Satış üzrə mütəxəssis - Sapiens Pay | Vakansiya

Şirkət Haqqında

Şirkət: Sapiens Pay

Beynəlxalq ödəniş sistemləri, xarici biznes hesablarının açılması və biznes xidmətləri

Sapiens Pay şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

İş şəraiti İş formatı: Uzaqdan / Bakı şəhərində ofisdən işləmək imkanı İş qrafiki: Həftənin 5 günü, 10:00–18:00 Əmək haqqı: 400 AZN sabit əmək haqqı + hər uğurlu satış üçün 30 AZN bonus. Aylıq ümumi gəlir əməkdaşın nəticələrindən asılı olaraq ortalama 1500 AZN və daha yüksək ola bilər. Öhdəliklər: Sosial şəbəkələr, biznes qrupları və digər kanallar vasitəsilə potensial müştərilərin tapılması; Potensial müştərilərlə ilkin əlaqənin qurulması; Müştərilərə şirkətin xidmətləri haqqında düzgün məlumatın təqdim edilməsi; Müştərinin ehtiyacının müəyyənləşdirilməsi və uyğun xidmətin təklif edilməsi; Satış prosesinin sonadək izlənilməsi; Müştərilərlə yazışmaların və görülən işlərin qeydiyyatının aparılması; Aylıq satış hədəflərinin yerinə yetirilməsi. Namizədə tələblər: Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı; Satış və müştəri xidməti sahəsində işləmək istəyi; İnsanlarla rahat ünsiyyət qurmaq və inandırıcı təqdimat etmək bacarığı; Məsuliyyətli, aktiv və nəticəyönümlü olmaq; Sosial şəbəkələrdən və mesajlaşma platformalarından istifadə bacarığı; Satış təcrübəsi üstünlükdür, lakin təcrübəsiz namizədlərin müraciətinə də baxılır. Şərtlər: 400 AZN sabit əmək haqqı; Hər uğurlu satış üçün 30 AZN bonus; Performansdan asılı olaraq ortalama 1500 AZN və daha yüksək aylıq gəlir imkanı; Təlim və iş üçün lazım olan materialların təqdim edilməsi; Şirkət daxilində inkişaf imkanı. Namizədlərin CV-lərinin Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına yönləndirilməsini xahiş edirik. Əlaqədar şəxs: Umarov Ramazan Əlaqə: 010 373 20 36

Müraciət Məlumatları

Bu vakansiyaya e-poçt vasitəsilə müraciət edə bilərsiniz.

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Satış, Pərakəndə və Müştəri Xidmətləri

Satış, Pərakəndə və Müştəri Xidmətləri kateqoriyasında ən son iş elanları və vakansiyalar

Satış, Pərakəndə və Müştəri Xidmətləri kateqoriyasında daha çox vakansiya

Satış üzrə mütəxəssis vakansiyası Sapiens Pay şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.