Lizinq məsləhətçisi (Ağdaş filialı) - Prior Leasing | Vakansiya

Şirkət Haqqında

Şirkət: Prior Leasing

Vebsayt: https://priorleasing.az/

Şirkət haqqında Prior Leasing” şirkəti 2014-cü ildə Azərbaycan vətəndaşları olan fərdi sahibkarlar tərəfindən təsis edilmişdir. Şirkət ölkənin bütün regionlarında müştərilərinə rahat və operativ xidmət göstərmək məqsədilə, yeni filialların yaradılmasına və iş prosesində innovativ texnologiyaların istifadəsinə üstünlük verir.  Hazırda əsas istiqaməti kənd təsərrüfatı texnikasının lizinqi olan “Prior Leasing” bugün müştəriləri olan fərdi sahibkarlara və yerli şirkətlərə yüzlərlə kənd təsərrüfatı texnikası və aqreqatlarını, suvarma sistemlərini, soyuducu anbarlar və emal avadanlıqlarını, tikinti texnikalarını həmçinin iri və xırda buynuzlu damazlıq heyvanlarını sərfəli lizinq şərtləri ilə təklif edir. “Prior Leasing” şirkəti “Dövlət Aqrar Kredit və İnkişaf Agentliyi”nin Müvəkkil Kredit Təşkilatı seçilərək öz müştərilərinə Agentliyin vəsaitləri hesabına güzəştli lizinq təklif etməyə nail olmuşdur.

Prior Leasing şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: Lizinq məsləhətçisi (Ağdaş filialı)
  • Yer: Ağdaş şəhəri
  • İş növü: Tam iş günü
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 32
  • Kateqoriya: Inzibati, Biznes və İdarəetmə
Etiketlər:
  • 🆕 Yeni
  • 🏠 Uzaqdan iş

Vakansiya Təsviri

İş yeri: Ağdaş filialı Namizədə olan tələblər: Ali təhsil; Bank sektorunda 2 il iş təcrübəsi; İşdə düzgünlük və operativlik; Komandada işləmək bacarığı; Məsuliyyət və diqqətlilik; Microsoft Office proqramlarında işləmək bacarığı; Sənədlərlə düzgün işləmə bacarığı. Vəzifə öhdəlikləri: Daxili qayda və prosedurlara müvafiq olaraq müraciətləri emal etmək; Müştəri ilə görüş təşkil etmək, mövcud biznesin maliyyə təhlilini aparmaq və növbəti mərhələyə keçirmək; Sənədələşmə üzrə müvafiq tapşırıqları yerinə yetirmək; Memorandumları təsdiqləmədən öncə yığılmış məlumatları sənədlərlə üzləşdirib sistemdə yoxlamaq; Müştərinin ödəniş tapşırığı hazırlanması sifarişini vermək, sənədləri imza üçün çap edib müştəriyə təqdim etmək; CRM üzərindən müvafiq qeydləri aparmaq, aidiyyati üzrə sifariş vermək (qiymətləndirmə və sığorta); Verilmiş məhsullar üzrə ödənişlərə nəzarət etmək və gecikdirilən ödənişlərə dair işləri daxili qaydalara uyğun aparmaq Qeyd: şəxsi avtomobil və sürücülük vəsiqəsi mütləqdir (yanacaq və təmir xərcləri şirkət tərəfindən qarşılanacaq) İş şərtlərimiz: İş qrafiki: Tam iş günü (5 gün) İş saatları: 09:00-18:00 Karyera inkişafı imkanları Əmək haqqı: 819.43 Gross + Bonus Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Lizinq məsləhətçisi - Ağdaş” yazaraq    hr@prior.az   və 050 273 04 92 whatsapp nömrəsinə  və ya  https://careers.ram.az/?vacancy=2180&source=UC_HBS8ZI  linki vasitəsi ilə keçid edərək birbaşa vakansiyaya müraciət etmək xahiş olunur.

Müraciət Məlumatları

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Inzibati, Biznes və İdarəetmə

Inzibati, Biznes və İdarəetmə kateqoriyasında ən son iş elanları və vakansiyalar

Inzibati, Biznes və İdarəetmə kateqoriyasında daha çox vakansiya

Lizinq məsləhətçisi (Ağdaş filialı) vakansiyası Prior Leasing şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.