Mebel ustası - Soliton | Vakansiya

Şirkət Haqqında

Şirkət: Soliton

Vebsayt: https://www.soliton.az

1992-ci ildə fəaliyyətə başlamış Soliton Mağazalar Şəbəkəsi məişət texnikası və elektronika məhsullarının satışı, quraşdırılması və texniki xidməti ilə ixtisaslaşaraq bu günə qədər fəaliyyətini davam etdirməkdədir. İlk mağazasını 28 May metrosu yaxınlığında açmışdır. Zaman keçdikcə Mağazalar Şəbəkəsi şəhərimizin hər bölgəsində, o cümlədən 20 Yanvar, Memar Əcəmi, Elmlər Akademiyası, Xalqlar Dostluğu, Qara Qarayev və digər metro stansiyaları yaxınlığında fəaliyyət göstərməyə başlamışdır. Şəbəkə olaraq yalnız Bakı şəhərində deyil, həmçinin Quba, Xaçmaz, İsmayıllı, Mingəçevir, Zaqatala, Gəncə, Cəlilabad və Azərbaycanın digər bölgərində də fəaliyyətimizi genişləndirməkdə davam edirik. Soliton Mağazalar Şəbəkəsi yüksək ixtisaslı, müxtəlif sahələrdə perspektivli, peşəkar kadrların bacarıq və məhsuldarlığı ilə daima müştərilərinə yüksək xidmət göstərməkdə davam edir. Mağazalarımızda son dövrlərin tələblərinə cavab verən müasir məişət texnikaları, elektronika məhsulları satışını həyata keçirməklə yanaşı müştərilərə satış sonrası quraşdırma və texniki xidmət də göstərilir. Bizim mağazalar şəbəkəsində münasib qiymətlərlə yüksək keyfiyyətli, dünya standartlarına uyğun məhsullar əldə edə bilərsiniz. Soliton mağazalarının məhsul çeşidinə kiçik və böyük məişət texnikası, kompüter avadanlıqları və proqram təminatı, televizorlar, ev kinoteatrları, foto və video texnika, telefonlar, CD, DVD və MP3 pleyerlər, aksessuarlar, ofis texnikası və s. kimi məhsullar daxildir. Mağazalarımızın geniş və rahatlığı müştərilər üçün rahat seçimə uyğundur. Hər şey alıcıların maksimal dərəcədə rahatlığı üçün yaradılıb. Göstərdiyimiz yüksək xidmət səviyyəsi satıcı ilə alıcı arasında rahatlıq yaradır. Satış üzrə ixisaslaşmış kadrlarımız isə hər bir müştərinin istəyinə uyğun məhsul seçimində onlara köməklik göstərir.

Soliton şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: Mebel ustası
  • Yer: Bakı
  • İş növü: Tam iş günü
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 2
  • Kateqoriya: Mühəndislik və Texniki Sahələr
Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

Vəzifə öhdəlikləri Mebel məhsullarının hazırlanması və yığılması prosesini həyata keçirmək; Mebel hissələrinin ölçülərinə uyğun olaraq kəsilməsi, emalı və montajını həyata keçirmək; Çertyoj və ölçülərə uyğun olaraq mebel konstruksiyalarının hazırlanmasını təmin etmək; Mebel hissələrinin düzgün və keyfiyyətli şəkildə birləşdirilməsini həyata keçirmək; Mebel və avadanlıqların təmir və bərpa işlərini yerinə yetirmək; İş zamanı istifadə olunan alət və avadanlıqlardan düzgün və təhlükəsiz istifadə etmək; Hazırlanan məhsulların keyfiyyətinə və səliqəli görünüşünə diqqət yetirmək; İş yerində təhlükəsizlik və əmək mühafizəsi qaydalarına riayət etmək. Namizədə tələblər Mebel ustası və ya müvafiq sahədə iş təcrübəsinin olması; Mebel hazırlanması və montajı üzrə praktiki bacarıqlara malik olmaq; Əl alətləri və müvafiq avadanlıqlardan istifadə bacarığı; Ölçü və çertyojlarla işləmə bacarığı; Səliqəli, məsuliyyətli və diqqətli olmaq; İş intizamına riayət etmək; Komandada işləmək bacarığı.  ​​​​​​ İş şərtləri İş yeri: Soliton Anbar (Şamaxı yolu 15-ci km) İş saatları: 09:00 – 18:00 Əmək haqqı: 600 – 700 AZN (başlanğıc maaş) Azərbaycan Respublikası Əmək Məcəlləsinə görə sənədləşdirmə Nahar yeməyi şirkət tərəfindən təmin olunur. Maraqlanan namizədlər öz CV-lərini   Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Müraciət Məlumatları

Bu vakansiyaya e-poçt vasitəsilə müraciət edə bilərsiniz.

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Mühəndislik və Texniki Sahələr

Mühəndislik və Texniki Sahələr kateqoriyasında ən son iş elanları və vakansiyalar

Mühəndislik və Texniki Sahələr kateqoriyasında daha çox vakansiya

Mebel ustası vakansiyası Soliton şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.