Əmlak məsələləri üzrə mütəxəssis - Tam Store | Vakansiya

Şirkət Haqqında

Şirkət: Tam Store

Vebsayt: https://www.tamstore.az/

Şirkət haqqında “Tam Store” MMC ölkəmizin pərakəndə satış sektorunda öz xüsusi payı olan və daim bu sahədə yüksəlməyi hədəfləyən marketlər şəbəkəsidir. “Tam Store” öz gənc və peşəkar komandası ilə ölkədə pərakəndə satış sektorunun inkişafına töhvə verəcək, hədəflərini yüksək tutan və bu yolda inamla irəliləyən missiyası vardır. Müəssisəmiz ölkə iqtisadiyyatının inkişafında xüsusi yeri olan “Avrora” MMC-nin 2023-cü il üçün başlatdığı ən böyük layihələrdən biridir. “Avrora” MMC respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsi yönündə pərakəndə satış sektoruna innovativ, peşəkar və rəqabətədavamlı hədəflərilə yeni nəfəs verəcək “Tam Store” Marketlər şəbəkəsinin əsasını qoymuşdur.h

Tam Store şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: Əmlak məsələləri üzrə mütəxəssis
  • Yer: Bakı
  • İş növü: Tam iş günü
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 10
  • Kateqoriya: Əmlak və Təsərrüfat İdarəçiliyi
Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

Əsas vəzifə öhdəlikləri: Standartlara uyğun mağaza yerlərinin aşkarlanması (yetərli yaşayış, insan hərəkətliyi və mövcud marketimizdən fərqli yer olması); Rəqib fəaliyyətin araşdırılması (marketin sahəsi və cəbhəsi, kreditə işləməsi); Mağaza yerinin rəhbərliyə təqdim edilməsi; Sahibkarla görüşüb təklif verilməsi; Sahibkara ilkin müqavilə şərtlərimizin izah olunması və sənədlərinə baxılması (3 faz və vergi kodu). Tələb olunan bilik və bacarıqlar: Analitik düşünmə və bazar araşdırması aparmaq bacarığı; Danışıqlar aparma və effektiv ünsiyyət bacarığı; MS Office proqramlarında işləmə bacarığı; Operativ qərarvermə, məsuliyyətlilik və nəticəyönümlülük; Bənzər sahələrdə minimum 1 il iş təcrübəsi; Ezamiyyətlərə açıq olmaq; Avtomobilin olması mütləqdir. İş şərtlərimiz: İş qrafiki: Tam iş günü (5 gün); İş saatları: 09:00-18:00; İş yeri: Ərazi. Biz nə təklif edirik: Əmək bazarında rəqabətli əməkhaqqı; Peşəkar komanda mühiti; Şirkət hesabına korporativ nömrə. Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə  “Əmlak məsələləri üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət Məlumatları

Bu vakansiyaya e-poçt vasitəsilə müraciət edə bilərsiniz.

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Əmlak və Təsərrüfat İdarəçiliyi

Əmlak və Təsərrüfat İdarəçiliyi kateqoriyasında ən son iş elanları və vakansiyalar

Əmlak və Təsərrüfat İdarəçiliyi kateqoriyasında daha çox vakansiya

Əmlak məsələləri üzrə mütəxəssis vakansiyası Tam Store şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.