Təftiş üzrə Mütəxəssis - Veysəloğlu MMC | Vakansiya

Şirkət Haqqında

Şirkət: Veysəloğlu MMC

Vebsayt: https://www.veyseloglu.az/

Şirkət haqqında “Veysəloğlu” MMC fəaliyyətinə 1994-cü ildə Türkiyədən qida məhsullarının idxalı ilə başlayıb və Veysəloğlu Şirkətlər Qrupunun təməli bu şirkət ilə qurulub. 1997-ci ildən etibarən şirkət öz fəaliyyətini genişləndirərək dünyanın bir çox tanınmış markalarının nümayəndəliklərini alıb və hazırda 4000-dən çox çeşiddə məhsulun ölkə üzrə distribusiyasını həyata keçirir. Şirkət Bakıda yerləşən baş ofisi ilə yanaşı, Mingəçevir və Salyanda yerləşən regional ofisləri və 2500-ə yaxın əməkdaşı ilə xidmət göstərir.

Veysəloğlu MMC şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: Təftiş üzrə Mütəxəssis
  • Yer: Bakı
  • İş növü: Tam iş günü
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 0
  • Kateqoriya: Maliyyə, Bankçılıq və Sığorta
Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

"Veysəloğlu" MMC İnsan Kapitalı və Təşkilati İnkişaf Direktorluğunda, "Təftiş üzrə Mütəxəssis" vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz: İş şəraiti İş yeri:   Salyan ofisi İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək Əmək haqqı: Müsahibə əsasında təyin edilir Vəzifə öhdəlikləri: Bu təlimat mütəxəssisin vəzifə səlahiyyətlərini, öhdəlik və məsuliyyətini müəyyən edir. İş fəaliyyətini AR Qanunvericiliyi, Daxili Nəzarət Departamenti-nin Əsasnaməsi, Daxili Nəzarət Departamenti-nin rəhbərliyinin əmr və tapşırıqları, eyni zamanda digər normativ-hüquqi aktlarına əsasən təşkil edir. Xidməti təminatında olan strukturlarda həyata keçirdiyi iş fəaliyyəti barədə günlük, həftəlik və aylıq hesabatlar hazırlayır. Daxili Nəzarət Departamenti -nin ayrı-ayrı strukturları, zərurət yarandıqda isə "Veysəloğlu" MMC-yə daxil olan digər strukturlar ilə koordinasiyalı iş təşkil edir. Xidməti təminat apardığı strukturlardan daxil olmuş məlumatları icraatına qəbul edir, təyin edilmiş müddətdə araşdırma aparır və yekun nəticələr barədə üst rəhbərini yazılı və ya şifahi qaydada məlumatlandırır. Tərtib edilmiş aylıq plan və üst rəhbərlərin göstərişinə əsasən, xidməti təminat aparılan strukturlarda iş fəaliyyətini özündə əks etdirən proses və qaydaları izləyir, epizodik yoxlama və araşdırmalar, monitorinqlər həyata keçirir, zərurət yarandıqda bazar araşdırması aparır, xidməti təqdimatlar göndərir, həmçinin Daxili Nəzarət Departamenti -nin rəhbərliyi qarşısında yeni layihə və təkliflərlə çıxış edir. Risklərin müəyyən edilməsi və idarəedilməsi məqsədilə xidməti təminat apardığı struktur bölmələrdə neqativ halları müəyyən edir, onların yaranmasına səbəb olan amillərin aradan qaldırılması, habelə qabaqlanması məqsədilə zəruri tədbirlər həyata keçirir. Daxili Nəzarət Departamenti və digər strukturların fəaliyyətlərinə dair təsdiq edilmiş daxili siyasət, qayda və tələblərin tətbiqi və onların icrasına nəzarətin təmin edilməsi; Şirkətə daxil olan strukturların və əməkdaşların xidməti fəaliyyətini tənzimləyən “normativ-hüquqi” və “təşkilati-sərəncamverici” sənədlərlə nəzərdə tutulmuş xidməti vəzifə, funksiya və səlahiyyətlərinin, onlar tərəfindən qanunvericiliyə və daxili qaydalara uyğun olaraq yerinə yetirilməsi vəziyyətinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi məqsədi ilə operativ yoxlama təftiş qaydasında şirkətin aidiyyatı strukturlarında müntəzəm qəfil monitorinqlərin və təftiş yoxlamalarının aparılmasına nəzarətin təmin edilməsi; Mümkün maliyyə risklərinin