Jooble

İş elanları, vakansiyalar

Qeydiyyatçı (Reception) - Kontakt Home | Vakansiya

Şirkət Haqqında

Şirkət: Kontakt Home

Vebsayt: https://kontakt.az/

Şirkət haqqında Kontakt Home “Kontakt Mobile” olaraq 2006-cı ildə mobil telefon, aksessuar və mobil nömrələrin satışını həyata keçirən ilk kiçik mağaza ilə fəaliyyətə başlayıb. 2013-cü ildə geniş elektronika və məişət texnikası kateqoriyalarının sırasına mebel kateqoriyası da əlavə olunub. Həmin ildən etibarən yerli və xarici brendlərin, həmçinin öz fabrikimizin istehsal etdiyi mebellər də mağazalarımızda satışa çıxarılmış, bununla da “Home” konsepti tamamlanmışdır. 15 ildən artıqdır ki, güclü nüfuzumuzun əsasını təşkil edən dürüst xidmət və “ən yaxşı” olmaq məqsədi ilə irəliləməkdəyik. Kontakt Home hazırda 34 filial və 1 onlayn mağaza ilə nəinki Azərbaycanın, hətta Qafqaz regionunun ən böyük elektronika və mebel şəbəkələrindən biri olaraq sevindirməyə davam edir. “Kontakt – Sevindirir” ifadəsini də məhz bunun üçün özümüzə sloqan olaraq seçmişik. Komanda üzvlərimiz arasından mükəmməlliyi və parlaqlığı seçərək kayera yüksəlişini təmin etməyimiz daim qürurlandığımız cəhətimizdir. Böyük komandamıza qoşulmaq istəyənlər üçün isə sağlam və pozitiv korporativ mühit, qarşılıqlı etibar, güclü və zəngin iş təcrübəsi vəd edirik!

Kontakt Home şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: Qeydiyyatçı (Reception)
  • Yer: Bakı şəhəri,
  • İş növü: Tam iş günü
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 0
  • Kateqoriya: Inzibati, Biznes və İdarəetmə
Etiketlər:
  • 🆕 Yeni
  • 🏠 Uzaqdan iş

Vakansiya Təsviri

Təsvir: Telefon zənglərinin, sorğuların və müraciətlərin cavablandırılması; Qonaqların və namizədlərin qarşılanması və məlumatlandırılması; İnzibati işlərin yüksək səviyyədə aparılması və lazım gəldikdə daxili və xarici sənədlərin hazırlanması üzrə təlimatların verilməsi; İşə qəbul komandasına inzibati dəstəyin göstərilməsi; Sorğular və müraciətlərin müvafiq şəkildə idarə edilməsi. İş şəraiti: İş günləri: I-V günlər; İş saatı: 09:00-18:00. Tələblər: Ali təhsil üstünlükdür; Administrativ sahədə iş təcrübəsi; Səlis Azərbaycan və Rus dili biliyi; Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook); Yüksək səviyyədə ünsiyyət və komanda ilə işləmək bacarığı. Vakansiya haqqında: Vakansiya növü Tam ştat Maraqlanan namizədlər  Müraciət et  düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Müraciət Məlumatları

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Qeydiyyatçı (Reception) vakansiyası Kontakt Home şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.