Xarici təhcizat üzrə mütəxəssis - MAYAK Residence | Vakansiya

Şirkət Haqqında

Şirkət: MAYAK Residence

Tikinti sahəsində xidmət göstərən MAYAK Residence şirkətinin ən yeni iş elanları və vakansiyaları ilə tanış olun

MAYAK Residence şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: Xarici təhcizat üzrə mütəxəssis
  • Yer: Bakı şəhəri
  • İş növü: Tam iş günü
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 105
  • Kateqoriya: Mühəndislik
Etiketlər:
  • 🆕 Yeni
  • 🏠 Uzaqdan iş

Vakansiya Təsviri

İş şəraiti: İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir Əməkhaqqı: Namizədin bilik və bacarıqlarını nəzərə alaraq təyin olunacaqdır. İş yeri: Mayak Residence layihəsi (Zığ qəsəbəsi) Vəzifə öhdəlikləri: Təchizat proseslərinin hazırlanması, yerinə yetirilməsi və icra olunmasının idarə edilməsi; Satınalma və təchizatla bağlı xarici şirkətlərlə rəsmi danışıqların aparılması, iqtisadi əlaqələrin yaradılması, partnyorların cəlb olunması; Potensial təchizatçıların və xidmət təminatçılarının məlumat bazasının yaradılması, təchizatçı sorğuları əsasında müntəzəm şəkildə yenilənməsi; Təchizatçıların və xidmət təminatçılarının texniki və maliyyə təhlili üzrə müqayisəsinin aparılması, müqayisəni göstərən sənədin yaradılması və təchizatçıları texniki və maliyyə ballarına görə dərəcələrə bölünməsi; Əsas təchizatçılarla effektiv əlaqələrin və tərəfdaşlığın inkişaf etdirilməsi və idarə edilməsi; Satınalma və təchizat strategiyasının hazırlanması, inkişafı və həyata keçirilməsi; İllik satınalma planının hazırlanması; Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması; Satınalma risklərinin idarəedilməsi, qiymətləndirilməsi və azaldılması; Şöbələrdən gələn satınalma və ya təchizat tələblərinin nəzərdən keçirilməsi, analiz olunması, satınalma sifarişlərinin hazırlanılması, müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq icra edilməsi; Yerli və xarici bazarın araşdırılması, qiymət və çeşid üzrə müxtəlif variantların təqdim edilməsi, bençmarkinq, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi; Məhsulların, avadanlıqların, onların hissələrinin vaxtında və münasib qiymətlərə alınmasının planlaşdırılması və həyata keçirilməsi; Qəbul olunmuş məhsullarda, avadanlıqlarda, onların hissələrində aşkar olunmuş qüsurlar barədə təchizatçının məlumatlandırılması, zəmanət işləri üzrə danışıqların aparılması; Şirkətin yerli və xarici tədbirlərdə, görüşlərdə təmsil olunması. Alınmış mallar və görülmüş işlər barədə hesabatların hazırlanması. Vəzifə ilə bağlı tələblər: Müvafiq məhsulların satınalınması sahəsində iş təcrübəsi olanlara üstünlük verilir; Azərbaycan, rus və ya ingilis dillərində yaxşı səviyyədə şifahi və yazılı ünsiyyət qurma bacarığı; Ali təhsil; Planlama, analiz və idarəetmə bacarığı; MS Office (MS Word, MS Excel, MS PowerPoint) üzrə mükəmməl biliyin olması; MS Project üzrə biliyin olması arzuolunandır. Xarici ölkələrə ezamiyyələrə hazır olması; Əlavə məlumat: Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir. İş saatı: 6 günlük iş qrafiki ilə təyin olunur. Əmək haqqı müsahibə əsasında, namizədin bilik və bacarıqlarını nəzərə alaraq təyin olunacaqdır. Maraqlanan namizədlər cv-lərini  Müraciət Et  düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Müraciət maili  hr@mayakresidence.az

Müraciət Məlumatları

Bu vakansiyaya e-poçt vasitəsilə müraciət edə bilərsiniz.

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Mühəndislik

Mühəndislik kateqoriyasında ən son iş elanları və vakansiyalar

Mühəndislik kateqoriyasında daha çox vakansiya

Xarici təhcizat üzrə mütəxəssis vakansiyası MAYAK Residence şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.