Reception - Agrokimya | Vakansiya

Şirkət Haqqında

Şirkət: Agrokimya

Vebsayt: https://www.agrokimya.com

Şirkət haqqında «Aqrokimya» MMC 1991-cı ildən fəaliyyət göstərir. Fəaliyyəti dövründə əsas işi respublikaya bitki mühafizəsi vasitələri, pestisidlər, gübrələr, toxumlar, mikroelementlər və s. kənd təsərrüfatı təyinatlı mallar idxal edib kənd təsərrüfatı müəssisələrinə və fermerlərə satmaqdan ibarətdir. «Aqrokimya» MMC dünyanın bir çox aparıcı bitki mühafizəsi vasitələri, gübrə, toxum və sair aqrokimyəvi məhsul istehsalçılarının rəsmi destribütorudur. Belə ki, İsveçrənin «Syngenta Agro AG», Almaniyanın “Bayer CropScience AG”, Amerika Birləşmiş Ştatlarının “DOW AgroSciences”, Türkiyənin «Koruma Klor Alkalı» şirkətlərinin bitki mühafizəsi vasitələrinin, İtalyanın “Valagro”, Belçikanın “Tessenderlo Group”, İsrailin «Haifa Chemicals”, Rusiyanın «Evroxim» şirkətlərinin yarpaq və kök gübrələrinin, İsveçrənin “Syngenta Seeds” şirkətlərinin bitki toxumlarının, Estonianın “Mikskaar” şirkətinin torf satışı üzrə distribyutorudur.

Agrokimya şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

Tələblər: Cins: Qadın Yaş: 20–30 Yüksək səviyyədə Azərbaycan dili (Rus və İngilis-dil bilikləri arzuolunandır); Microsoft Office proqramlarında işləmə bacarığı Punktual, məsuliyyətli, pozitiv, dürüst, Yüksək ünsiyyətqurma və komanda ilə işləmək bacarığı Verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;; Vəzifə öhdəlikləri: Daxil olan və çıxan yazışmaların qeydiyyatını aparmaq, Telefon zənglərini və sorğuları düzgün qiymətləndirərək aidiyyəti bölmələrə yönləndirmək Gün ərzində daxil olan məktubları, sənədləri və bağlamaları qəbul edib qeydiyyatını aparmaq və ünvanlanan şəxslərə çatdırmaq; Ofisə gələn ziyarətçilərin qarşılanması Ofis ləvazimatlarının, daxili məişət ehtiyacları üçün malların satın alınmasının təşkili İş haqqında məlumat: İş qrafiki: 9:00 –dan 18:00 -dək, Şənbə günü 9:00 -dan 13:00-dək Vakansiya növü - Tam ştat, AR Əmək Məcəlləsinə əsasən sənədləşmə Nahar şirkət tərəfindən təmin edilir Korporativ telefon və nömrə təqdim olunur Əmək haqqı - 500 Azn NETT İş yeri: Bakı, Yasamal r. , Şəfayət Mehdiyev 271 A. CV formalarını (şəkilsiz CV- qəbul edilmir) Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər (məktubun mövzu bölməsində vakansiyanın adını  “Reception” qeyd etməyiniz xahiş edilir, əks halda müraciətə baxılmayacaq).

Müraciət Məlumatları

Bu vakansiyaya e-poçt vasitəsilə müraciət edə bilərsiniz.

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Biznes, İdarəetmə və İnsan Resursları

Biznes, İdarəetmə və İnsan Resursları kateqoriyasında ən son iş elanları və vakansiyalar

Biznes, İdarəetmə və İnsan Resursları kateqoriyasında daha çox vakansiya

Reception vakansiyası Agrokimya şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.