Satınalma mütəxəssisi (Elektrik mallarından anlayan) - Risan Group | Vakansiya

Şirkət Haqqında

Şirkət: Risan Group

Risan Group şirkəti Azərbaycanda və xarici bazarlarda elektrik, elektronika və İT məhsullarının satışı və montajı ilə məşğul olur. Şirkət , bir çox beynəlxalq brendin Azərbaycan və MDB ölkələri üzrə nümayəndəsi və ya dileridir.

Risan Group şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: Satınalma mütəxəssisi (Elektrik mallarından anlayan)
  • Yer: Bakı
  • İş növü: Tam iş günü
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 56
  • Kateqoriya: Inzibati, Biznes və İdarəetmə
Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

Risan Group şirkəti Azərbaycanda və xarici bazarlarda elektrik, elektronika və İT məhsullarının satışı və montajı ilə məşğul olur. Şirkət , bir çox beynəlxalq brendin Azərbaycan və MDB ölkələri üzrə nümayəndəsi və ya dileridir. Şirkət özünü yetişdirmək və yüksək səviyyəli karyera qurmaq istəyən mütəxəssisləri `Satınalma mütəxəssisi` vakansiyası üzrə çalışmağa dəvət edir.  Biz Sizə maraqlı iş və yaxşı karyera vəd edirik. Bu vəzifədə Siz müxtəlif sahələr üzrə treyninqlərə cəlb ediləcək və yüksək səviyyəli kadr olma şansınız olacaq. Əgər Siz çalışqansınızsa, əməksevərsinizsə, öyrənmək həvəsiniz varsa və texniki məsələləri sürətli anlaya bilirsinizsə demək ki, bu iş sizə görədir.  Vəzifə və öhdəliklər: Təchizat barədə bazarın araşdırılması və danışıqların aparılması; Gələn tələbləri analiz etmək və tələblərə uyğun təklif hazırlamaq; Tədarükçülərlə yazışmaq və şərtləri dəqiqləşdirmək Tədarükçülərin verdiyi qiymətləri analiz cədvəlinə yığıb qarşılaşdırmaq və ən uyğun təklifi hazırlamaq Tədarükçü şirkətlərin məhsullarını (Elektrik, Yanğın xəbərdarlıq, Təhlükəsizlik kameraları, kompyuter şəbəkəsi, UPS, generator və digər) davamlı öyrənmək Satış nümayəndlərinə texniki dəstək vermək Tender təkliflərinin hazırlanmasında iştirak etmək və gərəkli sənədləri hazırlamaq Tədarükçülərlə müqavilələr bağlamaq və digər sənədləşmələri etmək Alınan malların keyfiyyətinə nəzarət edilməsi və qeydiyyatının aparılması; Logistikanın idarə edilməsi Rəhbərliyin verdiyi digər tapşırıqları yerinə yetirmək Namizədə olan tələblər Ali təhsilli ( texniki sahə üstünlükdür)  Kişi və ya qadın, yaş həddi 22-45 Müxtəlif Elektrik məhsulları (aydınlatma, avtomat, elektrik şitləri, kabellər və s.) alışında və ya satışında ən az minimum 2 il təcrübəli, malların xüsusiyyətlərini bilən.  Namizəddə olan bacarıq və keyfiyyətlər Əməksevər və ambisiyalı Analiz etmə qabiliyyəti Məsuliyyətli, punktual, dürüst Problemləri həll etmə bacarığı; Dil bilikləri: İngilis dili (orta), Tərcihən Rus dili (orta), Azərbaycan dili (əla)  Kompyuter bilikləri: Excel, Word, Power Point, Outlook (yaxşı)  Digər məlumatlar: 5 günlük iş rejimi Maaş 800 – 1200 AZN + bonus (6 aydan bir) Vakansiya ilə maraqlanan şəxslər Şəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində “Satınalma mütəxəssisi” qeyd etməklə göndərə bilərlər.  Müraciət maili  info@risantech.net

Müraciət Məlumatları

Bu vakansiyaya e-poçt vasitəsilə müraciət edə bilərsiniz.

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Inzibati, Biznes və İdarəetmə

Inzibati, Biznes və İdarəetmə kateqoriyasında ən son iş elanları və vakansiyalar

Inzibati, Biznes və İdarəetmə kateqoriyasında daha çox vakansiya

Satınalma mütəxəssisi (Elektrik mallarından anlayan) vakansiyası Risan Group şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.