və itgilərinin qarşısının alınması məqsədi ilə şirkətin fəaliyyət istiqamətlərindən asılı olaraq əmək, material və maliyyə ehtiyatlarının təsdiq edilmiş normalara, normativlərə və smetalara uyğun olaraq düzgün istifadə edilməsinə və həmçinin onların müvafiq uçot hesablarında düzgün əks etdirilməsinə nəzarətin təmin edilməsi; Şirkətin balansında olan əmlakların faktiki mövcudluğuna, uçot üzrə hərəkətinə, təyinatı üzrə düzgün istifadəsinə, mövcud vəziyyətinə və silinməsinə dair dövrü olaraq inventariazsiya və təftiş yoxlamalarının aparılmasına nəzarəti təmin edir; Şirkətin obyektləri üzrə maddi məsul şəxslərə etibar edilmiş pul vəsaitlərinin, xammal və mal-material qiymətlilərinin, ticari malların qalıqları, əsas vəsaitlər və daxili sərf malları üzrə zərurət olduğu hallarda və mütəmadi olaraq dövrü inventarizasiya və təftiş yoxlamalarının həyata keçirilməsinə, müştərilər və tədarükçülərlə aparılan təsərrüfat - maliyyə əməliyyatları və qarşılıqlı hesablaşmalar nəticəsində yaranmış debitor və kreditor borc qalıqlarının nəzarət qaydasında qəfil sənədli təftiş yoxlamalarının aparılmasına nəzarəti təmin edir; Şirkətin struktur bölmələrində nağd pul vəsaitlərinin, mövcud mal-materialların, həmçinin satılmaq üçün nəzərdə tutulmuş ticari malların planlı və ya qəfil qaydada inventarizasiyasının həyata keçirilməsini, buna dair məsul şəxslərin imzası ilə müvafiq aktların tərtib edilməsini, habelə əvvəlki dövrlər üçün anbar, satış nöqtələri və ya istehsalat sahələrində aparılmış inventarizasiya nəticələrinin yoxlanılmasını təşkil etmək, zəruri düzəlişlərin edilməsi üçün aidiyyəti strukturları yazılı şəkildə məlumatlandırmaq; Mal və materialların alqı-satqı və dövriyyəsinə dair tədarükçülər ilə bağlanılmış müqavilələrin şirkətin strategiya, prinsip və mənafeyinə uyğunluğunun yoxlanılması və ehtimal olunan risklərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər təşkil etmək, eləcədə uyğun əlavə və ya dəyişiklər barədə hesabat verdiyi instansiyaya təkliflər irəli sürmək; Şirkətin balans hesablarında mövcud olan carilər və əməkdaşlar üzrə yaranmış şübhəli, ümidsiz və iddia müddəti keçmiş debitor və kreditor borclarının inventarizasiyasının və təftiş yoxlamasının aparılaraq, nəticələrin araşdırılıb yaranma səbəblərinin və səbəbkarların müəyyən edilməsini təmin edir; Şirkətin obyektlərində istismar müddəti bitmiş əsas vəsaitlər və inventarlar, əmtəə görünüşünü itirmiş və satış müddəti keçmiş ticari mallar, ümidsiz və iddia müddəti keçmiş debitor və kreditor borcları və s. səbəblərdən maddi məsul şəxslərin hesabından uçotdan silinməsinə dair əməliyyatların mütəmadi olaraq monitorinq edilməsinə və zərurət olduğu hallarda yoxlanılmasına nəzarətin təmin edilməsi; Monitorinq və yoxlamalar nəticəsində mal material qiymətlilərinin satış və istehlak tələbatına uyğun sifariş verilməməsi nəticəsində baş vermiş saxlama müddəti keçmələrin, standartlara uyğun qaydalara və saxlama şəraitinə düzgün əməl edilməməsi nəticəsində aşkar olunmuş zay və ya xarab olmaların və itkilərin (habelə təbii itki normalarından artıq xarabolmalar və itkilər də daxil olmaqla) səbəblərinin araşdırılmaqla, təqsirkar və məsul şəxslərin fəaliyyətinin təftiş edilməsinin təmin edilməsi; Yoxlama, monitorinq və araşdırma nəticəsində müəyyən edilmiş neqativ fakt və çatışmazlıqlar barədə Operativ Yoxlama Təftiş bölmə müdirinə məlumat verilməklə, yoxlanılan bölmə və ya əməkdaşın rəhbərinə tələbnamə, təqdimat, xidməti məktub və təkliflər