Portfellərin idarəedilməsi şöbəsinin Baş Layihə Meneceri - İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi | Vakansiya

Şirkət Haqqında

Şirkət: İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Vebsayt: https://www.digital.gov.az/

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Dövlət qurumu sektorunda fəaliyyət göstərən şirkətdir. Ən yeni İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi iş elanları ilə Jooble.az vebsaytından tanış olun

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: Portfellərin idarəedilməsi şöbəsinin Baş Layihə Meneceri
  • Yer: Bakı
  • İş növü: Tam iş günü
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 2
  • Kateqoriya: Biznes, İdarəetmə və İnsan Resursları
Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

Təsvir Layihə menecerləri ilə sıx əməkdaşlıq və koordinasiya çərçivəsində sahə üzrə layihələrin effektiv idarə olunmasının təmin edilməsi; Təşkilatın strateji hədəflərinə uyğun olaraq layihə portfelinin formalaşdırılması, prioritetləndirilməsi və icrasını təmin edilməsi; Layihə menecerləri ilə birlikdə layihə planlarının (məqsədlər, vaxt qrafikləri, büdcə) hazırlanmasına nəzarət və uyğunluğun təmin edilməsi; İstiqamət üzrə layihələrin icra vəziyyətinin mütəmadi monitorinqi və ümumi performansın qiymətləndirilməsi; Layihə menecerləri tərəfindən idarə olunan layihələrdə əhatə dairəsi (scope), dəyişikliklər və resursların effektiv idarə olunmasına nəzarət olunması; Resursların layihələr arasında optimal bölgüsünü təmin etmək və prioritetlərə uyğun şəkildə yönləndirilməsi; Layihə menecerlərinə tapşırıqların icrası və irəliləyişin izlənilməsi üzrə dəstək göstərilməsi və koordinasiyanın təmin edilməsi; Maraqlı tərəflərlə portfel səviyyəsində kommunikasiya qurmaq, konsolidə olunmuş hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək; İstiqamət üzrə risklərin və problemlərin müəyyən edilməsi, layihə menecerləri ilə birlikdə onların azaldılması üçün tədbirlərin görülməsi; Bütün layihələrin vaxtında, müəyyən edilmiş əhatə dairəsində və büdcə daxilində icrasına nəzarət və ümumi uyğunluğun təmin edilməsi; İstiqamət üzrə sənədləşmənin standartlaşdırılması və layihə menecerləri tərəfindən hazırlanmış sənədlərin keyfiyyətinə nəzarət; Layihələr tamamlandıqdan sonra ümumi portfel səviyyəsində qiymətləndirmələrin aparılması, əldə olunan nəticələrin təhlili və “lessons learned” yanaşmasının tətbiqi. Tələblər Ali təhsil: (İnformasiya Texnologiyaları, İqtisadiyyat və ya Menecment ixtisasları üzrə); İş təcrübəsi: Rəqəmsallaşma, süni intellekt, innovasiya və qanunvericilik layihələri üzrə minimum 4 il praktiki iş təcrübəsi; Layihə statusunun hesabatlılığına dair analitik bacarıqlar; Sertifikatlar: PMP, PgMP və ya PfMP sertifikatlarının olması zəruridir; Əlavə üstünlük: Dövlət qurumlarında iş təcrübəsinin olması arzuolunandır; Dil bilikləri: Azərbaycan dili (əla) | İngilis dili (əla) | Rus dili (arzuolunandır); Kompüter və texniki bilikləri; Microsoft Office Programs (Word, Excel, Power Point), Jira, Confluence. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər   Müraciət et   düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Müraciət Məlumatları

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Biznes, İdarəetmə və İnsan Resursları

Biznes, İdarəetmə və İnsan Resursları kateqoriyasında ən son iş elanları və vakansiyalar

Biznes, İdarəetmə və İnsan Resursları kateqoriyasında daha çox vakansiya

Portfellərin idarəedilməsi şöbəsinin Baş Layihə Meneceri vakansiyası İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.