Daxili Audit üzrə Auditor Köməkçisi - PASHA Bank | Vakansiya

Şirkət Haqqında

Şirkət: PASHA Bank

Vebsayt: https://www.pashabank.az

2007-ci ildə yaradılmış PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankıdır. Biz investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə xidmətlərini, o cümlədən kiçik və orta sahibkarlıq üçün tam xidmətlər dəstini təklif edirik. Bank iqtisadiyyatın qeyri-neft sektorunun əsas sahələrinə - aqrobiznes, nəqliyyat, tikinti, ticarət və Azərbaycan iqtisadiyyatının müxtəlifliyinə öz töhfəsini verən digər sahələrə xidmət göstərir. PAŞA Bank kapital səviyyəsinə görə Azərbaycanın ən iri özəl bankıdır, həmçinin aktivlərinin həcminə görə TOP-3 özəl bankları siyahısına daxildir. 30 dekabr 2020-ci il tarixinə olan göstəricilərə görə bankın kapitalı 559 milyon AZN-dən artıq, aktivlərinin səviyyəsinə görə isə 5,516 milyon AZN*-dən çox olmuşdur. Aparıcı banklardan biri olan PAŞA Bank davamlı və stabil inkişaf göstəricilərini daha da möhkəmləndirməkdədir. Rəqəmlərlə bağlı ətraflı məlumatı "Maliyyə hesabatlar" bölməsindən əldə edə bilərsiniz.

PASHA Bank şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: Daxili Audit üzrə Auditor Köməkçisi
  • Yer: Bakı
  • İş növü: Tam iş günü
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 6
  • Kateqoriya: Maliyyə, Bankçılıq və Sığorta
Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

Təsvir Audit Layihəsi çərçivəsində həvalə edilmiş audit prosedurlarını həyata keçirmək (audit obyektindən məlumatı toplamaq, sənədləşdirmək və s.) və aşkar olunmuş çatışmazlıqlar haqqında layihə rəhbərinə dərhal məlumat vermək; Sahə işi zamanı aparılmış təhlillər və müsahibələr barədə yazılı iş sənədi hazırlamaq; Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkət rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planının icrasının monitorinqini həyata keçirmək; Audit üzrə iş və vaxt bölgüsü hesabatının (Retain management) hazırlanmasında iştirak etmək; Layihə rəhbəri və ya Daxili Audit Departamentinin direktoru tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək; Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s. Tələblər Təhsil: Müvafiq sahədə akademik dərəcə (ən azı ali təsil); İş təcrübəsi: Ali iqtisadi və ya hüquqi təhsil, ali təhsil digər ixtisaslar üzrə olduqda əlaqədar sahələrdə minimum dörd illik təcrübə; Audit sahəsinə aid nəzəri biliklər; Şirkətin fəaliyyət sahəsini tənzimləyən dövlət icra orqanının tərtib etdiyi normativ və hüquqi sənədlər üzrə biliklərin olması; Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları; Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları, xüsusi audit proqram təminatı üzrə) ilə işləmək bacarığı; Ölkədaxili ezamiyyələrdə iştirak etmək imkanı. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər   Müraciət et   düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Müraciət Məlumatları

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Maliyyə, Bankçılıq və Sığorta

Maliyyə, Bankçılıq və Sığorta kateqoriyasında ən son iş elanları və vakansiyalar

Maliyyə, Bankçılıq və Sığorta kateqoriyasında daha çox vakansiya

Daxili Audit üzrə Auditor Köməkçisi vakansiyası PASHA Bank şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.