göndərir. Şirkətdə inventarizasiya və təftiş yoxlamalarının aparılmasını və nəticələrin Azərbaycan Respublikası «Mühasibat uçotu haqqında» Qanunun və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-17 nömrəli 16 iyul 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmlak və öhdəliklərin inventarizasiyası” qaydasının tələblərinə uyğun olaraq sənədləşdirilməsinə nəzarətin təmin edilməsi; Vəzifə funksiyalarının icrası ilə əlaqədar, yoxlanılan struktur və bölmələrdən zəruri məlumatları özündə əks etdirən sənədləri, arayışları, hesabatları tələb etmək, xidməti zərurətlə əlaqədar yoxlanılan struktur bölmələrinin yerləşdiyi inzibati binalara, iş yerlərinə maneəsiz daxil olmaq, Şirkətin istifadəsində olan nəzarət kameralarına baxış keçirmək, zəruri görüntüləri əldə etmək və digər nəzarət tədbirlərinin görülməsi üçün müvafiq təşkilati tədbirlər həyata keçirmək; Şirkətin mənafeyini qorumaq, baş verə biləcək qanun pozuntusunun qarşısını almaq məqsədi ilə strukturların əməkdaşlarının, məsul və maddi məsul şəxslərinin müvəqqəti işdən kənarlaşdırılması, həmçinin onlara verilmiş səlahiyyət və yetkilərin dayandırılması barədə aidiyyatı struktur rəhbərliyinə təqdimatlar vermək; Şirkətin obyektlərində aparılmış təftiş və inventarizasiya yoxlamaları nəticəsində aşkar olunmuş israfçılıq, uçotdan gizlətmə, mənimsəmə, oğurluq, xarabolma və digər neqativ hallara görə maddi məsul şəxslərin hesablarında müəyyən edilmiş məbləğlərə görə şirkətə vurulmuş maddi ziyan məbləğlərinin, aidiyyatı strukturlarla birgə həmin maddi məsul şəxslərdən könüllü tutulub, şirkətin hesabına bərpa etdirilməsinin təmin edilməsi; Mümkün maliyyə risklərinin müəyyən edilməsi və idarəedilməsi məqsədi ilə yoxlama apardığı struktur bölmələrində neqativ halları müəyyən etmək, onların yaranmasına səbəb olan amillərin aradan qaldırılması, habelə onların qarşısının alınması məqsədi ilə şirkətin aidiyyatı struktur rəhbərləri ilə birgə zəruri təşkilati və inzibati tədbirlərin görülməsini təmin etmək; Şirkətin struktur bölmələrində aparılmış inventarizasiya və təftiş yoxlamaların nəticələrinə dair dövrü və illik hesabatları hazırlayaraq, Daxili Nəzarət Departamenti müdirinə təqdim edilməsini təmin etmək; Departamentin ayrı-ayrı bölmələri ilə birgə koordinasiyalı işin təşkil edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirmək; Daxili Nəzarət Departamenti-də təcrübə müddəti keçən əməkdaşların təlimində, həmçinin mütəxəssislərin iş fəaliyyətinin keyfiyyətinin artırılmasında aktiv iştirak etmək. Daxili Nəzarət Departamenti - nin Əsasnaməsi ilə nəzərdə tutulmuş digər funksiya və öhdəliklər . ​​​​​​​ Tələblər: Şəxsi maşını olması mütləqdir; Riyazi biliklərə və analitik düşünmə qabiliyyətinə malik olmalı; MS Ofis proqramlarından istifadə bacarıqları; SAP proqramında işləmək bacarığı; Müştərilərlə ünsiyyət qurmağı bacarmalı. ​​​​​​​ Təminatlar: İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma; Nahar ödənişi. Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Təftiş üzrə Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Müraciət Məlumatları

Bu vakansiyaya e-poçt vasitəsilə müraciət edə bilərsiniz.

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Maliyyə, Bankçılıq və Sığorta

Maliyyə, Bankçılıq və Sığorta kateqoriyasında ən son iş elanları və vakansiyalar

Maliyyə, Bankçılıq və Sığorta kateqoriyasında daha çox vakansiya

Təftiş üzrə Mütəxəssis vakansiyası Veysəloğlu MMC şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.