Kredit risklərinin idarə edilməsi üzrə mütəxəssis/ Aparıcı mütəxəssis/ Baş mütəxəssis - İdeal Kredit BOKT | Vakansiya

Şirkət Haqqında

Şirkət: İdeal Kredit BOKT

Vebsayt: https://www.idealkredit.az/

Bank olmayan Kredit Təşkilatı “İdeal Kredit” Məhdud Məsuliyyətli Cəmiyyəti “İdeal Kredit” adı ilə 11.11.2014-cü il tarixdən fəaliyyətə başlayıb və öz fəaliyyətini bir neçə fundamental istiqamətdə davam etdirir. BOKT pərakəndə biznes, kiçik və orta sahibkarlıq, böyük korporativ biznesi dəstəkləyir və müştəri xidmətləri keyfiyyətinin artırılmasına davamlı səy göstərir. Ölkədə istehlak kreditlərinin artım dinamikası BOKT-un inkişafı üçün bir stimuldur. Təşkilatın şüarı olan “İdeal Seçim” “İdeal Kredit”in hər bir müştəriyə fərdi yanaşma ilə bərabər müştərilərə ideal şərtlərlə kredit ayrılması- fəlsəfəsini özündə cəm edir.

İdeal Kredit BOKT şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: Kredit risklərinin idarə edilməsi üzrə mütəxəssis/ Aparıcı mütəxəssis/ Baş mütəxəssis
  • Yer: Bakı
  • İş növü: Tam iş günü
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 2
  • Kateqoriya: Hüquq və Uyğunluq (Compliance)
Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

Təsvir Kredit müraciətləri üzrə risklərin qiymətləndirilməsi və təhlilinin aparılması; Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş tələblərin icrası üzrə uyğusuzluqların və risklərin müəyyənləşdirilməsi; Şöbənin prosedur və qaydalarının icrasının təmin edilməsi; BOKT-nin  kredit portfelinin mütəmadi təhlilinin aparılması; Kredit riskləri üzrə əsas göstəricilərin təhlili və proqnozlaşdırılması; Kredit riskləri üzrə hesabatların hazırlanması və müvafiq təhlillərin aparılması; Kredit qərarlarının qəbul edilməsi prosesində risk baxımından rəy və tövsiyələrin təqdim edilməsi; Kreditlər üzrə monitorinqin aparılması, risklərin müəyyənləşdirilməsi və müəyyən edilmiş limitlərə uyğunluğun təmin edilməsində iştirak; Statistik və analitik modellərin hazırlanması və tətbiqi; Borcalanların maliyyə vəziyyətinin, ödəmə qabiliyyətinin və kredit tarixçəsinin təhlili; Kredit portfeli üzrə erkən xəbərdarlıq sistemi üzrə məlumatların toplanması və ilkin təhlili; Problemli kreditlərin müəyyənləşdirilməsi və risklərin azaldılması üzrə tövsiyələrin hazırlanması; Daşınar və daşınmaz əmlaklar üzrə təminat dəyərinin təhlili və qiymətləndirilməsi. Tələblər Ali təhsil - Maliyyə, İqtisadiyyat, Biznesin idarə edilməsi, Statistika və ya əlaqəli ixtisaslar üzrə; Bank/BOKT sektorunda minimum 2 il iş təcrübəsi mütləqdir; Analitik düşüncə və rəqəmlərlə işləmə bacarığı; Hesabatların hazırlanması və məlumatların təhlili üzrə təcrübə. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər   Müraciət et   düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Müraciət Məlumatları

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Hüquq və Uyğunluq (Compliance)

Hüquq və Uyğunluq (Compliance) kateqoriyasında ən son iş elanları və vakansiyalar

Hüquq və Uyğunluq (Compliance) kateqoriyasında daha çox vakansiya

Kredit risklərinin idarə edilməsi üzrə mütəxəssis/ Aparıcı mütəxəssis/ Baş mütəxəssis vakansiyası İdeal Kredit BOKT şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.