Elektrik təchizatı işləri üzrə mühəndis - layihəçi - Bakı Dövlət Layihə İnstitutu | Vakansiya

Şirkət Haqqında

Şirkət: Bakı Dövlət Layihə İnstitutu

Vebsayt: http://bdli.az

Hər bir insan həyatı boyu dəfələrlə ömür yoluna nəzər salır, onu dəyərləndirməyə çalışır, mənalı anları iftixarla və xoş təəssüratlarla xatırlayır, yadda qalmayanların isə üzərindən tez ötüb keçməyə çalışır. XX əsrin 30-cu illərində yaradılan və ötən dövr ərzində müvəffəqiyyətlə fəaliyyət göstərən Bakı Dövlət Layihə İnstitutu isə burada çalışan, fəaliyyət göstərən işçilər üçün şübhəsiz ömür yolunun ayrılmaz bir hissəsidir və bu ömür yolu həm acı, həm də şirin xatirələriylə, həm uğurları, həm də uğursuzluqları ilə çox əzizdir, dəyərlidir və nəhayət mənalıdır. Çünki ən adi vəzifəni icra edən sıravi işçidən tutmuş ən uğurlu layihələrə imza atmış mütəxəssisədək hər kəs gördüyü işin dəyərini, əhəmiyyətini başa düşür, qururlanır və bundan mənəvi rahatlıq tapır. Təsadüfi deyil ki, nə vaxtsa burada çalışmış istənilən işçi dünyanın harasında olmasından asılı olmayaraq doğma instituta bağlılığını qoruyub saxlayır və sanki bu əlaqələrdən bir enerji, stimul alır. Bakı Dövlət Layihə İnstitutu xalqımızın yaratdığı digər maddi-mənəvi nümunələr kimi milli sərvətimizdir. Xüsusən müstəqillik qazandıqdan sonra qonşu dövlətlər və xalqların nailiyyətləri ilə tanış olduqca bu daha aydın dərk olunur. Bu gün Bakı Dövlət Layihə İnstitutu öz tarixi ənənələrini məntiqi ardıcıllıqla və dövrümüzün reallıqları və çağırışları nəzərə alınmaqla davam etdirir. İnstitutda yeni bacarıqlı, istedadlı, iddialı gənclərin cəlb edilərək irəli çəkilməsi və təcrübəli mütəxəssislərin himayəsi altında yetişdirilməsi öz bəhrələrini verməkdədəir. Kollektiv isə öz tarixi ənənələrini, nailiyyətlərini və missiyasını davam etdirərək daha böyük uğura imza atmaq, Bakı şəhərinin yenidənqurma, tikinti və abadlaşdırma işlərinə yeni-yeni töhfələr vermək əzmindədir.

Bakı Dövlət Layihə İnstitutu şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: Elektrik təchizatı işləri üzrə mühəndis - layihəçi
  • Yer: Bakı
  • İş növü: Tam iş günü
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 14
  • Kateqoriya: Mühəndislik və Texniki Sahələr
Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

Namizədə tələblər: Mühəndis-elektrik ixtisası üzrə ali təhsil; Layihələndirmə sahəsi üzrə (yaşayış və inzibati binalar, otellər və ticarət mərkəzləri və s.) 1-3 il təcrübə; Dil bilikləri: Azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət), digər dillər əlavə üstünlük hesab olunur; Kompüter bilikləri – MS Office , AutoCAD (yüksək səviyyədə),Revit;  BİM layihələrində iştirakı arzuolunandır; Elektrik sistemlərinin və layihələrinin sərbəst oxuma bacarığı; Hesabat hazırlama və analiz etmə bacarığı; Binalarda və tikililərdə zəif axın şəbəkə sistemlərinin layihələndirilməsi sahəsində normativ baza və standartlar üzrə bilik. Vəzifə öhdəlikləri:   Layihələndirmə üçün ilkin məlumatın yığılması və cizgilərin hazırlanması; Sənaye bina və tikililərinin, daxili və xarici işıqlandırma sistemlərinin, aşağı və yüksək gərginlikli elektrik təchizatı şəbəkələrinin layihələndirilməsi; 0,4-1 kV (aşağı gərginlik) elektrik şəbəkənin layihələndirilməsi; Elektrik yükünün hesablanması; Sifarişçinin texniki tapşırığına əsasən layihə sənədlərinin işlənilməsi və razılaşdırılması; Elektrik təchizatı və işıqlandırma üzrə layihə və işçi sənədlərin işlənilməsi; Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması; İş barədə məlumat: İş qrafiki: 09:00-18:00,  həftə içi 5 gün; Əmək haqqı: 1000-1500 AZN. İşə qəbul əmək qanunvericiliyə uyğun olaraq həyata keçirilir.   CV-ləri uyğun ixtisas başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.   Xahiş olunur ki, yalnız uyğun namizədlər müraciət etsin.

Müraciət Məlumatları

Bu vakansiyaya e-poçt vasitəsilə müraciət edə bilərsiniz.

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Mühəndislik və Texniki Sahələr

Mühəndislik və Texniki Sahələr kateqoriyasında ən son iş elanları və vakansiyalar

Mühəndislik və Texniki Sahələr kateqoriyasında daha çox vakansiya

Elektrik təchizatı işləri üzrə mühəndis - layihəçi vakansiyası Bakı Dövlət Layihə İnstitutu şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.