Baş kopirayter - Baku Electronics | Vakansiya

Şirkət Haqqında

Şirkət: Baku Electronics

Vebsayt: https://www.bakuelectronics.az

Qurulduğumuz ilk gündən etimadınız üçün çalışdıq və artıq ölkəmizin elektronika sahəsində ən böyük mağazalar şəbəkəsindən biriyik. 1994-cü ildə Türkiyədə yerləşən “NAB Holdinq”-in bir parçası olaraq Azərbaycanda fəaliyyətə başladıq. “NAB Holdinq” başda pərakəndə satış olmaqla yanaşı, avtomobil və maliyyə sahələrində də fəaliyyət göstərir. Hazırda Respublika üzrə 30-dan çox mağazadan, 60-dan çox rəsmi distribütoru olduğumuz brendlərin satışını həyata keçiririk. Müasir dünyanı, yenilikləri həyatınıza qatmaq üçün çıxdığımız bu yolda satışın sadəcə məhsul satmaqla məhdudlaşmadığını öyrəndik. Telefonlar, smarfonlar, qadjetlər, noutbuklar, kompüterlər, televizorlar, ev kinoteatrları, kiçik və böyük məişət texnikası, iqlim texnikası, oyun konsolları, velosiped və siqveylər, eləcə də tekstil, qab-qacaq, mebel, ev dekorları kimi 15.000-dən çox məhsul çeşidi ilə həyatınızın bir parçası olduq. İşinizi asanlaşdırıb, yenilikləri əlçatan etdiyimiz üçün qürurluyuq!

Baku Electronics şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: Baş kopirayter
  • Yer: Bakı
  • İş növü: Tam iş günü
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 2
  • Kateqoriya: Marketinq, Media və Kommunikasiyalar
Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

Vəzifə öhdəlikləri Yeni brendlərin yaradılması (brendinq) və ya mövcud brendlərin yenidən markalaşması (rebrendinq) proseslərində aktiv iştirak etmək; Neyminq, marka dilini (ton of voice) və əsas mesajlarının formalaşdırılmasını təmin etmək; 360 dərəcəli bütün kommunikasiya kanallarında kommunikasiyanın aparılmasında kreativ həllər irəli sürmək; Televiziya reklam çarxları, radio spot ssenariləri, çap materialları, bilbordlar və SMS mətnləri daxil olmaqla effektiv mətnlər hazırlamaq; Güclü və cəlbedici reklam sloqanları, yaradıcı konsept və storitellinqlər yazmaq; Yazılı məzmunun hüquqi, etik, qrammatik və orfoqrafik standartlara tam uyğunluğunu yoxlama və redaktə etmək; Kopirayter komandası, eləcə də digər məzmun mütəxəssislərinə dəstək olmaq, tapşırıqları bölüşdürmək və işin keyfiyyətinə nəzarəti təmin etmək; Departament arasındakı digər əməkdaşlarla sıx əməkdaşlıq etmək; Dizayn, SMM komandalarına, influenser və reklam agentliklərinə düzgün briflər ötürmək; Təyin olunmuş tarixlərdə (deadline) tapşırıqları düzgün təhvil vermək.  ​​​​​​​Vəzifə tələbləri  Kopiraytinq sahəsində minimum 3-4 il təcrübə; Reklam agentliyi təcrübəsi mütləqdir; Müxtəlif auditoriyalara uyğun üslubda yazmaq bacarığı; Qrammatik biliklər; Kreativlik, analitik düşüncə, diqqətcil olmaq; Operativ və düzgün qərar vermə; Vaxtın və tapşırıqların effektiv idarə edilməsi bacarığı Dil biliyi: Azərbaycan - Mükəmməl İngilis - Yüksək Maraqlanan namizədlər  Müraciət et  düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Müraciət Məlumatları

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Marketinq, Media və Kommunikasiyalar

Marketinq, Media və Kommunikasiyalar kateqoriyasında ən son iş elanları və vakansiyalar

Marketinq, Media və Kommunikasiyalar kateqoriyasında daha çox vakansiya

Baş kopirayter vakansiyası Baku Electronics şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.