Satınalma üzrə mütəxəssis - Master Tools | Vakansiya

Şirkət Haqqında

Şirkət: Master Tools

Vebsayt: https://mastertools-az.com/

Şirkət haqqında “Master Tools” MMC 10 ildən çoxdur ki, müştərinin tələbinə uyğun olaraq Neft və Qaz, Tikinti, İstehsalat, Kənd təsərrüfatı, Nəqliyyat, Enerji, Dağ-Mədən, Mühəndislik , Kimya və digər sahələr üzrə məhsul və avadanlıqları təchiz edir. Təqdim etdiyimiz məhsullar Avropa Standartlarına cavab verir. Məhsulların keyfiyyətinə qizil zəmanət verərək, servis mərkəzimizlə daima müştərilərimizin qayğısına qalırıq. Bütün bunlara görə təsadüfü deyil ki, Azərbaycanın ən nəhəng layihələrinin təchizatçılarından biri məhz “Master Tools” MMC-dir.

Master Tools şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: Satınalma üzrə mütəxəssis
  • Yer: Bakı
  • İş növü: Tam iş günü
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 6
  • Kateqoriya: Satınalma və Təchizat Zənciri
Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

Əmək haqqı: 2000 – 3000 AZN İşin öhdəlikləri Satınalma müqavilələrinin hazırlanması üzrə ilkin hüquqi və kommersiya anlayışına malik olmaq; Satın alınan malların hərəkətinin izlənilməsi və müvafiq sənədləşmənin təşkili; Təchizat və satınalma proseslərinin ümumi prinsipləri barədə bilik; Razılaşdırılmış kommersiya şərtlərinin icrasına nəzarət; Xarici bazar araşdırmalarının aparılması və satış analizlərinin hazırlanması; Zəruri hallarda xarici ölkələrə ezamiyyətlərdə iştirak (sərgi və təlimlər); Təchizat üzrə sənəd dövriyyəsinin təşkili və idarə olunması; Təchizat zəncirinin idarə olunması prinsipləri barədə anlayış; Böyük həcmli məlumatlarla işləmə və yüksək məhsuldarlıq qabiliyyəti; Tədarükçülərlə qiymət və texniki şərtlər üzrə danışıqların aparılması; Xarici ölkələrdən malların vaxtında sifarişi və ölkəyə çatdırılmasının təşkil edilməsi; Rəhbərliyə müvafiq hesabatların hazırlanması və təqdim edilməsi; Qərarvermə, problem həll etmə, planlaşdırma və komanda ilə işləmə bacarığı; Stressə davamlılıq, məsuliyyətlilik və peşəkar iş etikası; Vəzifə öhdəliklərinin vaxtında və dəqiq yerinə yetirilməsi. Tələblər Təhsil: Ali; İş təcrübəsi: Satınalma və ya təchizat sahəsində minimum 3–5 il (mütləq şərt); Kompüter bilikləri: MS Office (Word, Excel) – yüksək səviyyədə; Analitik düşünmə və effektiv ünsiyyət bacarıqları; Yaş həddi: 25–40; Azərbaycan dili – səlis; İngilis və rus dilləri – minimum C1 səviyyəsində (yazılı və şifahi) mükəmməl bilmək mütləqdir; Cins: Xanım və bəy; İş qrafiki: 6 günlük, 09:00 – 19:00. Vacib qeyd (CV göndərən namizədlər üçün) Satınalma sahəsində minimum 2-3 il iş təcrübəsi və İngilis və rus dilləri – minimum C1 səviyyəsində (yazılı və şifahi) mükəmməl bilmək mütləqdir. Yuxarıda qeyd olunan meyarlara uyğun olmayan namizədlərdən CV göndərməmələri xahiş olunur. Tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini  M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r.

Müraciət Məlumatları

Bu vakansiyaya e-poçt vasitəsilə müraciət edə bilərsiniz.

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Satınalma və Təchizat Zənciri

Satınalma və Təchizat Zənciri kateqoriyasında ən son iş elanları və vakansiyalar

Satınalma və Təchizat Zənciri kateqoriyasında daha çox vakansiya

Satınalma üzrə mütəxəssis vakansiyası Master Tools şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.