Layihə Rəhbəri - Shinkar Holding | Vakansiya

Şirkət Haqqında

Şirkət: Shinkar Holding

Tikinti sahəsində xidmət göstərən Shinkar Holding şirkətinin ən yeni iş elanları və vakansiyaları ilə tanış olun

Shinkar Holding şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

Vəzifənin məqsədi Layihə Menecerinin əsas məqsədi tikinti layihələrinin müqavilə şərtlərinə, təsdiq edilmiş qrafikə, büdcəyə, keyfiyyət və əməyin mühafizəsi tələblərinə uyğun icrasını təmin etmək, resursları səmərəli idarə etmək və layihənin vaxtında tamamlanmasına nail olmaqdır. Əsas vəzifə və öhdəliklər Tikinti layihəsinin planlaşdırılması, təşkili və gündəlik icrasına ümumi rəhbərlik etmək. Layihənin iş qrafikini razılaşdırmaq, icrasına nəzarət etmək və gecikmə riskləri yarandıqda qabaqlayıcı tədbirlər görmək. Satınalma prosesinin vaxtında planlaşdırılmasını və material, avadanlıq və xidmətlərin iş qrafikinə uyğun sahəyə çatdırılmasını təmin etmək. Tikinti sahəsində çalışan Tikinti Rəhbəri, mühəndislər, briqadalar, subpodratçılar və təchizatçılar arasında səmərəli koordinasiyanı təmin etmək. Layihənin müqavilə çərçivəsində icrasına, iş həcmlərinə və əlavə işlərin düzgün müəyyənləşdirilməsinə nəzarət etmək. Layihənin faktiki gedişatını planla müqayisə etmək, mütəmadi hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək. Layihə üzrə insan resurslarının, tikinti texnikasının və materialların səmərəli istifadəsini təmin etmək. Görülmüş işlərin keyfiyyətinə, texniki sənədləşməyə və gizli işlərin müvafiq qaydada rəsmiləşdirilməsinə nəzarət etmək. Əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühit tələblərinə riayət olunmasını təmin etmək. Sifarişçi, layihəçi, texniki nəzarət və digər maraqlı tərəflərlə işgüzar əlaqələri və operativ koordinasiyanı həyata keçirmək. Layihə üzrə yaranan problemləri vaxtında müəyyən etmək, riskləri qiymətləndirmək və həll yollarını təklif etmək. Layihənin təhvil-təslim prosesini, icra sənədlərinin və faktiki vəziyyətə uyğun (As-Built) sənədlərin tamamlanmasını koordinasiya etmək. Namizədə tələblər Tikinti mühəndisliyi, mülki tikinti və ya müvafiq sahə üzrə ali təhsil. Tikinti layihələrinin idarə edilməsi üzrə minimum 3 il iş təcrübəsi. Tikinti sahəsində işlərin təşkili, iş qrafiklərinin idarə edilməsi və resurs planlaşdırılması üzrə praktiki biliklər. Satınalma və material təminatının planlaşdırılması, subpodratçıların koordinasiyası üzrə təcrübə. Tikinti çertyojlarını, texniki spesifikasiyaları və müqavilə sənədlərini oxumaq və təhlil etmək bacarığı. MS Office və AutoCAD proqramları ilə yaxşı işləmək bacarığı; MS Project və Primavera P6 planlaşdırma proqramlarını bilmək üstünlükdür. Azərbaycan dilində sərbəst ünsiyyət və hesabat hazırlamaq bacarığı; ingilis və rus dillərini bilmək üstünlükdür. Liderlik, təşkilatçılıq, problem həll etmə və qərarvermə bacarıqları. Nəticəyönümlülük, məsuliyyətlilik və işləri vaxtında tamamlamaq bacarığı. İş şəraiti Peşəkar komandada işləmək imkanı. Müxtəlif tikinti layihələrinin idarə edilməsində iştirak. Əməkhaqqı namizədin təcrübə və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini  M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .

Müraciət Məlumatları

Bu vakansiyaya e-poçt vasitəsilə müraciət edə bilərsiniz.

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Biznes, İdarəetmə və İnsan Resursları

Biznes, İdarəetmə və İnsan Resursları kateqoriyasında ən son iş elanları və vakansiyalar

Biznes, İdarəetmə və İnsan Resursları kateqoriyasında daha çox vakansiya

Layihə Rəhbəri vakansiyası Shinkar Holding şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.