Ofis işləri və Hesabatlar üzrə Köməkçi - Norm Beton LLC | Vakansiya

Şirkət Haqqında

Şirkət: Norm Beton LLC

Norm Beton LLC şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: Ofis işləri və Hesabatlar üzrə Köməkçi
  • Yer: Bakı
  • İş növü: Tam iş günü
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 6
  • Kateqoriya: Biznes, İdarəetmə və İnsan Resursları
Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

Hazırda şirkətimizə  Ofis işləri və Hesabatlar üzrə Köməkçi vakansiyası üzrə namizəd axtarılır. İş yeri: Balaxanıda yerləşən Beton zavodu Tələblər: Tam ali təhsil;  Əlaqəli sahə üzrə ən azı 0-1 il iş təcrübəsi; Müştəriyönümlülük; Davamlı inkişaf; Keyfiyyət yönümlülük, Bütövlük, İngilis dili, MS Office komputer proqramı üzrə bacarıqlar. Vəzifə və Öhdəliklər: Şirkətə gələn ziyarətçi və qonaqları salamlayır, onlara yardım edir və yönləndirir; Daxil olan bütün telefon zənglərini müvafiq qaydada qəbul edir, yönləndirir, tələb olunduqda qeydlər aparır və aidiyyati şəxslərə çatdırır; Kargüzarlıq işlərinin, sənədlərin və kompüter vasitəsilə göndərilən məlumatların təşkil edilməsi, saxlanılması və əlaqəli şöbələrə yönləndirilməsi; Şirkət tərəfindən bağlandığı müqavilələrin, razılaşmaların və sair əqdlərin, habelə digər hüquqi sənədlərin şirkətin kargüzarlığı üzrə  ümumi elektron bazasına daxil edilməsi və həmin sənədlərin saxlanması üçün müvafiq tədbirlərin görülməsi; Şirkətə daxil olan məktubların qeyd edilməsi və həmin məktubların surətlərinin əlaqəli işçiyə verilməsi; Şirkətdən gedən bütün rəsmi məktubların qeydiyyatının aparılması və müvafiq ünvanlara göndərilməsi; Qüvvədə olan hesab-fakturaların qeydiyyata alınması; Jurnalda müvafiq qeydlərin aparılması; Sənədlərin, daxili və kənar qurumlar, şöbələr və şəxslərlə yazışmalar və məlumat mübadiləsinin nəzərədən keçirilməsi və qeydiyyatı; Şirkət rəhbərliyi, qonaqlar və digər rəsmi şəxslərlə olan görüşlərdə iclasların təşkili, müvafiq qida (su, çay, yemək və s.) təminatının təşkil edilməsi; APİ SPEC Q1,ISO 9001, 14001 və OHSAS 18001 standartlarına uyğun sənədlərin istifadəsi; Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək. CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Müraciət Məlumatları

Bu vakansiyaya e-poçt vasitəsilə müraciət edə bilərsiniz.

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Biznes, İdarəetmə və İnsan Resursları

Biznes, İdarəetmə və İnsan Resursları kateqoriyasında ən son iş elanları və vakansiyalar

Biznes, İdarəetmə və İnsan Resursları kateqoriyasında daha çox vakansiya

Ofis işləri və Hesabatlar üzrə Köməkçi vakansiyası Norm Beton LLC şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.