət Haqqında

Şirkət: Milli Kibertəhlükəsizlik Agentliyi

Milli Kibertəhlükəsizlik Agentliyi şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

Vəzifə öhdəlikləri: Red Team və penetrasiya testləri üzrə əməliyyatların planlaşdırılması, prioritetləşdirilməsi və koordinasiyası; Korporativ sistemlər, şəbəkə infrastrukturu, veb tətbiqlər, daxili sistemlər və Active Directory mühitləri üzrə kompleks təhlükəsizlik testlərinin təşkili və icrası; Real təhdid modellərinə əsaslanan hücum ssenarilərinin hazırlanması, tətbiqi və nəticələrinin qiymətləndirilməsi; Red Team əməliyyatları üzrə texniki yanaşmaların, metodologiyaların və test çərçivələrinin formalaşdırılması; Aşkarlanmış zəifliklərin biznes və texniki təsirinin qiymətləndirilməsi, risklərin prioritetləşdirilməsi və rəhbərliyə təqdim olunması; Blue Team/SOC komandaları ilə birgə aşkarlama, monitorinq və müdafiə mexanizmlərinin təkmilləşdirilməsi üzrə təşəbbüslərin irəli sürülməsi; Red Team alətləri, prosesləri və hesabatlılıq standartlarının inkişaf etdirilməsi Tələblər: İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və ya əlaqədar ixtisasları üzrə ali təhsil; Red Team, penetrasiya testi və offensive security sahəsində dərin praktiki biliklər; Şəbəkə təhlükəsizliyi, Active Directory, veb tətbiq təhlükəsizliyi, Linux və Windows sistemləri üzrə yüksək səviyyəli texniki biliklər; MITRE ATT&CK, OWASP Top 10, privilege escalation, lateral movement və müasir hücum texnikaları üzrə bilik; Texniki hesabatların hazırlanması, nəticələrin rəhbərlik və texniki komandalar üçün aydın təqdim edilməsi bacarığı; Offensive Security sertifikatlarının olması üstünlükdür. İş şərtləri: İş qrafiki: Tam iş günü (5 gün). İş saatları: 09:00-18:00. İş yeri: Bakı Maraqlanan namizədlər öz CV-lərini  Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Müraciət Məlumatları

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - İT, Proqram Təminatı və Məlumat Analitikası

İT, Proqram Təminatı və Məlumat Analitikası kateqoriyasında ən son iş elanları və vakansiyalar

İT, Proqram Təminatı və Məlumat Analitikası kateqoriyasında daha çox vakansiya

Baş Red Team mütəxəssisi (Pentester) vakansiyası Milli Kibertəhlükəsizlik Agentliyi şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.