Qrafik dizayner - Azerbaijan Automobiles | Vakansiya

Şirkət Haqqında

Şirkət: Azerbaijan Automobiles

Vebsayt: https://www.volkswagenauto.az/ru

sahəsində xidmət göstərən Azerbaijan Automobiles şirkətinin ən yeni iş elanları və vakansiyaları ilə tanış olun

Azerbaijan Automobiles şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: Qrafik dizayner
  • Yer: Bakı
  • İş növü: Tam iş günü
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 6
  • Kateqoriya: Dizayn, Yaradıcılıq və Media
Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

"Azerbaijan Automobiles" şirkətinə “Qrafik dizayner” tələb olunur; Iş barədə məlumat: Automobiles Group portfelinə daxil olan bütün brendlər üçün rəqəmsal və çap materiallarının vizual dizaynını hazırlamaq. Sosial media postları, story və reel cover-ları, reklam bannerləri, kampaniya vizualları, e-mail materialları, təqdimatlar, broşürlər, kataloqlar, POSM materialları və digər marketinq daşıyıcıları üzrə dizayn işlərini icra etmək. Yeni model təqdimatları, xüsusi qiymət kampaniyaları, showroom tədbirləri, test-drive aktivlikləri, BTL layihələri və korporativ kommunikasiya üçün yaradıcı vizual konseptlər hazırlamaq. Hər brendin rəsmi brand guideline, loqo istifadəsi, rəng palitrası, şrift, dizayn dili və digər vizual identifikasiya qaydalarına uyğun işləmək. Global tərəfdən təqdim olunan vizual materialları lokal bazarın kommunikasiya ehtiyaclarına uyğunlaşdırmaq və müxtəlif ölçü-formatlarda adaptasiya etmək. Marketinq, rəqəmsal marketinq, content və communications komandaları ilə əməkdaşlıq edərək kampaniya brief-lərinə uyğun vizual həllər təqdim etmək. Dizayn işlərinin kontent planına, kampaniya tarixlərinə və təsdiqlənmiş deadline-lara uyğun vaxtında hazırlanmasını təmin etmək. Təqdim olunan dizaynların keyfiyyətinə, mətnlərin düzgünlüyünə, qiymət və kampaniya məlumatlarının dəqiq yerləşdirilməsinə nəzarət etmək. Çap məhsulları üçün mətbəə tələblərinə uyğun, yüksək keyfiyyətli və çap üçün hazır fayllar hazırlamaq; istehsal prosesində rəng, ölçü və material keyfiyyətinə nəzarət etmək. Foto və video prodakşn materiallarının seçilməsi, retouch, vizual adaptasiyası və kampaniya materiallarında istifadəsində iştirak etmək. Mövcud dizayn arxivini, loqo və brand asset-lərini sistemli şəkildə idarə etmək və komandanın istifadəsi üçün aktual faylları təmin etmək. Sosial media və avtomobil sektorunda vizual dizayn trendlərini izləmək, brendlərin kommunikasiya keyfiyyətini yüksəldəcək yeni yaradıcı yanaşmalar təklif etmək. İş prosesini sürətləndirmək və yaradıcı həlləri təkmilləşdirmək məqsədilə uyğun AI dizayn alətlərini araşdırmaq və istifadə etmək. Şirkətin bütün kommunikasiya materiallarında vahid, premium və peşəkar vizual standartın qorunmasını təmin etmək. İş şəraiti İş qrafiki: Həftə içi 6 gün  İş ünvanı: Bakı, Babək prospekti. Namizədə tələblər: Ali təhsil (aidiyyatı ixtisas üzrə) Dizaynes sahəsi üzrə ixstisaslaşma sertifikatları Qrafik Dziayner sahəsində iş təcrübəsi mütləqdir; Azərbaycan dilini səlis bilməli, ingilis dili, rus dilini bilməsi arzu olunandır; MS office biliyi, Qrafik dizayner sahəsi üzrə müvafiq proqram bilikləri və peşəkar istifadə və ofis avandalıqarından sərbəst şəkildə istifadə bacarığı İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır. Maraqlanan şəxslərdən CV formalarını mövzu yerində "Qrafik dizayner" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.  Diqqət: Yalnız qeyd olunmuş şərtlərə cavab verən namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.

Müraciət Məlumatları

Bu vakansiyaya e-poçt vasitəsilə müraciət edə bilərsiniz.

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Dizayn, Yaradıcılıq və Media

Dizayn, Yaradıcılıq və Media kateqoriyasında ən son iş elanları və vakansiyalar

Dizayn, Yaradıcılıq və Media kateqoriyasında daha çox vakansiya

Qrafik dizayner vakansiyası Azerbaijan Automobiles şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.