İlməkçi (Rigger / Slinger) - Qala Group | Vakansiya

Şirkət Haqqında

Şirkət: Qala Group

Vebsayt: https://www.linkedin.com/company/qalagroup/?originalSubdomain=az

Şirkət haqqında Qala Group, yüksək ixtisaslı mütəxəssislər qrupu tərəfindən hazırlanmış memarlıq və inşaat həlləri təklif edən, müasir və yaradıcı bir şirkətdir. Komandamız 2010-cu ildən layihələr həyata keçirir və inşaat sahəsində innovativ, misilsiz və müasir layihələrlə seçilir. Bu müddət ərzində biz birinci dərəcəli peşəkarlar komandası yaratmışıq, geniş texniki baza ilə təmin olunmuşuq və böyük təcrübə toplamışıq. Bütün bunlar bizə ən mürəkkəb və qeyri-standart layihələri də uğurla həyata keçirməyə imkan verir. Biz Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İsrail və Gürcüstan kimi ölkələrdə kommersiya və yaşayış obyektlərinin layihələndirilməsi və tikintisi üzrə geniş xidmətlər şəbəkəsi yaratmışıq. Peşəkar komandamız sayəsində, uzun illərə dayanan təcrübəmizə və bu sahə üzrə biliklərimizə əsaslanaraq interyer dizayn, landşaft dizayn, layihələndirmə, inşaat, infrastruktur işləri üzrə xidmətlər göstəririk. Qala Group – memarlıq üslubu, praktikliyin bacarıqlı toxunuşu və trend meylləri ilə fərqlənir.

Qala Group şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: İlməkçi (Rigger / Slinger)
  • Yer: Bakı
  • İş növü: Tam iş günü
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 1
  • Kateqoriya: Mühəndislik və Texniki Sahələr
Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

Bölmə: Nəqliyyat və Ağır Tikinti Texnikaları bölməsi Tabe olduğu vəzifə: Bölmə Rəhbəri İş rejimi: Tikinti sahəsinin cədvəlinə uyğun İşin xarakteri: Kran işi ilə əlaqəli sahə işi Vəzifənin məqsədi İlməkçi (rigger/slinger) tikinti sahəsində qaldırılacaq yüklərin düzgün bağlanması, təhlükəsiz asılması və kran operatoru ilə əlaqələndirilmiş şəkildə qaldırılmasına cavabdehdir. Bu vəzifə yük təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayır. Əsas vəzifə və öhdəliklər Qaldırılacaq yükün çəkisini, ölçülərini və ağırlıq mərkəzini dəqiq müəyyən etmək. Yükün xarakterinə uyğun bağlama vasitələrini (troslar, zəncirlər, tekstil şlinqlər, şəkilli/kfranc qarmaqlar, şəkil qayışları) düzgün seçmək. Bağlama avadanlığını hər istifadədən əvvəl vizual olaraq yoxlamaq — aşınma, deformasiya, korroziya, çat və digər zədələri aşkar etmək. Yükü təhlükəsiz və balanslaşdırılmış şəkildə bağlamaq, lazım gəldikdə bir neçə bağlama nöqtəsindən istifadə etmək. Kran operatoru ilə standart əl işarələri və ya radio rabitəsi vasitəsilə aydın və dəqiq əlaqə saxlamaq. Yükün qaldırılması zamanı təhlükə zonasını müəyyən etmək və həmin zonada kənar şəxslərin olmamasını təmin etmək. Yükün yerə düzgün və təhlükəsiz endirilməsinə nəzarət etmək, endirmədən sonra bağlama vasitələrini təhlükəsiz şəkildə açmaq. İstiqamətləndirici kanatlardan (tag line) istifadə edərək yükün fırlanmasının və yellənməsinin qarşısını almaq. Zədəli, aşınmış və ya standartlara uyğun olmayan bağlama avadanlığını dərhal istismardan çıxarmaq və müvafiq şəxsə (baş ilməkçi/mühəndis) məlumat vermək. Bağlama avadanlığının düzgün saxlanması, təmizliyi və müəyyən edilmiş yerdə saxlanılmasını təmin etmək. İş icazəsi (Permit to Work) tələb olunan hallarda müvafiq sənədləşməyə əməl etmək. Əmək təhlükəsizliyi qaydalarına və şəxsi mühafizə vasitələrindən (dəbilqə, əlcək, təhlükəsizlik kəməri, respirator və s.) istifadəyə tam riayət etmək. Tələb olunan bilik və bacarıqlar Bağlama avadanlığının növləri, yük tutum həddləri (WLL) və istifadə qaydaları haqqında bilik. Yükün çəkisini və ağırlıq mərkəzini təxmini hesablama bacarığı. Standart əl işarələri kodlarını mükəmməl bilmək və tətbiq etmək. Radio rabitə vasitələrindən istifadə bacarığı. Komanda daxilində əlaqələndirilmiş işləmə və sürətli qərar vermə bacarığı. Təhsil, təcrübə və sertifikatlar Orta-texniki təhsil (arzuolunandır). İlməkçi (Rigger) ixtisası üzrə müvafiq təlim sertifikatı. Minimum 3-5 il sahədə iş  Fiziki və tibbi tələblər Yaxşı fiziki hazırlıq — yükün əl ilə daşınması və uzun müddət ayaq üstə işləmə qabiliyyəti. Yaxşı görmə və eşitmə qabiliyyəti. İllik tibbi müayinədən keçmə və işə yararlılıq arayışının olması. Alkoqol və narkotik maddələrdən azad olma (mütəmadi yoxlamalara tabe olma). İş şəraiti İş açıq havada, müxtəlif hava şəraitində, tikinti sahəsində aparılır. Bəzi hallarda hündürlükdə (skeleton, əsaslar üzərində) işləmə tələb oluna bilər. İşəgötürən tərəfindən müvafiq şəxsi mühafizə vasitələri (ŞMV) təmin olunur. Təhlükəsizliklə bağlı əsas prinsiplər "Heç vaxt yükün altında dayanma" qaydasına ciddi əməl etmək. Şübhəli və ya zədəli avadanlıqla işə başlamamaq, hər zaman "əvvəlcə təhlükəsizlik" prinsipini əsas götürmək. Anlaşılmaz vəziyyətlərdə işi dərhal dayandırıb kran operatoru və rəhbərliklə əlaqə saxlamaq. Maraqlanan namizədlər   Müraciət et  düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Müraciət Məlumatları

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Mühəndislik və Texniki Sahələr

Mühəndislik və Texniki Sahələr kateqoriyasında ən son iş elanları və vakansiyalar

Mühəndislik və Texniki Sahələr kateqoriyasında daha çox vakansiya

İlməkçi (Rigger / Slinger) vakansiyası Qala Group şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.